
Dövlət orqanlarına Cəlilabad rayon sakinləri adından
Cəlilabad rayonunda gedən abadlıq-quruculq işlərinə görə sizə öz təşəkkürümüzü bildiririk. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bizim rayona göndəriləndən sonra əhalinin maddi rifahında köklü dəyişiklər baş var vermişdir. Privolnoye və Uzuntəpə kəndlərində su xətləri əsaslı olaraq təmir edilmişdir. Yeni tikilib istifadəyə verilən Müalicə Diqanostika Mərkəzi əhaliyə yüksək səviyyədə xidmət göstərir. Burada böyrək çatışmazlığından və digər bəlalardan əziyyət çəkən xəstələrimizə dəfələrlə pulsuz cərahiyyə əməliyyatları edilmişdir. Rayonun Alar və Günəşli kəndləri mavi yanacaq ilə təmin edilmişdir və başqa kəndlərdə də bu proses həyata keçirilməkdədir. Rayonun tras üstündəki kəndlərinə internet xətti çəkilmişdir.
Rayonumuz vaxtilə taxılçılıq və üzümçülük üzrə bütün SSRİ-də tanınırdı. Müstəqillik yaranandan sonra bu sahələr təəssüf olsun ki tənəzzülə uğramışdı. Son zamanlar, Əziz müəllimin diqqəti sayəsində hal-hazırda bu sahələr yenidən dirçəlməkdədir. Kartofçuluq geniş vüsət almışdır və əhaliyə sanballı gəlir gətirir.
Digər tərəfdən kartofun Rusiyaya ixrac olunması da yaxşı qazanc gətirən amillərdəndir. Unun qiyməti aşağı salınmış və rayon ərazisinə keyfiyyətli un gətirilmişdir. Əhalinin gübrə ilə təmin olunmasında nomenklatur problemlər aradan qaldırılmışdır. Taxıl əkənlərə yanacaq pullarının verilməsində operativlik də işimizi sürətləndirən amillərdəndir.
İşsizliyin aradan qaldırılması üçün də tutarlı addımlar atılıb, konkret işlər görülüb. Mebel fabrikində, şərab zavodunda, broyler fabrikində xeyli sayda insanlarımız işlə təmin olunublar və normal maaş alırlar.
Göz oxşayan Heydər Əliyev seyrəngahı gənclərin istirahət məkanına çevrilmişdir. Rayonun mərkəzi küçələri müasir dizaynda qurularaq divarlara bəzəkli üzləmələr vurulmuşdur. Şahmat Məktəbinin, Tarix-Diyarşünaslıq Muzeyinin yeni yaraşıqlı binaları ərsəyə gəlmişdir. Maraqlıdır ki, Şahmat Məktəbinin binası “top” şəklində tikilmişdir ki, bu da Əziz müəllimin öz ideyası idi. Şahmatçı uşaqlarımız respublika turnirlərində tez-tez fərqlənməyə başlamışlar.
Rayon qaz istismarı idarəsinin və hərbi məhkəmənin yeni binaları tikilib istifadəyə verilmişdir. Gənclərimizin idmanla məşğul olmasına böyük diqqət göstərilir və bunun üçün Olimpiya İdman Kompleksi tikilməkdədir. Qarabağ və Böyük Vətən Müharibəsi veteranları üçün binalar tikilmiş və veteranlara paylanmışdır. O cümlədən, Qarabağ əlillərinin yaşadığı kənd evləri də əsaslı təmir olunmuşdur.
Əziz Əzizov onun qəbuluna gələnləri şəxsən özü qəbul edir, diqqətlə dinləyərək problemin həlli üçün əlindən gələni edir. Rayonda əvvəllər olan tayfalararası mübahisələr məhz onun vaxtında yoluna qoyulmuşdur. O bir növ barışdırıcı missiyası ilə məşhurdur. İnsanların psixologiyasını çox gözəl bildiyindən xalq onunla tez dil tapır, bir-biri ilə münaqişədən əl çəkib normal münasibətlərə girir, təmas qururlar. Bütün yuxarıda sadaladıqlarımıza görə dövlətimizə və rayon icra başçısı cənab Əziz Əzizova öz təşəkkürümüzü bildiririk.
Yeganə narazılığımız rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları ilə bağlıdır. Təəssüf ki banklar uzun müddətli kredit vermirlər və verilən sələmin faizi olduqca yüksəkdir. Bəzi banklar hətta 42 faziə da kredit verirlər. Ümidvarıq ki bu kimi neqativ hallar dövlətimizin diqqətində olacaq və həmin problemlər də aradan qaldırılacaq.
Bir qrup rayon sakini
Комментариев нет:
Отправить комментарий