Страницы

20.04.2012

Kola zəhərdir


Könül Səid

Koladan uzun müddət istifadə etdikdən sonra kişilərdə impotensiya, qadınlarda isə sonsuzluq problemləri meydana çıxır

Kolanın tərkibindəki maddə şəkər yox, siklamat- neft əsaslı sintetik maddədir!
 
 Qərb ölkəsinin həkimlərin birləşdiyi bir qrup müəyyən müddət ərzində kola adı altında buraxılan bütün qazlı içkilərin tərkibi xüsusiyyətlərini öyrənməyə çalışmışlar. Nəticə heç də ürəkaçan olmamışdır. Məlum olmuşdur ki koladan uzun müddət istifadə etdikdən sonra kişilərdə impotensiya, qadınlarda isə sonsuzluq problemləri meydana çıxır. İstisnalar da ola bilər, amma onlar da qaydanı təsdiq edirlər
İçki özü həmin problemi yarada bilməzdi. Problem bu içkiyə istelsal vaxtı qatılan kola adlı bir cevizdədi (fındıq). Bu ceviz (fındıq) nə vaxtsa ancaq Amerikada yetişdirilirdi və onu döyüşçü hindlilərə verirdilər ki, çeynəsinlər. Bu bitki həmin döyüşçülərdə cinsi fəallığı azaldırdı və fikirlərini ancaq döyüşə yönəldirdi. 
 Tədqiqatlar nə göstərib? Sizcə koka-kolanı içdikdən sonra sizin orqanizmizdə nələr olacaq? Beləliklə, diqqətinizi toplayın.
 10 dəqiqə sonra. Gündəlik norma olan 10 çay qaşığı şəkər sizin sisteminizə bir zərbə vuracaq. Əlbəttə, sizdə ürəkbulanması yaranmayacaq, çünki fosfor turşusu şəkərin təsirini boğur.
 20 dəqiqə sonra. Qanda insulin sıçrayışı olacaq. Qaraciyər də bütün şəkəri piylərə çevirməyə başlayacaq.
 40 dəqiqə sonra. Orqanizmdə kofeinin udulması başa çatır. Sizin göz bəbəkləriniz genişlənəcək, qan təzyiqi artacaq, çünki qaraciyər daha çox şəkəri qana ötürür.
 45 dəqiqə sonra. Bədəniniz beyninizin həzz mərkəzini stimullaşdıran dofamin hormonunun istehsalını artıracaq (Heroinlə eyni iş prinsipidir!).
 Bir saat sonra. Fosfor turşusu metobalizmi sürətləndirərək sizin bağırsaqlarınızda kalsium, maqnezium və sinki bağlayır. Kalsiumun sidik vasitəsilə ayrılması sürətlənir.
 Bir neçə saat sonra. Sidikqovan hərəkətlər oyuna girir. Sümüyünüzdə olan sink, kalsium və maqnezium çıxarılır. Bu həmçinin natrium, eloktrolit və suya da aiddir.
 Daha bir neçə saat sonra. Siz əsəbi və gərgin olursuz. Koka-kolanın tərkibində olan bütün su sidik vasitəsilə çıxarılır.
 DAHA ÇOX GƏLİR QAZANMAQ ÜÇÜN... GENOSİD. Uşağa şirin su alarkən biz bilirik ki şəkərin həddən artıq çoxluğu ona ziyanlı ola bilər. Amma anlaya bilmirik ki, bu suda şəkər yoxdur. Əksinə, onun tərkibindəki həll olunan maddə şəkərdən qat-qat ziyanlıdır. Müqayisədə şəkər daha faydalıdır.
 Siklamat- neft əsaslı sintetik maddə, şəkərdən 200 dəfə artıq şirindi. Bu məhz həmin maddədir ki, xərçəngin əmələ gəlməsinə səbəb olur. Həmin maddənin 1969-cu ildə ABŞ və Kanada ərazisində tətbiqinə qadağan qoyulmuşdu. Yaponiyada, Sinqapurda və Koreyada isə 1975-ci ildən qadağan edilmişdi. Rusiyaya siklamat göndərən İndoneziyada da qadağan olunmuşdu. Artıq MDB məkanında şəkərəvəzləyicisinin 70%-ni məhz siklamat təşkil edir. Onu ildə ölkəyə min tonlarla ixrac edirlər, çünki o həm ucuzdur, həm də saxlama müddətində məhdudiyyət yoxdur. İkinci dünya müharibəsi zamanı digər ucuz məhsullar kimi siklamat da həbs düşərgələrinə gətirilirdi. Hətta apteklərdə satılan şəkərəvəzləyicilərinin və diabetik şəkərlərin də tərkibi heç nə ilə fərqlənmir.
 Saxarin və asesulfam kalium da xərçəng yaradır. Aspartam maddəsi baş ağrılarına, halsızlığa, ürək döyüntüsünün artmasına, depressiyalara səbəb olur. Bəzi hallarda beyində olan şişin və vərəm xəstəliklərinin də əmələ gəlməsinə məhz bu maddə səbəb olur. 
 Əvvəllər daha çox Koka-kolanın hazırlanma tərkibini oğurlamağa meyl edirdilər, amma o daha çox ilk hazırlanma tərkibi idi. İndi tərkib internetdə yayılır. Bu yayılan yüz il bundan əvvəl istehsal olunan kolanın tərkibidir – indiki kola əvvəlkinə baxabda daha çox kimyəviləşib. Bu tərkib artıq heç kimə lazım deyil. Çünki pepsi şirkəti atrıq özü bu tərkibin hazırlanmasını bilir və kolanın hazırlanma qaydası nə ona, nə də digər bir şirkətə lazım deyil. İstənilən kimyaçı kolanın tərkibini sadəcə ümumi fikirlərdən də ayırd edə bilər. Birincisi onlar özləri etiraf edirlər ki, tərkib Kola bitkisindən hazırlanır, hansından ki kokain narkotiki hazırlanır. Yəni bu da o deməkdir ki, kola və pepsi-kola kokain narkotikinin zəif məhsuludur. Bu içkilərə asıllıq da məhz burdan yaranır. Koka-kolanın qalan tərkibi yalnızca şəkərdi, dietik kolada isə tərkib aspartam maddəsindən hazırlanır. Nəticə etibarı ilə dietik kola daha zərərlidir. Tərkibə boyalar və başqa şeylər (qazlandırma və s.) də qatılır, amma onlar mahiyyət etibarilə o qədər də əhəmiyyətli kəsb etmirlər. Ən vacib element, dediyimiz kimi, kolanın kokain narkotikinin zəif məhsulu olmasıdır. Bütün dünya beləcə get-gedə koladan asılı vəziyyətə düşür.
 KOKA-KOLA DİŞLƏRİN DƏ DÜŞMƏNİDİ. Qazlandırılmış alkoqolsuz içkilərin əksəriyyəti diş minası üçün son dərəcədə təhlükəlidir. Kola və pepsidə dağıdıcı potensial adi şirələrə baxanda daha çoxdur. Bunu isə byütitaym.ru (БьютиТайм.ру.) saytı yazır.
 Həmin fikrə sadə bir sınağın nəticəsində gəlmişlər. Sınaq Cənubi İllinoys Universiteti tərəfindən keçirilmişdir. Alkoqolsuz 20 fərqli qazlı içki növü alınmış və yeni açılan bankadan bir neçə damcı dişdən götürülən mina zolağının üstünə tökülmüşdür. Həmin mina zolağı içki tökülməmişdəm öncə və sonra ölçüldü. Nəticədə mina zolağının kəskin əriməsi müşahidə olundu. Xüsusən də bu kola növlərinin tökülməsindən sonra baş verdi. İçkilərin turşuluq dərəcəsinin yüksək səviyyəsi da bu məsələ ilə əlaqədardır. General Dentistry. jurnalı həmin məsələ ilə bağlı gəldiyi nəticələri dərc etmişdir.

Комментариев нет:

Отправить комментарий