Страницы

31.05.2012

İslam dini və peyğəmbər

Asif Həsənli


İs­lam di­ni­nin ta­rixi era­mı­zın 622-ci ilin­dən, Mə­həm­məd (s) pey­ğəm­bə­rin Mək­kə­dən Mə­di­nəyə köç et­mə­sin­dən baş­la­yır. Amma is­la­mın baş­lan­ğıc ta­rixi 610-cu ilə tə­sa­düf edir ki, məhz hə­min ildə Mə­həm­mədə (s) pey­ğəm­bər­lik çat­mış­dır. Allah-təa­la­nın bə­şə­riy­yətə bəxş et­diyi ən gö­zəl hə­diy­yə də məhz is­la­mın qay­nağı olan mü­qəd­dəs «Qu­rani-Kərim»dir.
İlahi kə­lam­lar­dan iba­rət olan bu mü­qəd­dəs sə­mavi ki­tab 23 il ər­zin­də Al­lah tə­rə­fin­dən Mə­həm­məd (s) pey­ğəm­bərə vəhy gön­də­ril­miş­dir.

Ümu­miy­yət­lə, bizə gə­lib ça­tan mə­lu­mata görə 124 min pey­ğəm­bər ol­muş­dur ki, on­la­rın da ən so­nun­cusu Mə­­həm­məd (s) pey­ğəm­bər­dir. Sə­mavi ki­tab­lar­dan da be­şi­­nin adı mə­lum­dur: Fur­qan, Zəbur, Töv­rat, İn­cil və Qu­ran.
Gö­rün­düyü kimi ən son mü­qəd­dəs sə­mavi ki­tab da «Qu­rani-Kərim»dir. Fur­qan haq­qın­da mü­fəs­səl mə­lu­mat bizə gə­lib çat­masa da di­gər dörd ki­ta­bın han­sı pey­ğəm­bər­lər va­si­tə­silə na­zil olun­duğu mə­lum­dur: «Zəbur» Da­vud pey­ğəm­bə­rin, «Töv­rat» Musa pey­ğəm­bə­rin, «İncil» İsa pey­ğəm­bə­rin və so­nun­cu «Qu­rani-Kərim» Mə­həm­məd (s) pey­ğəm­bə­rin va­si­tə­silə na­zil ol­muş­dur.
Mə­həm­məd (s) pey­ğəm­bər təq­ri­bən 570-ci ildə rəbiü­ləv­vəl ayı­nın 17-də (mi­ladi ta­rix­lə, av­qus­tun 17-ə tə­sa­düf edir, ümu­miy­yət­lə, pey­ğəm­bə­rin do­ğum ta­rixi mü­ba­hi­səli ol­du­ğuna görə də­qiq ta­rix mə­lum deyil) Mək­kə şə­hə­rin­də Ab­dul­lah bin Əbd əl-Müt­tə­li­bin (Əb­dül­müt­tə­lib) ai­lə­sin­də ana­dan ol­muş­dur. Qü­reyş qə­bi­lə­si­nin Bəni-Ha­şim qo­lun­dan olub­dur.
Əb­dül­müt­tə­li­bin 10 oğlu ol­muş­dur – Ab­dul­lah, Həm­zə, Abbas, Əbu Talib, Zu­beyr, Haris, Həcl, Mü­qəd­dim, Zi­rar və Əbu Ləhəb. Sə­fiy­yə, Bərrə, Ümm-Həkim, Atinə, Əmi­mə və Ərva adlı 6 qızı da ol­muş­dur.
Əb­dül­müt­tə­lib hələ öz döv­rü­nün alim­lə­rin­dən eşit­miş­­dir ki, onun oğlu Ab­dul­la­hın nəs­lin­dən bir pey­ğəm­bər dün­­yaya gə­lə­cək və hə­min pey­ğəm­bər so­nun­cu pey­ğəm­bər ola­caq­dır. Buna görə Əb­dül­müt­tə­lib oğlu Ab­dul­laha da­ha bö­yük qay­ğı gös­tə­rir, onu di­gər oğ­lan­la­rın­dan daha çox se­vir­di.
Əb­dül­müt­tə­li­bin özü­nün qü­rey­şi­lər ara­sın­da bö­yük nü­fuz sa­hibi ol­ması onu şöh­rət­lən­dir­miş, Mək­kədə sö­zü­kə­sər­li bir ağ­saq­qala çe­vir­miş­di. Nəql olu­nur ki, ca­hi­liy­yət ad­la­nan o dövr­lər­də Əb­dül­müt­tə­lib 5 qa­nun tət­biq et­miş­di ki, hə­min qa­nun­lara Mək­kə ət­ra­fın­da itaət olu­nur və o qa­nun­lar son­ra­lar Qu­ran­da öz ək­sini tapır.
Ata­nın ar­va­dı­nın oğlu ilə ev­lən­mə­sinə qa­dağa qoy­ması, qa­zan­cın beş­də bi­ri­nin Al­lah yo­lun­da xərc­lən­məsi, Zəm­zəm qu­yu­su­nun ha­cı­lara su ve­rən quyu ad­lan­dı­rıl­ması, qət­lin qan ba­ha­sı­nın 100 dəvə mis­lin­də ve­ril­məsi, Kə­bə­nin 7 dəfə tə­vaf olun­ması bu 5 qa­nun­la­rın tər­kib his­səsi kimi qə­bul olun­muş­dur.
Pey­ğəm­bər 8 ya­şın­da olan­da ba­bası dün­ya­sını də­yiş­miş­di.
Atası Ab­dul­lah is­lam ta­rix­çi­lə­ri­nin qeyd et­di­yinə əsa­sən hic­rət­dən 81 il qa­baq dün­yaya göz aç­mış­dır ki, bu da təq­ri­bən 541-ci ilə tə­sa­düf edir. Ab­dul­lah Aminə adlı qa­dın­la ailə hə­yatı qu­rur və bir­gə ni­kah­dan is­lam pey­ğəm­bəri dün­yaya gəlir.  Ev­lən­mə ta­rixi hə­dis­lər­də belə nəql olu­nur:
Əb­dül­müt­tə­lib qü­reyş qə­bi­lə­si­nin ən şə­ra­fət­li və hör­mət­li ai­lə­lə­rin­dən biri ilə qo­hum oldu. Ab­dul­lah belə hör­mət və eh­ti­rama la­yiq idi. Əb­dül­müt­tə­lib qü­rey­şi­lə­rin ara­sın­da yük­sək nü­fuz sa­hibi olan Va­hab ibn Ma­na­fın qızı Ami­nəni oğlu Ab­dul­laha aldı. Ami­nə­nin anası Bər­rə xa­nım da öz döv­rün­də ta­nın­mış və nü­fuz­lu qa­dın­lar­dan biri idi. İz­di­vac mə­ra­simi baş tutdu, Ab­dul­lah ilə Aminə ev­lən­di­lər, on­la­rın bir­gə ni­ka­hın­dan ye­ganə öv­lad və gə­lə­cək­də is­lam di­ni­nin pey­ğəm­bəri olan Mə­həm­məd (s) adlı bir oğ­lan uşağı dün­yaya gəldi.
Ab­dul­lah gənc yaş­la­rın­dan ata­sına kö­mək edir, ba­ca­rığı və cə­sa­rəti ilə fərq­lə­nir­di. Onun çöh­rə­sin­dəki nur Mək­kə qa­dın­la­rı­nın və qü­reyş əh­li­nin diq­qə­tini özünə cəlb et­miş­di. Bu nur san­ki pey­ğəm­bə­rin gə­li­şin­dən xə­bər ve­rir­di. Za­hi­rən çox gö­zəl və ya­ra­şıq­lı idi.
Mə­həm­məd (s) iki ay­lıq kör­pə ikən atası Ab­dul­lahı itir­di. Ab­dul­lah Əb­dül­müt­tə­li­bin gös­tə­rişi ilə zə­ruri bir iş da­lın­ca Yəs­ribə (Mə­dinə) ge­dər­kən yol­da xəs­tə­lən­di və dün­ya­sını də­yiş­di. Onu orada dəfn et­di­lər.
Anası Aminə xa­nım isə pey­ğəm­bə­rin 6 yaşı olan­da və­fat etdi. Aminə xa­nım Yəs­rib ya­xın­lı­ğın­dakı Abvə adlı ya­şa­yış ye­rin­də dün­ya­sını də­yiş­di və orada dəfn edil­di.
Uşaq vax­tın­dan ye­tim qal­mış Mə­həm­məd (s) ba­ba­sı­nın hi­ma­yə­sin­də ya­şa­mış, əv­vəl­cə Sü­vəy­bə, son­ra isə Hə­limə adlı qa­dın ona da­yə­lik et­miş­dir. Ba­bası Ab­dul­la­hın ölü­mün­dən son­ra əmisi Əbu Ta­lib onu öz hi­ma­yə­sinə gö­tür­müş­dür. Əbu Ta­lib ti­ca­rət­lə məş­ğul ol­du­ğun­dan Mə­həm­mədi (s) də çox vaxt özü ilə gö­tü­rər, uzaq sə­fər­lər­də onu mü­şayiət edər­di.
Rə­va­yət­lə­rin bi­rin­də de­yi­lir ki, Əbu Ta­lib­lə bir­lik­də et­diyi sə­fər za­manı Su­ri­ya­nın cə­nu­bun­dakı iri ti­ca­rət mər­kəz­lə­rin­dən olan Bus­ra şə­hə­rin­də bir ke­şiş 12 yaş­lı Mə­həm­mədə ya­xın­la­şıb onun al­nın­dan öpür və «Bu, gə­lə­cə­yin pey­ğəm­bə­ri­dir, on­dan mu­ğa­yat olun» deyir.
Ta­rix­çi­lər uşağa Mə­həm­məd adı­nın qo­yul­ma­sını anası Aminə xa­nı­mın xa­ti­rə­lə­rinə əsa­sən nəql edir­lər. Aminə xa­nım o ge­cəni belə xa­tır­la­yır:
«Al­laha and ol­sun ki, öv­la­dım ana­dan olan kimi di­zini yerə qoydu, əl­lə­rini göyə qal­dır­dı və göy­dən bir səs gəldi: Sən in­san­la­rın rəh­bə­rini dün­yaya gə­tir­din. Ona Mə­həm­məd adını qoy».
Aminə xa­nı­mın de­dik­lə­rini Əb­dül­müt­tə­libə çat­dır­dı­lar. Ba­­bası tez gə­lib uşağı qu­ca­ğına gö­tür­dü və Al­laha dua etdi:
«Şükr edi­rəm Rəb­bimə ki, bu pak və ətir­li öv­ladı mənə bəxş etdi. O, qun­daq­da olan bü­tün oğ­lan­la­rın ağa­sı­dır».
Son­ra ba­bası onu Kə­bə­nin ət­ra­fına gə­tir­di və orada gə­­lə­cək pey­ğəm­bə­rin şey­tan­dan qo­run­ması üçün dua­lar etdi.
Nəql edir­lər ki, pey­ğəm­bər dün­yaya gə­lən gecə Yu­sif adlı bir yə­hudi mü­nəc­cimi ul­duz­ları seyr edir­di. Yu­sif bir­dən ul­duz­la­rın hə­rə­kət et­di­yini gör­dü və bu qeyri-adi hə­rə­kəti mü­şa­hidə dəf­tər­çə­sinə qeyd edə­rək yeni bir ha­di­sə­nin ya­ran­dığı qə­natəi­nə gəldi. Mü­nəc­cim sə­mada baş ve­rən bu də­yi­şik­liyi Yer­lə əla­qə­lən­dir­di və onun iza­hını aşa­ğı­dakı şə­kil­də verdi:
«Nə­ha­yət ki, mü­qəd­dəs ki­tab­lar­da de­yil­diyi kimi yeni pey­ğəm­bə­rin möv­ludu baş tutdu».
Er­təsi gün Yu­sif qü­rey­şi­lə­rin məc­li­sinə gə­lir və on­lar­dan so­ru­şur:
«Dü­nən gecə si­zin qə­bi­lə­niz­də dün­yaya gə­lən olub­mu?»
De­yir­lər: «Yox».
