Страницы

01.04.2012

İsrail mətbuatı qəzəb içində


İsrail mətbuatı “Foreign Policy” jurnalında Azərbaycanın İsrailə aviabaza verməsi xəbərinə görə Obamaya qəzəblənib. İsrailin aparıcı siyasi icmalçıları Dana Marqalit (“İsrael a-Yom” qəzeti) və Ron Ben- İşay (“Yediot Axronot”), həmçinin amerikan və kanadalı həmkarları informasiyanın sızdırılmasını Obama administrasiyasının məqsədyönlü siyasəti sayırlar. 
Dan Marqalit “ABŞ İsrailə atəş açır” başlıqlı məqaləsində yazıb ki, Ağ Evin hərəkətləri ağılsızlıq sərhədinə dayanıb. İcmalçı Beni Avni “New York Post” qəzetində çıxan “Müttəfiqi sataraq, düşmənə kömək etmək” başlıqlı məqaləsində yazır: “Ağ Ev istənilən vasitələrlə 6 noyabradək İsrailin hücumunu təxirə salmaq istəyir.” 6 noyabrda ABŞ-da prezident seçkiləri keçiriləcək. O, ABŞ prezidentinin Yaxın Şərq üzrə köməkçisi Dennis Rossdan sitata gətirərək bildirir ki, “ayrı-ayrı şəxslər istəmirlər ki, İsrail İrana hücum etsin”.
Kanada qəzeti “Ottawa Citizen”də yazan Robert Sibli oxucularına sual ünvanlayır: “Obama İran probleminə daha yaxşı həll tapmaq üçün İsrailin hücumunu sabotaj etmirmi?” 


azadliq.info

Комментариев нет:

Отправить комментарий