Страницы

18.04.2012

KİR


GÜNEL ŞAMİLQIZI

Burda  bir  kir  yaşayır
Başdan-ayağa  sudur.
Axıb  öz  gözləridən
Lap  Xəzər  dolusudur.

O  təmizlər  şəhəri
Özü  yenə  kir  qalar.
Əlində  bir  süpürgə,
Ovcunda  səbir  qalar.

O  bilər  zibil  kimdir,
O  bilər  zibil  nədir?
Hamı  bir  yığın  kirdir,
Kimin  nə  vecinədir?

O, bomboz  küçələrin
Ağ  kiridir,  ağ  kiri.
Gözləri  layla  deyir
Dinlə  kiri,  bax,  kiri.

...Burda  bir  kir  yaşayır,
Tərtəmiz  kir  qoxuyur.
Əlində  bir  şəkil  var
Hər  gün  baxır,  oxuyur:

-"Hər  körpə  bir  nağıldır,
Hər  ana – bir  az  işıq.
Hər  nağıl  bir  yalandır
Hər  insan – bir  ayrılıq."

Комментариев нет:

Отправить комментарий