Страницы

08.04.2012

Su ilanının susuzluğu

 Fərzad Leysi

Sınıq Radiyo 


Özüm göydə
Gözüm
             yerdə
Çöl çəliyi yeriməyə yerikləyir  
Şeytan şeirə
Qara qadın dar daxmada
Gecə qabıqlanır
Biləyimdən asılı iki Fanıs
Biz - bizə iplənir  
Baş dizə
İşkəncədən etiraf alınır
Qadından qar  
Sarı pişik qoduqlanıb  

Qara toyuq qıqqıldanır  
Sənə solur
Qışlarım qış qırıır  
Əllərim iş  
Günlüyümdə  
Şam'a pişik pişir  
Toya toyuq.

Sevgi 

Sevgi ölümlə “Dans” etmək 
Küçələr ölüm qoxusu 
Sənsiz sevginin gülər yüzünü 
yaşa doldurmaq 
Sənsizlik səni sevmək 
Su ilanının susuzluğu 
Xan çobanın Sara sızlığı 

Vitrin 

Təbriz 
            alma - alma soyulur 
Vitrin - vitrin vitrinlənir 
                                         Tehrana.

123farzad.blogfa.com    ferzad.blogfa.com                 farzadleysi@yahoo.com

Комментариев нет:

Отправить комментарий