Страницы

14.04.2012

Qaş alalımmı, almayalımmı?


Arzu Abdulla

Bu çox dərin sualdır və xeyli “ziyalı qəhrəmanlarımızı” narahat etməkdədir.
Bizdə xeyli icazəli qəhrəmanlar var axı. Dərd orasındadır ki indi xalqa qəhrəmanlıq dərsini bu “qəhrəmanlar” keçir. Sovet dönəmində “Kommunist” qəzetində “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı   rubrika var idi. Bu rubrikada inqlabçılardan və İkinci Dünya Savaşının iştirakçılarından danışılırdı. Yadımdadır, burada daha çox rus, gürcü, ermənilərdən bəhs olunurdu. Axı biz hər zaman “qəhrəmanlığı” başqalarından öyrənmişik.  Bu başqaları olmasaydı, görəsən, biz necə qəhrəman ola bilərdik?


Müstəqilliyimiz dövründə isə kubalı inqilabçı Çe Gevaranın şəklini facebook sosial şəbəkəsində profil şəkli edən və gecə-gündüz qəhrəmanlıqdan dəm vuranların həyatının pərdəarxası çox dəhşətlidir. Biri var, bəzən saqqal-zadda saxlayır ki, guya bu əməlli-başlı Çedir. Bəzən çox dahiyanə pozalarda şəkil də çəkdirir. Söz yox ki, bu şəklin altındakı yazıda dabanına sürtməyə bir şey tapmırsan, öündən əvvəlkilərin sadəcə zəif təkrarıdır. Bu adam şair Zəlimxan Yaqubdan xoşu gəlməyən bir nəfərin sifarişi ilə Zəlimxan Yaqubu “yıxıb-sürüdü”. Sonra Zəlimxan Yaqubdan gördüyü “hörmətə” görə şairi təriflədi. Bir qonaqlığaya ilhama gəlib insanların üstünə olmazın çirkab atan belələrinin “qəhrəman” maskası çoxdan yırtılıb. Amma özlərini o yerə qoymurlar. Hələ də irad tutmaqda, məsləhət verməkdədirlər. Dediklərini isə ancaq özləri eşidirlər. 
Bir ara mətbuatda özlərini Çe Gevaraya bənzədən bu dəstənin məzlumları yamanca düşmüşdülər qaşını almayan qızların üstünə. Tez-tez yazırdılar ki, filan yerdə qalınqaşlı qızla rastlaşdım, yəqin hələ ərə getməyib deyə qaşını almır. Bu xəbərin dalınca xeyli gülüş işarəsi qoyulurdu. Bu isə bilirsiz nədir. Əslində insan danışanda da, yazanda da özündən o yana gedə bilmir. Belələri ha hoppanırlar ki gedi, Çe Gevaranın, Freydin, Dostayevskinin yanına düşsünlər. Amma boylarından yuxarı tullana bilmədikləri üçün elə öz içlərinə düşüb qalırlar. Içləridəki “qaşımızı alallımı, almayalımmı” sualını problemə çevirəsi səviyyədədir. 
Bu “qəhrəmanlar” Avropaya inteqarsiya olunmaqdan-zaddan yazıb yaxa yırtsalar da Novruzəlinin poçtunun yanından hələki uzaqlaşa bilmirlər. Novruzəli ilə bir fərqləri var ki, Novruzəli daha sadiqdir və bunlardan daha ləyaqətlidir. Sadəcə indi belə yazmaq dəbdədir. İnanın, əgər bu adamlar sovet dönəmində yaşasaydılar hər gün Leninin işıqlarına poema həsr edər, sağıcılara, pambıqçılara dastan yazardılar.
Orta məktəb illərində erməni yazıçısı Aleksey Şirvanzadənin “Xaos” romanını oxumuşdum. Nədənsə bu roman heç vaxt yadımdan çıxmır. Şamaxıda doğulan erməni yazıçısı sovet dönəmində öz əsərində rus qızıyla evlənən erməni oğlanın faciəsinin səbəbini bilirsiz necə izah edirdi? O, yazırdı: “Hər kəs taleyinə düşən gülünü öz bağçasından dərməlidir”. Bunun ardınca Aleksey Şirvanzadə açıqca yazırdı ki, erməni filankəs, erməni qızı filankəslə evlənsəydi indi çox xoşbəxt olmuşdu. Daha sonra yazar qeyd edir ki, erməni oğluyla rus qızının törəməsi olan uşaqlar sevimli deyil. Onlar çox qəribə görünürlər. Amma bizim sovet dönəmindəki yazarlarımız əsərin baş qəhrəmanını ya rus qızıyla, ya da erməni qızıyla evləndirirdi ki, xoşbəxt olsun. Bununla da bu yazarlar daha yaxşı mənzil, istirahət ocaqlarına daha çox putyovkalar əldə etsin və ya daha yaxşı, yağlı vəzifə, medallar qazansın, yuxarıların gözünə girməyə çalışırdı. Məqsəd bu idi. Erməni yazıçısı Aleksey Şirvanzadənin isə məqsədi erməni qızını tərif edib, gənclərin təfəkküründə “ideal olan ancaq erməni qadınıdır” fikirini yaratmaq idi. İndi siz deyin, Aleksey Şirvanzadə ləyaqətli idi, yoxsa, maddi təminatını yaxşılşadırmaq üçün öz millətinin qadınını beş paralıq edən üzdəniraq azərbaycanlı yazıçı? İnsanın böyüklüyü onun daşıdığı ideyanın böyüklüyü ilə ölçülür.
O zaman yuxarıların gözünə girmək üçün əlləşib-vuruşan üzdəniraq yazıçıların davamçılarıdır bu günki, “Çe gevaralar”. O zamankılardan fərqli olaraq bu “çe gevaralar” daha yuxarılara, daha uzaqlara yaltaqlanır və bütün hərəkətləri, yazıları ilə “gördünüzmü, mən daha bərk vurdum” mesajını göndərirlər.
İndi dünyanı dağıtmaq, millət, xalq məfhumunu silmək istəyən beyin mərkəzlərini narahat edən bir məsələ var-ailə bağları. Bu gün özünü Çe Gevaraya bənzədənlərin yuxarılar qarşısında götürdüyü bir öhdəlik var-bu bağları qırmaq. Ehtiyatlı olun ki, qırılmışlardan olmayasız.

“Gündəlik Teleqraf” qəzeti                   arzuabdulla@inbox.ru

Комментариев нет:

Отправить комментарий