Страницы

13.04.2012

Əliağa Vahid – Narazıyam…


Narazıyam ey gül, mənə imdad eləsən də,
Naşad eləyən könlümü dilşad eləsən də.

Sındırmısan, əl vurma, sınıq könlümə zalım.
Viranə düzəlməz necə abad eləsən də.

Öz səhvinə bir gün peşiman olacaqsan,
Olmaz yetişən dadına, min dad eləsən də.

Vəslin həvəsi indi başımdan necə çıxsın?,
Zülfündə əsirəm, əgər azad eləsən də.

Sən bir mələk olsan da, inanmaz sənə könlüm,
Bülbül kimi yüz naləvü-fəryad eləsən də.


Öz yarına bax, başqa gözəllər səni sevməz,
Şəxsən özünü huri-pərizad eləsən də.

Əğyarə satıb Vahidə yadlar kimi baxma,
Yaddan o, çıxarmaz sən onu yad, eləsən də.

1 комментарий: