Страницы

18.04.2012

"Doyunca kef çəkmədim oralarda..."

Rüfət Əhmədzadə “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Yazmaqla yaşayan.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Rüfət Əhmədzadə.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Özümə hələ cavab verə bilməmişəm, amma başqalarına “yazar” deyə cavab verirəm.

- Dost…
- İstədiyim oğlanlar…

- İlk sevginiz?
- İlk şeir...

- İstifadə etdiyiniz nəqliyyat növü?
- 215 nömrəli marşrut avtobus və Tağımobil.

- Sevdiyiniz maşın markası?
- Porsche. Heç 1 qızı bu qədər arzulamıram.

- Sevdiyiniz brend?
- Nədənsə “Google”. Yeniliksevərdir.

- Sevdiyiniz saç düzümü?
- Alnı açıq saxlayan, daraqsız və qıvraq.

- Sevdiyiniz rəng?
- Boz. Ağla qaranın ortasındadır məncə.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Kiyev, Ukrayna. Doyunca kef çəkmədim oralarda...

- Sevdiyiniz yemək?
- Düşbərə.

- Ən çox istifadə etdiyiniz söz?
- “Üzr istəyirəm” – ifadə olaraq çox çıxır dilimdən.

- Leksikologiyanıza yad olan söz?
- Kimsə “Arvad” sözü işlədəndə qarnım ağrıyır.

- Sizi nə həyacanlandıra bilər?
- Körpələr.

- Ən çox sevdiyiniz kitab?
- Onu hələ yazmamışam.

- Ən çox sevdiyiniz yazar?
- Hələ olmamışam.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Sting.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Dalay-dalay az olsa, aşıq musiqisi.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Özümdə anormallıq hiss edirəm.

- Mənfi xüsusiyyətiniz?
- Adilikdən tez bezməyim, amma ekstrimdən çəkinməyim.

- İdeal insan necə olmalıdır?
- Nəyi var gülüb birdən xırp kəsən.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Tərifləyənim yoxdur, “hə” deyim.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Məni özümdən çıxartmaq üçün cibindən YAP vəsiqəsi çıxarmağın bəs edər..

- Həyat fəlsəfənizi ifadə edin.
- Situasiya, intuisiya, analiz.

- Siz xoşbəxtsinizmi?
- Vaxtaşırı kimsə məni öpəndə.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Şükranlığın maniyasına dalmaq.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Sən 26 ildir ki, eyni qələtləri edirsən, Rüfət...

- Ölüm niyə ölmür?
- Adilərdən dahi qayıraq deyə…

- Dinlərə münasibətiniz?
- Müqəddəs kitabda dinə yox, imana çağırış var.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Rəhmətlik sevgilimin lənətindən.

- Falçıya inanırsızmı?
- İnanıram, amma düşmənəm.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Daş kimi görünmək. İnsanlar abidələri sevirlər.

- Sevinciniz nə qədərdir?
- Maksimum bir saat.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Səmimi təbəssümə.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Sevməsəm də, məcburam.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Az keçmişəm, amma çox içirəm.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Gülmək istəyəndə güldürürəm.

- Mənə sualınız?
- Ətini tökmədim ki?”.



Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий