Страницы

13.04.2012

BƏXTSİZ SURİYA, RUSİYA, İRAN VƏ BİZİM BƏXTİ AÇILAN ƏMANƏTLƏRİMİZ


Hafiz Mirzə


* Dünyada sakitlik bərqərar olmur ki, olmur. Artıq böyük planların sonluğu aşkar görünməkdədir. Bununla dünya düzəni tamam yenilənmiş, elan edilməmiş III Dünya Müharibəsinin sonuncu mərhələsi isə başa çatmış sayılacaq. Hələlik mühari­bənin silahlı müdaxilə forması Yaxın Şərqdə davam edir. Tunis, Misir, Liviya xalqları tam “xoşbəxt” olduqdan sonra indi də “xoşbəxtlik quşu”  Suriya xalqının başı üzərində  hər lənir. Bu “quş”  hələik güllə və bomba “zıllayır”. Göydən pul-para və yağlı vəzi fə lər yağacağına inanan ərəbin xəyalında həm də çılpaq qadınlar göbək rəqsi oynayır.

Aprel ayında dünya çox böyük məsələlərə hazırlaşır! Məsələn, Azərbaycan “Evrovizion-2012” yarışmasını keçirtməkdən ötrü bu ay tam gücünü ortaya qoyacaq. Bir çox ölkələr isə aprel ayında öz taleyinin  qaranlıq səhifəsini yaşamaqdadır.
* Dünyanı yönləndirmək iddiasında olan qaranlıq qüvvələr Şimali Afrikada yer lə şən müsəlman ölkələri başçılarının qələmini apreldən çox əvvəllər sındırıblar. Ona görə yox ki, o ölkələrin xalqlarını birdən birə çox sevməyə başlayıblar və buna görə boğazlarından tikə keç mir deyə prezidentlərini devirmək qərarını veriblər, ona görə ki, yeni satış bazarları və ucuz neft yataqları əldə etmək istəyirlər. Bu minvalla onların iddialarl nə qədər davam edəcək? Bu gün Suriya, sabah İran, sonra Türkiyə, Orta Asiya, Qafqazlar, Rusiya və Çin anti de mok ra tik elan olunmayacaqmı? 100% olu­nacaq. İnsan haqları qanunla kobud şəkildə pozulan Fransa kimi ölkələr deyil, məhz müsəlman ölkələri  anti-demokratik hesab olunacaq. Bəs elə isə  bu gün bu dövlətlər nə üçün Su ri yaya tərəfdar yox, ona qarşı olan koolisiyada birləşirlər? Bu birləşmə onları nədən xilas edəcək ki? Təbii ki, bir sıra Afrika ölkələrində və xüsusən də Suriyada çox problemlər var. Olmaya bu hal Latın Ame rikası ölkələrində yoxdur? Fərq burasındadır ki, Suriya kimi mü səlman ölkələrində heç nə yoxdursa da, əxlaq var, din var, iman var. Deməli, bir mü hüm hədəf də məhz elə əxlaq və İslam dini də yər ləri imiş. Əsəd, Mübarək, Qəddafi re jim lərinin bünövrəsini bir zamanlar elə ABŞ və Qərbi Avropa ölkələri qoy ma mış dı mı?  Deməli, onların indiki bu cür iyrənc me tod larla aparılan “demokratik” mü ba ri zə si nə də inanmağa dəy məz. Bu gün Suriyada Də məşqin, Homsun və digər şəhərlərin kü çələrində Suriyanın Dövlət qoşunlarına gül lə atan eynən ərəblər kimi geyinmiş di ver­sant lar dır. Onlar atəş açıb hər iki tərəfdəki ərəbləri öldürür, yanlış görüntü yaradır, bu nunla da onların ədavətini şiddətləndirirlər. Suriyada  hökumət qüvvələri  müxtəlif öl kə lər dən top lanmış  və möhkəm silahlanmış  bu muzdlu əskərlərə qarşı döyüşürlər. Yoxsa  ki, nizami hö kumət qüvvələrinə qarşı sıravi etirazçılar az  qala bir ilə yaxındır ağır dö yüş lər apara bilməzdi. Bunun silah və ərzaq təchizatı məsələləri də var axı. Əvvəllər Suriya da və xüsusən də Dəməşqdə ol muş hər bir kəs yaxşı  bilir ki, yerli əhalinin nəyə tə pəri ça tar, nəyə yox.  Misirdə də belə idi, Tunisdə də, Liviyada da. Növbədə digər öl kə lər dir. Bu məsələdə Rusiya və Çin özünün kəskin mövqeyini ortaya qoymalı, ne cə de yər lər, ”dünyanın başının üstünü almış qara buludları” qovmaq üçün öz “Qrad” la rı nı at malıdır. Çini deyə bil mə rəm, amma Rusiya “qradları” deyəsən nəm çəkib.

*  “Rusiya”  demişkən, bu ölkə aprel ayında  özünün ən xoşbəxt  günlərini yaşayır. Çünki martın 04-də elliklə  yığışıb Vladimir Putini yenidən prezident seçiblər. Birinci də fədə barmaqları bala batmışdı, indi o balı yalayacaqlar. Bir cəhətdən yaxşı da elə di lər. Daha yeni bir cüvəllağını “seçməkdənsə”, artıq Rusiyanın və rüs xalqınn cikinə-bi kinə bələd olan, necə deyərlər, “yeyib-doymuş, görüb- götürmüş” bir şəxsi seçdilər. Bu adam, yəni Putin köhnə SSRİ məkanındakı münaqişə ocaqlarını necə ya radılmış dı sa, o cür də rahatca söndürə biləcəksə, Bakıda, “3-ün kruqunda”  onun büs tü nü qoy mağa dəyər. Əks təqdirdə, Balaxanıdakı məlum yerdən daha münasibini tap maq müm kün olmayacaq. Bu seçimə münasibət Rusiyanın özündə də birmənalı deyil. Təbii ki, əli iqtidarın arxa cibində olan siyasi təşkilatlar bu seçkinin tam demokratik  ke­çirildiyini iddia edirlər və yenidən prezident kreslosunu qızdırmağa gələn Putini al qış layırlar. Amma Rusiya kommunistləri 04 mart tarixini Rusiya tarixinin “qara gü nü”  adlandırır və belə saxta seçkiyə görə Mərkəzi Seçki Komissiyasının sədri Vla di mir Çurovun istefasını tələb edirlər. Guya ki, növbəti seçkilərdə Çurov yox, “Murov”   sədr olacaqsa, hər şey onların istəyi ilə nəticələnəcək. Kommunistlərin 72 il ər zində öz əkdikləri saxta  seçki mədəniyyətidir hələ də bar verir. Harada çoban-çoluq, yaltaq-məddah, ağzı qatıq kəsməyən vardısa deputat seçirdilər. Amma kommunistlərin 07 aprel ta ri xin də Moskvada və Rusiyanın bir sıra digər şəhərlərində keçirtdikləri mitinqlər  bir başqa məsələ ilə də yadda qalıb. Kommunistlər yatıb-yatıb indi ayılıblar  və görüblər ki,  tarixi düşmənləri olan NATO  ölkələrinin nəinki  siyasi və iqtisadi  strukturları,  artıq  NATO əskərləri  də Rusiyaya  ayaq basır. Belə ki, məhz Ulya novsk da ( məhz kom mu nistlərin “levı” atası Vladimir İliç Leninin vətənində)   Əfqa nıs tanda olan NATO əs kərləri üçün ilkin məntəqə yaradılır. Guya ki, bu məntəqə Əfqanıstana sosial yar dımlar üşün nəzərdə tutulmuş anbar rolunu oynayacaqmış. Amma indi məlum olur ki, artıq Ulyanovckdakı bu bazaya əskər sapoqları dəyəcək. Bunu isə  haqlı olaraq  Əfqa nıs tandan başlanan beynəlxalq “narko-tranzit”in müha fi zəsi və Rusiyanın NATO-ya  keçirilməsinin ilk mərhələsi kimi dəyərləndirmişlər. Çətini odur ki, bir baza yaradıldı. Ruslar bir də ayılacaqlar ki, Rusiyanı öz içindən NATO mühasirəyə alıb və ya artıq ölkəni tam qəsb edib. Beynəlxalq masonun Putinin yenidən prezident seçilməsinə razılıq verməsinin səbəbləri artıq  aşkar olunmağa başlayır. Bu ərəfədə Rusiyanın ali dini rəhbəri Vladimir Qundyayev - Patriarx Kirill (daha bir Vladimir) məhkəmədə 20 milyon rubl qazanmaq iddiası ilə bərk məşğuldur. Belə ki, onun Moskvanın ən bahalı yeri sayılan Naberejnadakı mənzilinə qonşusu, sabiq səhiyyə naziri Şevçenkonun  öz mənzilində təmir işləri apararkən bir az tikinti tozu  keçibmiş. Bizim Ba kıda üzlüyü qaralmış daşları yonarkən mənzillərə toz nədir, lap əhəng də dolur, amma heç kəs narazılıq etmirdi, amma o boyda patriarx bir kardioloq həkimdən toza görə 20 milyon təz minat tələb edir. Bizim camaatın qonşusu səhətinə hər cür  ziyan vura bilər; nə toza,  narahatçılığa, nə kəsif rəng qoxusuna, nə pillələri tutan tikinti materiallarına  görə kimsəni qına mazlar. Çünki sabah daha betərini o özü də qonşusunun başına gətirəcək və hesab laşmış sayılacaqlar. Bizdə  çalış ki, qonşunun və ümumiyyətlə, vətəndaşın şəxsi malına-mülkünə toxunmayasan. Mərəkə onda başlanacaq. Amma onda da bir atımlıq barıt qədər.

* Azərbaycan hökuməti mart ayında nəhayət ki, daşı ətəyindən tökdü və əhalinin Sovet döv­ründə əmanət kassalararında  qalmış pul vəsaitinin qaytarılmalı olması ilə razılaş dı. Aprel ayında camaatın əmanətini qaytarmaq işləri böyük sürət götürəcək. Ən bahalı yollar, körpülər salan, ən möhtəşəm binalar tikdirən, hətta köhnə bi nalara bu binaların özündən daha bahalı üzlüklər əlavə etdirən, başqa ölkələrə böyük in vestisiyalar yatıran, beynəlxalq layihələr, yarışlar, müsabiqələr keçirdən, “Evro vi zion-2012”-ə ev sahibliyi edən bir ölkədə dövlətin əhaliyə borclu qalması lap anek dot” olardı. Amma təəssüf ki, bu əmanətlərin qaytarılması qaydaları bir çox ləti fə lə rin möv zü mənbəyi olacaq.  Çünki əma nə tin hazırkı formada qaytarılması çoxlarının heç ürəyicə olmadı. Sovet döv ründə, yəni 92-ci ilin 01 yanvarına kimi qoyulmuş əmanətin ilk 10 min  rublunun mü qa­bi lin də cəmi min manat qaytarılacaq. Bu isə bir rublun 10 qəpik qədər də yər lən di ril məsi, bir növ sovetin kağız rublunun qarşısına sarı on qə pik li yin atılması kimi bir şey dir. Sovet döv rünün həmin 10 min rublu böyük alıcılıq qa bi liy yətinə malik idi. Mə sələn, ailə baş çısı bir qırmızı “onluqla”- 10 rublla bir zənbil dolusu həftə bazarlığı edə bilərdi. İn di həmin 10 rublun müqabilində ( on min rublun qaytarılması üzrə he sab la maya nə zə rən alınacaq məbləği böldükdə) cəmi 1 manat əldə edəcək bir əmanətçi bu pulla ba zardan nə ala bilər?  Dörd-beş dəstə keşniş, vəssəlam. Əmanətin bu cür qay tarılması bu  halda ədalətli sayılarmı? Bakıda evləri sökülən vətən daşlara hər kvadrat met rənin məb ləğini orta bazar qiyməti ilə ölçən şanlı höku mə timiz nədən öz borcunu qay ta ran da alıcılıq qabiliyyətinə görə bazar  məzənnəsini nəzərə almır? Qaydalara əsasən, vətəndaş əmanətini aldığı andan etibarən onun əmanət kas sa sına olan bütün iddiaları təmin edilmiş hesab olunur və yəqin ki, əmanət kitab çası alı nıb ləğv edilir. Bəs onun 1992-ci ilin 01 yanvarından sonrakı tarixlərdə qo yul muş əma nətlərinin taleyi necə olur?  Sonrakı daha 3-5 il üçün də müəyyən, amma 3-5 dəfə aşa ğı tariflə məbləğ hesablamaq və əmanətçi ilə tamam halallaşmaq olmazdımı? Olmasın 1 milyard, olsun 1 milyard 200 milyon manat! Bununla dövlət kasıb düşməzdi, amma əvəzində milyardlar hesabına da alınması mümkün olmayan etimad qazanardı. İnsanlar yenidən əmanət banklarına vəsait qoyar, milli valyutanın məzənnəsini qüvvətləndirmiş olardılar. Bu yaxşıdır ki, birdəfəlik ödəmə xalqı çərlə də rək, onları yaşlar üzrə kateqoriyalara bölərək, hissə -hissə və uzun müdətə deyil, bir də fəyə və bütün əma nət çi lərə eyni gözlə baxaraq qaytarılacaq. Bəs bu halda ya ranacaq dəhşətli növbələri, növ bələrdə, bu basa-basda itirilən vaxtı, gəriləcək əsəbləri, alçalan ləyaqəti və bu sə bəb dən qırılacaq və ya qısalacaq ömürləri nədən nəzərə al ma mış lar? İş adamları bu zaman əmək in ti za mı na necə riayət edəcək? Onun iş vaxtı bitəndə hüquqi varis olaraq müəyyən edil miş “Kapitalbank” filialları əməkdaşının da iş vaxtı bitəcək. Üstəlik,  qapısı önündə ya ra na caq  keçilməz növbələrin  və içəridəki qarışıqlığın ucbatından “Kapi tal bank”ın gün dəlik bank fəaliyyəti, digər xidmətləri də sıradan çıxacaq. Halbuki, bu işi yerli icra ha kimiyyətləri nəzdində xüsusi komissiyalar yaratmaqla  qismən  sakit tərz də icra et mək olardı. Büdcə təşkilatları, şöbələr, sosial fondlar və bələdiyyələr sə nəd lərin top la nıl ması və yoxlanılması ilə məşğul olar, onları “Kapitalbanka” min lər lə əma nətçinin əvəzinə bir-iki nəfər təhvil verər, bankdan həmin şəxsin hansı ta rixdə və sa atda vəsaiti alacağı barədə bildirişləri ona çatdıra bilərdi. Bir qədər də tək mil ləş di ri lə cək bu kimi formalarla əhalinin “Kapitalbank” qar şısında dəhşətli  mən zə rə lər yara da caq biabırçı növbələrini aradan qaldırmaq olardı. Bu cür qaydalar olma ya caq sa, əma nətlərin qay ta rılmasının digər müsbət cəhət ləri də urvatdan salınmış olacaq.

* Seyid öz cəddinə arxayın olduğu kimi, İran da İslama arxayın olub Beynəlxalq güclərə əzələ göstərməkdə davam edir. Neçə illərdir uranın zənginləşdirilməsi söz-söhbətini havaya püləməklə məşğuldur. Bir dəfəlik bu zibil atomu istehsal edib, atomdan dinc məqsədlər üçün istifadə etdiyini göstərmir ki, söz-söhbət də bitsin. Heç Pakistan və Şimali Koreya atom bombası əldə edərkən bu qədər şou yapmamışdı. Görünür burada başqa amillər var. Məsələn, çox ola bilsin ki, bütün bunlar  tərəflər arasında razılaşdırılmış oyunbazlıqdır. Çünki, İsrailin və ya ABŞ-in İrana hərbi müdaxilə etməyə və ya raket atmağa “duxu” çatmaz. İran Liviya və ya Suriya deyil. Əhalisi də çoxdur, ərazisi də böyükdür. O boyda Aleksandr Makedonski atəşpərəst İran hökmdarı  I Daranı məğlub etsə də, sonra daha böyük qələbələr qazana bilmədi və bir ağcaqanadın dişləməsinin badına getdi. İndiki İranın İslam ölkəsi olması təbii ki atəşpərəstlikdən daha böyük faktordur. Amma... Bəlkə İraq, Əfqanıstan, Tunis, Misir, Liviya, Bəhreyn, Suriya müsəlman məmləkəti deyil?! Əgər həqiqi və təmiz siyası dartışma gedirsə, məncə İran şou yapmamalıdır.  İslam hara, şou hara? Sonra da keçəcəklər şou-biznesə! Müğənni Ququş erməni mahnıları oxuduğu kimi, bir də görəcəyik ki, İran hökuməti də Ermənistanla birləşib. Ondan sonra erməni lobbisini özünə düşmən etməməkdən ötrü, ay ABŞ, gəl İrana kəllə at, görüm necə atırsan! O boyda Fransa erməninin əlində avara qalıb. “Mus-mus Mustafa” eləmək lazımdır. Amma bu məsələ hərbi yolla həll edilməməlidir. Çünki hərbi yolla həll edilə biləcək məsələlərin fəsadları onilliklər boyu bitib-tükənmir.
* Aprel ayının bir ümumi duası da var: Allah ehtiyacı olan xalqlara ağıl, fərasət,   daha buna ehtiyacı olmayanlara isə bolluca pul yetirsin! Amin!

mirzahafiz@mail.ru

Комментариев нет:

Отправить комментарий