Страницы

01.04.2012

“Mümkün deyil ideal olmaq…”

Sevinc el Sevər “TEZ-BAZAR”da  

- Özünüzü 2 sözlə təqdim edin.
- Gənc, çoxuşaqlı ana)))

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Necə təqdim edilirəmsə, edilim, təqdim ediləndə çox utanıram.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Şair olmaq istəməyən şair.

- Dost…
- Dostum azdır.

- İlk sevginiz?
-Dəhşətli sevməyi bacarmıram…

- Əsas ixtisasınız?
- Kinoşünasam.

- İstifadə etdiyiniz nəqliyyat növü?
- Avtobusla gedirəm adətən, gedəcəyim yer varsa…

- Sevdiyiniz maşın markası?
- Nissan micranı istəyirəm, qismət olsa alacam.)))

- Sevdiyiniz brend?
- Brend dalınca qaçan adam deyiləm.

- Sevdiyiniz saç düzümü?
- Üzümə hansı yaraşırsa, o da yaxşıdır.

- Sevdiyiniz rəng?
- Əsas rənglərin hamısını sevirəm.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Fransa. Paris.

- Sevdiyiniz yemək?
- Yarpaq sarması.

- Ən çox istifadə etdiyiniz söz?
- Ağlama.

- Leksikologiyanıza yad olan söz?
- Mənlik deyil.

- Sizi nə həyacanlandıra bilər?
- Uşaqlarım ən çox.

- Ən çox sevdiyiniz kitab?
- Evdarlıq))))) Çox karıma gəlir ev işlərində.

- Ən çox sevdiyiniz yazar?
- Per Laqerkvist, Çexov.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Əhməd Qaya, oxuduğu mahnıların sözlərinə görə.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Klassik, caz, pop…

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Yaxşı hüquqşünas ola bilərdim.

- Mənfi xüsusiyyətiniz?
- Deyingən, səbirsizəm…

- İdeal insan necə olmalıdır?
- İdeal insan yoxdu, mümkün deyil ideal olmaq…

- Özünüzü ideal insan hesab edirsizmi?
- Yox.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Yalanlar…

- Həyat fəlsəfənizi ifadə edin.
- Fəlsəfəsiz yaşayıram.

- Siz xoşbəxtsinizmi?
- Kim deyir ki, insan xoşbəxt olmalıdır qənaətindəyəm Fellini kimi. Amma xoşbəxt olduğuma dair sübutlar da gətirə bilərəm.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Başa düşülməmək…

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Yalnız axmaq adamlar peşiman olurlar, faydasızdı çünki.

- Ölüm niyə ölmür?
- Ölüm ölsə biz özümüz özümüzü öldürərdik. Yaxşı ki, bu işi bizim əvəzimizdən görən başqası var.

- Dinlərə münasibətiniz?
- Allaha inanıram. Dinlərə də hörmətim var, Allaha sevgini təbliğ etdiklərinə görə.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Xarakterim dəyişsin istəyirəm, ilk əvvəl özümdən.

- Falçıya inanırsızmı?
- İnanıram ki, xüsusi qabiliyyətli insanlar var, qabaqcadan olacaqları hiss edə bilirlər. Bütün falçılara yox…

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Daşlaşmaq pisdir, daş olmaq yaxşıdı. Daşlaşanda adam özü də ağrıyır.

- Sevinciniz nə qədərdir?
- Xırda şeylər sevindirə bilir məni, qısa müddətə. Situasiya adamıyam, əhvalım tez-tez dəyişir.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Xeyirxahlığına. Ədalətli insanları sevirəm.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Həm də necə!

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Çayı keçmək hünər istər. Üzə bilmirəm.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Güldürməyi az bacarıram. Çox gülən adam da deyiləm, ona görə qəfil çox güləndə yanaqlarım ağrıyır.

- Mənə sualınız.
- Kimə lazımdır bu suallar və cavablar?)))


Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий