Страницы

31.05.2012

ABŞ-İraq mü­ha­ri­bə­si­nin giz­li mə­qam­ları

 Asif Həsənli

Pauel­lin eti­ra­fı­nın on­suz da heç bir əhə­miy­yəti yox idi, amma hər hal­da bu eti­raf ABŞ-ın ir­ti­caçı si­ya­sə­tini kəs­kin su­rət­də tən­qid və ifşa edən bir fakt kimi ta­rixə həkk olu­na­caq­dı

Elə bir ci­na­yət ki, onun nə­ti­cə­sin­də bir ölkə ta­ma­milə da­ğı­dı­lıb məhv olur, di­gər öl­kə­lər isə çə­ki­lən bö­yük ma­liy­yə xərc­ləri üzün­dən ağır böh­ran­la qar­şı­la­şır­lar

XX əs­rin axır­la­rın­dan baş­la­ya­raq ABŞ İraqa qar­şı tə­ca­vüz­kar si­ya­sət yü­rüt­məyə baş­ladı. Məq­səd ABŞ-ın he­ge­mon­lu­ğunu qə­bul et­mək is­tə­mə­yən və açıq-açı­ğına pre­zi­dent Corc Bu­şun ün­va­nına sərt it­ti­ham­lar və təh­qir­lər yağ­dı­ran Səd­dam Hü­seyn re­ji­mini de­vir­mək idi. Amma re­jimi yıx­maq üçün hə­mişə ol­duğu kimi si­yasi bə­hanə əsas rol oy­na­ma­lıy­dı ki, belə bə­hanə tap­maq da ABŞ hö­ku­mə­tinə o qə­dər də çə­tin de­yil­di.
1991-ci ilin yan­var-fev­ral ay­la­rın­da İraq-Kü­veyt mü­ha­ri­bə­sin­dən (17 yan­var-28 fev­ral 1991-ci il) son­ra Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın eks­pert qrupu İraq­da nüvə si­la­hı­nın, kim­yəvi və bak­terio­loji si­la­hın ol­ma­sını yox­la­maq üçün İraqa gön­də­ril­miş­di. Hə­min ko­mis­siya 1998-ci ilə qə­dər İra­qın hər­bi ob­yekt­lə­rin­də təf­tiş etmiş, la­kin heç bir şey tapa bil­mə­miş­di.
MA­QATE (Atom Ener­jisi üzrə Bey­nəl­xalq Agent­lik) öz he­sa­ba­tın­da bir­tə­rəf­li möv­qe tut­muş və İraq­da nüvə si­la­hı­nın və ya hər han­sı baş­qa kim­yəvi və bak­terio­loji si­la­hın ol­ma­ma­sını bə­yan et­mə­miş­di. Qərb döv­lət­ləri isə nə­za­rət­çi ko­mis­si­ya­nın orada qal­ma müd­də­ti­nin ar­tı­rıl­ma­sını tə­ləb edə­rək Səd­dam Hü­sey­nin nüvə si­la­hına ma­lik ol­ma­sını id­dia edir­di­lər. Bun­dan hid­dət­lə­nən S.Hü­seyn 1998-ci ildə BMT-nin nüvə ener­jisi  üzrə nə­za­rət­çi­lə­ri­nin öl­kə­dən çı­xa­rıl­ması haq­qın­da əmr ver­miş­di.
Qeyd edim ki, 1991-ci il ap­re­lin 3-də Bir­ləş­miş Mil­lət­lər Təş­ki­latı Təh­lü­kə­siz­lik Şu­rası 687 say­lı Qət­namə qə­bul et­miş­di. Qət­na­mədə mü­ha­ri­bə­nin ye­kun­ları haq­qın­da mə­lu­mat ve­ri­lir, İra­qın əra­zi­sin­də MA­QATE-nin eks­pert qru­pu­nun fəa­liy­yəti qeyd edi­lir­di.
Qət­na­mə­nin di­gər şərt­lə­rinə görə şiə­lə­rin və kürd­lə­rin sıx ya­şa­dığı yer­lər­də ame­ri­kan və in­gi­lis əs­gər­ləri yer­ləş­di­ril­məli idi ki, guya on­lar bu az­lıq­ları qo­ru­sun­lar.  Əs­lin­də, İraq­da şiə­lər o qə­dər də az­lıq təş­kil et­mir­di­lər. Sa­dəcə, Səd­da­mın ha­ki­miy­yə­tin­də əsa­sən sün­ni­lər cəm­ləş­miş­di­lər. ABŞ-ın şiə­ləri mü­dafiə et­mə­sin­də isə baş­qa məq­səd­lər da­ya­nır­dı.
İlk ba­xış­dan belə tə­səv­vür et­mək olar ki, ame­ri­kan­lar və in­gi­lis­lər çox hu­ma­nist və xe­yir­xah in­san­lar­dır, ABŞ və Bö­yük Bri­ta­niya isə baş­qa mil­lət­lə­rin, xalq­la­rın və et­nik az­lıq­la­rın qay­ğı­sına qa­lan döv­lət­lər­dir (!)
Eli­ta­sı­nın əsa­sən sün­ni mü­səl­man­la­rın­dan iba­rət olan İraq­da şiə­lə­rin hü­quq­la­rını qo­ru­maq necə də xe­yir­xah və əda­lət­li bir işdir! Amma bu «iş»in ar­xa­sın­da şo­vi­nizm və dün­ya hökm­ran­lığı ide­ya­ları da­ya­nır­sa, o za­man əda­lət və xe­yir­xah­lıq an­caq imi­ta­siya xa­rak­teri da­şı­yır və çox keç­mir ki, şo­vi­niz­min qatı ele­ment­ləri özünü açıq şə­kil­də bü­ruzə verir.
Əsa­sən şiə mü­səl­man­la­rı­nın ya­şa­dığı mü­qəd­dəs Kər­bəla şə­hə­ri­nin bom­bard­man edil­məsi şiə­lərə olan düş­mən mü­na­si­bə­tin ən ba­riz tə­cəs­sü­mü­dür.
Belə bir şə­hə­rin ABŞ-ın rəh­bər­liyi al­tın­da bom­bard­man edil­məsi vəh­şi­lik və az­ğın­lıq­dır!
Kər­bəla şə­hə­ri­nin bom­bard­man edil­məsi, məs­cid­lə­rin atəşə tu­tul­ması  dün­ya mü­səl­man­la­rını hid­dətə gə­ti­rən ən tə­sir­li ha­disə kimi ta­rix­də hər za­man qa­la­caq!
İmam Hü­seyn(ə)in qəb­ri yer­lə­şən bir şə­hə­rin mü­ha­ribə mey­da­nına çev­ril­məsi Al­la­hın qə­zə­bin­dən yan keçə bil­məz­di!
Necə ki keç­mədi! Kər­bə­la­nın bom­bard­man edil­mə­sin­dən cəmi bir ay son­ra ABŞ-ı su­nami basdı, qa­sır­ğa­lar və fır­tı­na­lar bu Al­lah­sız öl­kəni öz ağu­şuna ala­raq min­lər­lə in­sanı və yüz­lər­lə bi­nanı su al­tın­da qoydu! Daha son­ra me­şə­lə­rin­də yan­ğın­lar baş­ladı! Bir tə­rəf­də okean və sel su­la­rı­nın daş­ması, su­nami, di­gər tə­rəf­də dəh­şət­li yan­ğın­lar Kər­bə­la­nın ca­va­bını ve­rir­di!
İra­qın şi­ma­lın­da və cə­nu­bun­da ABŞ və Bö­yük Bri­ta­niya avia­si­ya­sı­nın yer­ləş­di­ril­məsi yu­xa­rıda qeyd et­di­yi­miz Qət­na­məyə da­xil edil­miş­di ki, bu da İraq avia­si­ya­sı­nın hə­min əra­zi­lər­də uçu­şunu qa­da­ğan edir­di.
1993-cü ilin yan­var ayın­da ABŞ, Fran­sa və Bö­yük Bri­ta­niya hər­bi hava qüv­və­ləri ha­va­dan İra­qın cə­nu­bun­da yer­lə­şən zenit-ra­ket komp­lek­sinə iki ra­ket zər­bəsi en­dir­miş­di.
1998-ci ildə İra­qın BMT-nin xü­susi ko­mis­si­yası ilə əmək­daş­lıq et­mək­dən im­tina et­məsi mü­ha­ri­bə­nin baş­la­ma­sını real­laş­dır­maq­da məhz bə­hanə ro­lunu oy­nadı. İraq­da küt­ləvi qır­ğın si­lah­la­rı­nın ol­ması gü­nün real­lı­ğına çev­ril­di, qərb mət­bua­tı İraqı «ən təh­lü­kəli ölkə», S.Hü­seyn re­ji­mini isə «sül­hü poza bi­lə­cək rejim» ad­lan­dır­dı.
Hə­min ildə ABŞ və Bö­yük Bri­ta­niya İraqa qar­şı «səh­ra tül­küsü» adı al­tın­da hər­bi əmə­liy­yat­lara baş­ladı və ha­va­dan zər­bə­lər en­dir­di. İra­qın Hava Hü­cu­mun­dan Mü­dafiə (HHM) sis­temi işə düş­dü və ca­vab zər­bə­ləri en­di­ril­di. Dinc əhali zə­rər çəkdi. Si­lah­lı in­si­dent get­dik­cə qı­zı­şa­raq 2003-cü ilə qə­dər da­vam etdi və iki ölkə ara­sın­da mü­ha­ri­bəyə gə­ti­rib çı­xart­dı.
11 sent­yabr 2001-ci il ta­rix­də Ümum­dün­ya Ti­ca­rət Təş­ki­la­tı­nın və onun ya­nın­dakı hün­dür qül­lə­nin ka­mi­kad­ze təy­ya­rə­çi­lə­rin ter­ror hü­cumu nə­ti­cə­sin­də da­ğı­dıl­ması mü­na­qi­şəni daha da qı­zış­dır­dı. 2002-ci ilin ap­re­lin­də Bö­yük Bri­ta­ni­ya­nın baş na­ziri Toni Ble­yer öl­kə­si­nin İraqa qar­şı mü­ha­ri­bədə iş­ti­ra­kına ra­zı­lıq verdi. C.Buş ta­lib­lərə qar­şı mü­ba­ri­zəni güc­lən­dir­di. Əf­qa­nıs­tan­da və­ziy­yət gər­gin­ləş­di, hər­bi əmə­liy­yat­lar ge­niş­lən­di.
Bu arada S.Hü­seyn BMT-nin xü­susi ko­mis­si­ya­sı­nın öl­kə­sinə gəl­mə­sinə ra­zı­lıq ver­di və ko­mis­siya mü­fət­tiş­ləri düz 2003-cü ilin mart ayına qə­dər ax­ta­rış­la­rını da­vam et­dir­di­lər, la­kin heç bir si­lah aş­kar edil­mədi.
Buna bax­ma­ya­raq 2003-cü ilin əv­vəl­lə­rin­də ABŞ hö­ku­məti İra­qın nüvə si­la­hına ma­lik ol­ması fik­ri üzə­rin­də da­yan­dı və İra­qın bey­nəl­xalq ic­timaiy­yət üçün təh­lükə ocağı ol­du­ğunu qeyd etdi, S.Hü­sey­ni hət­ta Əl-Qai­də təş­ki­la­tını si­lah­lan­dır­maq­da it­ti­ham etdi.
ABŞ-ın kəş­fiy­yat or­qan­ları isə bu­nun ta­ma­milə ək­sini söy­lə­yir və İraq­da nüvə si­la­hı­nın ol­ma­dı­ğını is­rar­la bil­di­rir­di­lər. 2002-ci il sent­yab­rın 18-də Mər­kəzi Kəş­fiy­yat İda­rə­si­nin di­rek­toru Corc Te­ner pre­zi­dent C.Buşa mə­lu­mat ver­di ki, İraq­da nüvə si­lahı yox­dur, İraq baş­qa hər han­sı küt­ləvi qır­ğın si­la­hına ma­lik de­yil­dir. Bu mə­ruzə MKİ-nin he­sa­ba­tın­da öz ək­sini tapdı, amma C.Bu­şun gös­tə­rişi əsa­sın­da Konq­resə bu haq­da bir söz de­yil­mədi.
Eyni za­man­da, 2002-ci ildə MKİ ABŞ-ın keç­miş sə­firi Co­zef Uil­sonu Ni­ge­ri­yaya belə bir mis­siya ilə kəş­fiy­yata gön­dər­di: «S.Hü­seyn guya Ni­ge­riya ilə uran al­maq haq­qın­da mü­qa­vilə im­za­la­yıb. Ura­nın alın­ması, İraqa gön­də­ril­məsi və baş­qa de­tal­ları haq­qın­da in­for­ma­si­yanı də­qiq­ləş­dir­mək la­zım­dır. İraq nə vaxt, han­sı yolla, necə uranı alıb, ha­rada zən­gin­ləş­dir­mək fik­rin­də­dir? Bü­tün bu sual­lara ca­vab ta­pıl­ma­lı­dır».
Ca­vab isə tez­lik­lə ta­pıl­dı. Uil­son məx­fi ka­nal­lar­la Ni­ge­ri­ya­nın döv­lət ar­xi­vinə, kəş­fiy­yat ida­rə­sinə, təh­lü­kə­siz­lik mə­sə­lə­lə­rinə və hər­bi ti­ca­rət əla­qə­ləri üzrə na­zir­liyə gi­riş əldə etdi və İraq­la belə bir mü­qa­vi­lə­nin ol­ma­dı­ğını, hət­ta S.Hü­sey­nin bu mə­sələ ilə bağ­lı Ni­ge­ri­yaya mü­raciət et­mə­diyi ay­dın­laş­dı­rıl­dı. Uil­son MKİ-yə rəs­mi mə­ruzə etdi, MKİ isə öz növ­bə­sin­də C.Buşa mə­ruzə etdi. Amma C.Buş yenə də bu mə­ru­zəni Konq­res­dən giz­li sax­ladı və Döv­lət De­par­ta­men­ti­nin he­sa­ba­tına sa­lın­ma­ma­sına nail oldu.
Hət­ta bun­dan son­ra C,Buş öz çı­xış­la­rın­da də­fə­lər­lə bə­yan etdi ki, S.Hü­seyn Ni­ge­ri­ya­dan uran al­mış­dır. ABŞ-ın döv­lət ka­tibi Ko­lin Pauell isə heç bir əsas ol­ma­dan İra­qın nüvə si­la­hına sa­hib ol­ma­sını id­dia edir, fər­ziy­yə­lərə və mü­la­hi­zə­lərə üs­tün­lük ve­rə­rək konk­ret fakt­ları tək­zib edir­di. 2003-cü il fev­ra­lın 5-də Pauell BMT TŞ-nın ic­la­sın­da çox­say­lı «də­lil­lər» gə­ti­rə­rək de­yir­di:
«İraq küt­ləvi qır­ğın si­lah­la­rına ma­lik­dir. Sa­dəcə, S.Hü­seyn hə­lə­lik hə­min si­lah­ları bey­nəl­xalq mü­fət­tiş­lər­dən giz­li sax­la­mağa nail olur. Mər­kəzi Kəş­fiy­yat İda­rəsi bu si­lah­la­rın sax­lan­dığı yeri müəy­yən edib, amma tam aş­kara çı­xar­ma­yıb».
Bu cür sax­ta və ya­lan mə­lu­mat­lar İraqa qar­şı mü­ha­ri­bəni real­laş­dır­dı və bə­ha­nəni la­büd etdi. Heç bir il keç­mədi ki, Ko­lin Pauell Təh­lü­kə­siz­lik Şu­ra­sın­da et­diyi çı­xı­şın hə­qi­qətə uy­ğun ol­ma­dı­ğını, onun sax­ta­laş­dı­rıl­dı­ğını, hət­ta haq­sız­lıq et­di­yinə görə peş­man ol­du­ğunu və vic­dan əzabı çək­di­yini eti­raf etdi.
Yə­qin ki, vic­dan in­sana əzab ve­rən­də o bu əzabı bö­lüş­mək üçün özünə yer ax­ta­rır. K.Pauell vic­dan əza­bını özün­də hiss edər­kən yer tapa bil­məsə də, eti­ra­fını söy­lə­məyə adam tap­mış­dı. Pauel­lin eti­rafı, nə­dən­sə, mət­buat­da o qə­dər də sen­sa­siya ya­rat­madı.
Gö­rə­sən, nə üçün mət­buat bu eti­rafa cid­di reak­siya ver­mə­miş­di. Zən­nim­cə, bü­tün bu kom­pa­ni­ya­nın İraqı vur­maq üçün təş­kil olun­ma­sı­nın heç kəsə sirr ol­ma­ması sə­bə­bin­dən idi. Axı, «gö­rü­nən kən­də nə bə­ləd­çi­lik?»
Pauel­lin eti­ra­fı­nın on­suz da heç bir əhə­miy­yəti yox idi. Amma hər hal­da bu eti­raf ABŞ-ın ir­ti­caçı si­ya­sə­tini kəs­kin su­rət­də tən­qid və ifşa edən bir fakt kimi ta­rixə həkk olu­na­caq­dı. Bu ba­xım­dan, hə­min eti­rafı oxu­cu­lar­la bö­lüş­məyi daha mü­na­sib he­sab edi­rəm və eti­rafı təq­dim edi­rəm. Be­lə­lik­lə, Pauell ya­zır­dı:
«Mən 2003-cü ilin fev­ra­lın­da Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın he­sa­bat yı­ğın­ca­ğın­da mə­ruzə edər­kən qeyri-dəqiq, sax­ta­laş­dı­rıl­mış, hə­qi­qət­dən uzaq fakt­lara is­ti­nad et­di­yimə görə bu gün vic­dan əzabı çə­ki­rəm. Çox təəs­süf ki, mə­nim Şu­raya təq­dim et­di­yim fakt­lar, ha­di­sə­lər, epi­zod­lar və mən­bə­lər düz de­yil­di və məni yan­lış­lığa apa­rır­dı. Başa dü­şü­rəm ki, bu haq­sız­lıq­dır. Amma ney­lə­məli? Mən döv­lə­tin tap­şı­rı­ğını ye­rinə ye­ti­rir­dim. ABŞ nə­yin ba­ha­sına olur­sa-ol­sun İraqa hü­cum et­məli idi. Bunu da əsas­lan­dır­maq üçün mən ya­lan mə­lu­mat­lara is­ti­nad et­məyə məc­bur idim. Hə­min dövr­də öz və­zi­fəmi ye­rinə ye­tir­dim. Amma bu gün təəs­süf edi­rəm və çox peş­ma­nam. Elə peş­ma­nam ki, hət­ta vic­dan əzabı çə­ki­rəm. Axı, bu mü­ha­ri­bədə nə qə­dər in­san hə­lak oldu. Nə qə­dər uşaq ye­tim qaldı. Nə qə­dər tə­lə­fat, da­ğın­tı baş verdi. Al­lah mə­nim gü­na­hım­dan keç­sin».
Bəli, bu, sa­dəcə, eti­raf və peş­man­çı­lıq deyil, baş­qa döv­lətə qar­şı mü­ha­ribə et­məyə sə­bəb olan bir ci­na­yət­dir. Elə bir ci­na­yət ki, onun nə­ti­cə­sin­də bir ölkə ta­ma­milə da­ğı­dı­lıb məhv olur, di­gər öl­kə­lər isə çə­ki­lən bö­yük ma­liy­yə xərc­ləri üzün­dən ağır böh­ran­la qar­şı­la­şır­lar.
Bir də ki, ol­ma­yan vic­da­nın nə əzabı ola bilər?
Hə­min sax­ta mə­lu­mat­lar əsa­sın­da məhz 2002-ci ilin okt­yabr ayın­da ABŞ Konq­resi İraqa hər­bi mü­da­xilə haq­qın­da qə­rar qə­bul etdi və öz qə­ra­rını İra­qın küt­ləvi qır­ğın si­lah­la­rına ma­lik oll­ması ilə əsas­lan­dır­dı. Amma bəd­bəxt­lik bü­ra­sın­da­dır ki, Konq­res nü­ma­yən­də­ləri qə­rarı əsas­lan­dı­ran sü­but­la­rın olub-ol­ma­ması ilə ma­raq­lan­ma­dı­lar. Qa­nun­ve­rici or­qa­nın bu cür əda­lət­siz qə­rar ver­mə­sinə heç cür bəraət ver­mək müm­kün deyil. Dün­yaya de­mok­ra­tiya və azad­lıq­lar ix­rac edən bir öl­kədə döv­lət sə­viy­yə­sin­də si­fa­rişə bir bax!
Acı­na­caq­lı və faciə­li bir si­fa­riş! Özünü de­mok­ra­tik ölkə sa­yan ABŞ-ın ta­ri­xin­də ən qara ləkə! Heç kəs tə­rə­fin­dən ba­ğış­la­nıl­maz, ta­rix boyu yad­dan çıx­maz və heç vaxt si­lin­məz qara bir ləkə!
BMT-nin ni­zam­na­mə­sinə zidd ola­raq İraq­da nüvə si­la­hı­nın ol­ma­sını sü­but edən amil­lə­rin ol­ma­ma­sına bax­ma­ya­raq və BMT TŞ İraqa qar­şı si­lah tət­biq et­mək haq­qın­da qət­na­məsi ol­ma­dan 20 mart 2003-cü ildə ABŞ və müt­tə­fiq döv­lət­lər İra­qın əra­zi­sinə so­xul­du­lar və əda­lət­siz mü­ha­ri­bəyə gi­riş­di­lər.
Məhz bu za­man mü­ha­ri­bə­nin əsl sə­bəbi ay­dın oldu: Səd­da­mın ha­ki­miy­yə­tini de­vir­mək!
Dün­ya ic­timaiy­yə­tinə isə al­da­dıcı mə­lu­mat ve­ril­di: «İraq­da küt­ləvi qır­ğın si­lah­ları var, bu da dün­ya üçün təh­lükə mən­bə­yi­dir!»
Yeri gəl­miş­kən, Ame­rika Və­tən­daş Mə­su­liy­yəti Mər­kəzi Jur­na­list­lə­rin Müs­tə­qil­liyi Fon­du ilə bir­gə araş­dır­ma­lar apar­mış və aşa­ğı­dakı qənaə­tə gəl­miş­dir:
«2001-ci ilin sent­yabr ayın­dan 2003-cü ilin sent­yab­rına qə­dər ABŞ rəh­bər­liyi İraqa dair 935 ya­lan mə­lu­mat yay­mış­dır. Ya­lan mə­lu­mat­ları ilə və­tən­daş­ları və dün­ya ic­timaiy­yə­tini al­dat­maq­da bi­rin­ci yeri ABŞ pre­zi­den­ti C.Buş tutur. O, 260 hə­qi­qətə uy­ğun ol­ma­yan, təh­rif edil­miş mə­lu­mat­lar çat­dır­mış­dır ki, bu­nun 232-si İra­qın nüvə si­la­hına ma­lik ol­ma­sına aid­dir, 28 mə­lu­mat isə İra­qın guya Əl-Qai­də ilə əla­qə­sini sü­but edir. Ko­lin Pauell isə 254 dəfə sax­ta­laş­dı­rıl­mış mə­lu­mat­ları ilə əha­lini və döv­lət or­qan­la­rını al­dat­mış­dır».
Bü­tün bu ya­lan mə­lu­mat­lar və təh­rif edil­miş hə­qi­qət­lər öz işini gör­dü və nə­ha­yət, mü­ha­ribə baş­ladı.
Mü­ha­ri­bə­nin baş­la­ma­sına qar­şı ic­timai-si­yasi döv­lət xa­dim­ləri, o cüm­lə­dən, Fran­sa­nın pre­zi­den­ti Jak Şirak, Al­ma­ni­ya­nın kans­leri Her­hard­t Şrey­der, Ru­si­ya­nın pre­zi­den­ti Vla­di­mir Pu­tin və baş­qa­ları çı­xış et­di­lər. Bir sıra öl­kə­lər­də İraqa qar­şı hər­bi əmə­liy­yat­la­rın apa­rıl­ma­sına küt­ləvi eti­raz nü­ma­yiş­ləri ke­çi­ril­di.
Ru­siya kəş­fiy­yatı daha bir mə­lu­mat yaydı: 2001-ci il­dən 2003-cü ilə qə­dər MKİ-nin üzv­ləri tə­rə­fin­dən 14 dəfə ABŞ-a qar­şı süni ter­ror ha­di­sə­ləri tö­rə­dil­miş, Səd­dam Hü­sey­nə sui-qəsd­lər ha­zır­lan­mış, 4 dəfə İraq­da döv­lət çev­ri­lişi tö­rət­məyə cəhd edil­miş­dir.

Комментариев нет:

Отправить комментарий