Yu­sif deyir: «Töv­rata and ol­sun ki, bu gecə so­nun­cu pey­ğəm­bər dün­yaya gəlib. Əgər Mək­kədə do­ğul­ma­yıb­sa, de­məli, Fə­ləs­tin­də do­ğu­lub. Amma ul­duz­lar xə­bər ver­di ki, bu gecə so­nun­cu pey­ğəm­bər ar­tıq dün­yaya gəl­miş­dir».
Yə­hudi mü­nəc­ci­min söz­ləri tez­lik­lə bü­tün qü­reyş qə­bi­lə­ləri ara­sın­da ya­yıl­dı və mə­lum oldu ki, ke­çən gecə hə­qi­qə­tən Ab­dul­lah ibn Əb­dül­müt­tə­li­bin evin­də bir oğ­lan uşağı dün­yaya gəl­miş­dir. Bu xə­bəri Yu­sifə çat­dı­rır­lar, Yu­sif hə­min evə gə­lir və uşağı ona gös­tər­məyi xa­hiş edir. Uşağı Yu­sifə gös­tə­rən­də Yu­si­fin halı də­yi­şir, uşa­ğın çiy­nin­dəki xala ta­maşa edir, hü­şunu iti­rir və yerə yı­xı­lır.
Ayı­lan­dan son­ra bir də kör­pəyə ba­xıb «Şükr ol­sun sənə» de­yə­rək Al­laha dua edir və ət­raf­da­kı­lara tə­bəs­süm­lə deyir: «Bu, si­zin pey­ğəm­bə­ri­niz­dir!»
Əb­dül­müt­tə­lib kör­pəyə süd ver­mək üçün Sü­vey­bə adlı bir qa­dına mü­raciət edir. Sü­vey­bə pey­ğəm­bərə süd verir. Qeyd et­mək la­zım­dır ki, bu xa­nım pey­ğəm­bə­rin əmisi Həm­zəyə də süd ver­miş­dir. Buna görə də Həm­zə pey­ğəm­bə­rin süd qar­daşı he­sab edi­lir­di. Daha son­ra Hə­limə uşa­ğın süd anası olur.
Pey­ğəm­bər 8 ya­şına ça­tan­da ba­bası dün­ya­sını də­yi­şir. Əmisi Əbu Ta­lib uşağı hi­ma­yəyə gö­tü­rə­rək evinə gə­ti­rir və xa­nımı Fa­ti­məyə deyir:
«Bu, qar­da­şım oğ­lu­dur. O mənə ca­nım­dan və ma­lım­dan daha əziz­dir. Onun bü­tün is­tək­lə­rini ye­rinə yetir».
Fa­timə xa­nım ərinə belə ca­vab verir: «Sən mənə bü­tün öv­lad­la­rım­dan və ca­nım­dan daha əziz olan Mə­həm­mədi töv­siy­yə edir­sən? O, mə­nim öv­la­dım­dır».
Son­ra­lar Həz­rəti Əli (ə) anası Fa­ti­mə­nin ölümü haq­qın­da pey­ğəm­bərə xə­bər ve­rən­də Həz­rəti Pey­ğəm­bər belə bu­yu­rur:
«O mə­nim də anam idi».
Pey­ğəm­bər 12 ya­şına ça­tan­da əmisi Əbu Ta­lib onu özü ilə ti­ca­rət sə­fər­lə­rinə apa­rar, kar­van­ları mü­şayiət edər­di. O dövr­lər­də qü­rey­şi­lər ti­ca­rət üçün qış­da Yə­mənə, yay­da isə Şama ge­dər­di­lər. Şa­mın ən iri ti­ca­rət mər­kəz­lə­rin­dən biri də Bus­ra şə­həri idi. Şama ge­dən yol səh­ra­lar­dan keçir, qız­mar gü­nəş­lə mü­şayiət olu­nur­du.
12 yaş­lı pey­ğəm­bər Əbu Ta­lib­lə Bus­raya sə­fər za­manı ti­ca­rət çox uğur­lu alın­dı və bir topa bu­lud kar­va­nın üzə­rin­də köl­gə kimi on­lar­la bir­lik­də hə­rə­kət edir­di. Kar­van əhli bu­nun 12 ya­şın­da uşağa görə ol­du­ğunu dü­şün­mür­dü­lər. Bə­hira adlı bir ke­şiş bunu uzaq­dan mü­şa­hidə etdi və kil­sə­nin qa­pısı ağ­zına çı­xıb daha diq­qət­lə bax­mağa baş­ladı.
Qeyd edək ki, qü­rey­şi­lə­rin kar­vanı hər il bu kil­sə­nin ya­nın­dan keç­di­yinə görə ke­şiş on­ları yax­şı ta­nısa da on­lar­la heç vaxt ya­xın­dan ün­siy­yət­də ol­ma­mış­dı və bu­lud­la­rın on­ları mü­şa­hidə et­di­yini gör­mə­miş­di. Bu ha­disə ke­şişə qə­ribə gəl­di və kar­vanı kil­səyə ye­mək süf­rə­sinə də­vət etdi. Bə­hira ti­ca­rət kar­va­nı­nın da­yan­dığı ağa­cın ya­nına gəldi, Mə­həm­mədə diq­qət­lə baxdı, onun haq­qın­da oxu­duq­la­rını ya­dına sa­lıb nə­zər­dən ke­çir­di, onun iki gö­zü­nün ara­sına, çi­yin­lə­rinə diq­qət­lə fi­kir ver­di və Əbu Ta­libə dedi: «Ey Əbu Talib, sə­nin qar­da­şın oğ­lu­nun işi hələ qa­baq­da­dır, çə­tin və bö­yük­dür. Onu qoru! Və tez­lik­lə öz şə­hə­ri­nizə qa­yı­dın!»
Əbu Ta­lib Bə­hi­ra­nın sö­zünə əməl etdi, kar­vanı tez­lik­lə Mək­kəyə qay­tar­dı və bir daha ti­ca­rət sə­fə­rinə çax­ma­yıb Mə­həm­mə­din tər­bi­yəsi ilə məş­ğul oldu.
Ti­ca­rət­də öz ba­ca­rığı, düz­lüyü, ha­lal­lığı, sə­da­qəti ilə se­çi­lən Mə­həm­məd (s) Mək­kə­nin ən var­lı qa­dın­la­rın­dan olan Xə­di­cə­nin diq­qə­tini cəlb edir və onun ti­ca­rət kar­van­la­rını mü­şayiət et­məyə baş­la­yır. Tez­lik­lə bu sa­hədə bö­yük uğur qa­za­nır, bö­yük bir kar­vanı Su­ri­yaya mü­şayiət edən­dən son­ra geri qa­yı­dır və Xə­dicə ilə ev­lə­nir.
Xə­di­cə­nin tək­cə də­və­lə­ri­nin sa­yı­nın 65 minə ya­xın ol­duğu haq­da mə­lu­mat­lar ve­ri­lir. Bu­nun nə qə­dər hə­qi­qətə uy­ğun ol­du­ğunu ay­dın­laş­dır­maq müm­kün ol­masa da mə­lumu olan odur ki, Xə­di­cə­nin çox­lu say­da qul və kə­niz­ləri var­dı və onun dəvə kar­van­ları Su­ri­yaya, İraqa, Mi­sirə və di­gər öl­kə­lərə mal apa­rır­dı.
Xə­dicə iki dəfə ev­li­lik hə­yatı ya­şa­mış, la­kin hər ikisi uğur­suz ol­muş­du. Bi­rin­ci dəfə Ətiq ibn Aid­lə ailə qur­muş, amma Ətiq bir neçə il­dən son­ra dün­ya­sını də­yiş­miş­di. İkin­ci dəfə Halə ibn Mün­zir­lə ev­lən­miş, bu ni­kah­dan Hind adlı bir qızı ol­muş­du. Halə də xəs­tə­lik­dən öldü və bun­dan son­ra Xə­dicə 40 ya­şına qə­dər ev­lən­mədi, yal­nız ti­ca­rət­lə məş­ğul oldu, öz sər­və­tini ar­tır­dı və Mək­kə­nin ən zən­gin, var­lı və nü­fuz­lu qa­dın­la­rın­dan bi­rinə çev­ril­di. Allah-təa­la Xə­di­cəyə o qə­dər var-döv­lət nə­sib etdi ki, o döv­rün ən ta­nın­mış, hör­mət­li və var­lı şəxs­lə­rin­dən olan iki tay­fa baş­çısı – Əqəbə ibn əl-Muit və ibn Şa­hab ev­lən­mək tək­lifi ilə ona elçi gön­dər­di . Xə­dicə hər iki el­çini rədd etdi.
Sər­vəti art­dıq­ca Xə­di­cə­nin sə­xa­vəti və mər­hə­məti də ar­tır­dı. Yük­sək əx­laqi key­fiy­yəti, qa­dın nə­cib­liyi, ti­ca­rət ba­ca­rığı və sə­riş­təsi, kül­li miq­dar­da var-döv­ləti, yetim-ye­sirə əl tut­ması, xe­yir­xah­lıq et­məsi onu daha da şöh­rət­lən­di­rir­di. Bü­tün Mək­kə əhli onun əx­laqı ilə fəxr edir, onu «ye­tim­lə­rin anası» ad­lan­dı­rır­dı.
Mə­həm­məd(s)in Xə­dicə ilə ti­ca­rət or­tağı ol­ma­sını və onun­la ev­lən­mə­sini də Əbu Ta­lib tək­lif et­miş­di. 
Mə­həm­məd (s) pey­ğəm­bə­rin Xə­di­cə­dən Əl-Qa­sim və Ab­dul­lah adlı iki oğlu olur. Son­ra daha iki, di­gər mə­lu­mat­lara görə üç oğlu ol­muş­dur, amma oğ­lan­la­rın­dan heç biri sağ qal­ma­mış­dır. Zey­nəb, Rü­qəy­ya, Ümm-Gül­süm və Fa­timə adlı qız­ları ol­muş­dur.
Xə­dicə ilə 24 il bir­gə hə­yat ya­şa­mış, bu dövr ər­zin­də on­la­rın ara­sın­da eti­bar, inam və sə­da­qət hökm sür­müş­dür. Ço­xar­vad­lı­lı­ğın ge­niş ya­yıl­dığı bir vaxt­da pey­ğəm­bər Xə­di­cə­nin və­fa­tına qə­dər baş­qa qa­dın­la ev­lən­mə­miş, ona sə­da­qət­li ol­muş­dur.
 Xə­di­cə­nin adı çə­ki­lən­də pey­ğəm­bər hə­mişə ağ­la­yar­mış. Rə­va­yət edir­lər ki, bir dəfə pey­ğəm­bə­rin zöv­cə­lə­rin­dən biri Xə­di­cə­nin adını çəkir. Pey­ğəm­bə­rin göz­ləri dolur, özünü sax­laya bil­mir, gö­zün­dən yaş axır və ağ­la­mağa baş­la­yır. Zöv­cəsi Aişə hə­səd­lə deyir:
- Sən Bəni-Əsəd tay­fa­sın­dan olan ar­va­damı ağ­la­yır­san?
Pey­ğəm­bər Ai­şə­nin üzünə ba­xa­raq öz na­ra­hat­lı­ğını bil­di­rir və ca­vab verir:
 «Siz məni rədd edən­də o məni qə­bul etdi. Siz məni in­kar edən­də o mənə iman gə­tir­di. Siz məni ya­lan­çı he­sab et­di­yi­niz za­man o məni doğ­ru da­nı­şan bildi. Siz öz mal­la­rı­nızı mənə əsir­gə­di­yi­niz za­man o öz ma­lını mənə qur­ban etdi».
Hə­qi­qə­tən də Xə­dicə pey­ğəm­bərə ilk iman gə­ti­rən­lər­dən oldu! O, Mə­həm­məd(s)in pey­ğəm­bər­li­yini qə­bul etdi! Pey­ğəm­bərə sa­diq hə­yat yol­daşı oldu, ona inan­dı, ona eti­bar etdi, ona mad­di və mə­nəvi dəs­tək ver­di və is­lamı ilk qə­bul edən­lər­dən oldu!
İs­lamı ilk qə­bul edən­lər­dən biri də pey­ğəm­bə­rin əmisi oğlu Əli ibn Əbu Ta­lib ol­muş­dur. Yəni, ki­şi­lər­dən bi­rin­ci ola­raq Həz­rəti Əli, qa­dın­lar­dan isə bi­rin­ci ola­raq Xə­dicə is­lamı  qə­bul edə­rək pey­ğəm­bərə iman gə­tir­miş və is­la­mın in­ki­şa­fına öz mi­sil­siz töh­fə­lə­rini ver­miş­lər.
Pey­ğəm­bə­ri­miz bir hə­dis­də bu­yu­rur:
 «4 xa­nım be­hiş­tin ən uca xa­nım­la­rı­dır: İm­ra­nın qızı Mər­yəm, Xü­vey­li­din qızı Xə­dicə, Mə­həm­mə­din qızı Fa­timə və Mü­za­hi­min qızı Asiya (fi­ro­nun xa­nımı)».
Xə­di­cə­nin Mə­həm­məd (s) pey­ğəm­bərə olan eşqi adi bir eşq de­yil­di. Xə­dicə bə­şə­riy­yəti ka­mil­liyə ça­ğı­ran, in­san­lara doğ­ru yol gös­tə­rən, kim­sə­siz və ye­tim­lərə əl tutan, şə­ra­fət­li və fə­zi­lət­li, xe­yir­xah və mər­hə­mət­li bir in­san­la ailə hə­yatı qur­muş­du. Xə­dicə öz say­sız-he­sab­sız tü­kən­məz var-döv­lə­tini pey­ğəm­bə­rin özü və idea­lı uğ­run­da qur­ban ver­məyə ha­zır olan bir qa­dın idi. O, pey­ğəm­bərə həm maddi, həm də mə­nəvi dəs­tək ol­muş­du. Pey­ğəm­bər­lə iz­di­vac­dan son­ra Xə­dicə onu ti­ca­rət sə­fər­lə­rinə gön­dər­mədi və ona ilk iman gə­ti­rən­lər­dən oldu.   
610-cu ildə Ra­ma­zan ayın­da Mə­həm­məd (s) pey­ğəm­bərə ilk vəhy gəl­di və onun pey­ğəm­bər­lik döv­rü baş­lan­dı.
 «Vəhy» sö­zü­nün mə­nası başa sal­maq, açmaq, təl­qin et­mək məq­sə­dilə işarə de­mək­dir. Təd­qi­qat­çı­lar vəh­yin müx­tə­lif for­ma­la­rını müəy­yən et­sə­lər də, vəh­yin ən ka­mil və ay­dın for­ma­sı­nın mə­lək­lər va­si­tə­silə pey­ğəm­bər­lərə gön­də­ril­miş for­ması ol­du­ğunu önə çə­kir­lər. «Quran» Cəb­ra­yıl va­si­tə­silə Mə­həm­məd (s) pey­ğəm­bərə gön­də­ril­miş vəhy nə­ti­cə­sin­də na­zil ol­muş­dur.
«Quran» qiraət, oxu­maq, tə­ləf­füz et­mək de­mək­dir. Gör­kəm­li aka­de­mik, is­te­dad­lı alim, bö­yük şərq­şü­nas Va­sim Məm­mə­də­li­yev «Quran» sö­zü­nün mə­na­sını haq­lı ola­raq tək­cə qiraət və oxu­maq kimi yox, həm də Al­lah­dan Mə­həm­məd (s) pey­ğəm­bərə na­zil olan söz­ləri oxu­maq kimi də­yər­lən­dir­miş­dir.
Qu­ran 23 ilə na­zil olmuş, 114 su­rə­dən, 6236 ayə­dən, 77934 söz­dən və ümu­miy­yət­lə, Al­lah kə­lam­la­rın­dan iba­rət mü­qəd­dəs bir ki­tab­dır.
Aka­de­mik Va­sim Məm­mə­də­li­yev «Qu­rani-Kərim» haq­da belə bu­yu­rur:
«Qu­rani-Kə­rim bü­tün kai­na­tın ya­ra­dı­cısı, hər şe­yin xa­liqi Allah-təa­la­nın bir­li­yini, Onun qüd­rət və əzə­mə­tini, əzəli və əbədi var­lıq ol­ma­sını tə­rən­nüm edən ilahi bir kitab, mü­qəd­dəs bir himn­dir. O, in­sanı məhz Al­laha iba­dət et­məyə, Ona heç bir şə­rik qoş­ma­mağa, bü­tün iş­lər­də yal­nız ona bel bağ­la­mağa, On­dan kö­mək və mər­hə­mət di­lə­məyə, heç kə­sin deyil, yal­nız Al­la­hın qar­şı­sın­da ki­çil­məyə, yal­nız Ona bo­yun əy­məyə ça­ğı­rır.
Bə­şər mə­də­niy­yə­tinə öl­məz poe­ziya nü­mu­nə­ləri, ca­han­şü­mul sə­nət əsər­ləri bəxş et­miş ərəb ədə­biy­ya­tın­da Qu­ran qə­dər güc­lü və tə­sir­li poe­tik nəsr nü­mu­nəsi ya­ra­dıla bil­mə­miş, o, tək­ra­re­dil­məz, təq­li­do­lun­maz bir kə­lam kimi qal­mış və şüb­hə­siz ki, dün­ya dur­duq­ca qa­la­caq­dır.
Mə­lum­dur ki, Al­lah kə­la­mı­nın ayə­lə­ri­nin hər biri bu və ya di­gər ha­disə ilə əla­qə­dar na­zil ol­muş­dur. Hər ayə­nin na­zil olma sə­bəbi var­dır. Qu­ran­da iş­lə­nən qısa ayə­lə­rin, ayrı-ayrı söz­lə­rin hər biri öz­lü­yün­də ge­niş məna tu­tu­muna ma­lik ol­duğu, bu və ya di­gər dini, şəri mə­sə­ləyə, ta­rixi ha­di­səyə, müəy­yən bir əh­va­lata işarə et­diyi üçün onun na­zil olma sə­bə­bini bil­mə­dən, ma­hiy­yə­tinə var­ma­dan Al­la­hın kə­la­mını doğru-düz­gün başa düş­mək müm­kün deyil. Qu­ran Pey­ğəm­bə­ri­mizə na­zil ol­duğu, Al­la­hın əm­rilə Cəb­ra­yıl tə­rə­fin­dən yal­nız ona oxu­nub izah edil­diyi üçün, təbii ki, onun ən doğru, ən düz­gün mə­na­sını bi­lən də məhz Pey­ğəm­bər özü ol­muş­dur.
Qu­ran təf­siri is­lam alə­min­də ən çə­tin elm he­sab olu­nur. Təf­sirə yal­nız elm­də müc­tə­hid­lik mər­tə­bə­sinə ye­ti­şən alim cü­rət edə bilər. Qu­rani-Kə­rimi təf­sir et­məyə gi­ri­şən müc­tə­hid iyir­mi ana (əsas) elmi və on­dan ay­rı­lan alt­mış qolu mü­kəm­məl bil­mə­li­dir ki, bun­la­rın da məc­musu sək­sən elm təş­kil edir. Hə­min elm­lərə də­rin­dən yi­yə­lən­mə­yən şəx­sin et­diyi Qu­ran təf­siri ya­rım­çıq, na­qis­dir ki, bu da bö­yük gü­nah sa­yı­lır».
Be­lə­lik­lə, 610-cu ildə ilk vəhy­lə pey­ğəm­bər­lik döv­rü baş­la­yır. 622-ci ildə Mə­həm­məd (s) pey­ğəm­bər öz əs­ha­bə­ləri və ya­xın adam­ları ilə bir­lik­də Mək­kə şə­hə­rin­dən Mə­dinə şə­hə­rinə köç edir ki, bu da hic­rət ad­la­nır və is­la­mın ta­rixi məhz bu vaxt­dan he­sab­la­nır.
Mə­həm­məd (s) pey­ğəm­bər 632-ci ildə 63 ya­şın­da dün­ya­sını də­yi­şir. 

Комментариев нет:

Отправить комментарий