Страницы

23.05.2012

ŞOK İDDİA: İlk insan meymundan yox, Türkməndən törəyib!

Türkmənistan Elmlər Akademiyasının üzvü, əməkdar elm xadimi Odek Odekov belə bir qənaətə gəlib ki, dünyanın əksər xalqları qədim türkmənlərdən əmələ gəlib.

“Biz – asiyalılar, arilər, türkmənlər” və “Yerdə türkmənlərin izləri” kitablarının müəllifi olan Odekov iddia edir ki, türkmənlər çinlilərin əcdadlarıdır. Elm adamı buna səbəb kimi, Çin dilindəki mürəkkəb transformasiyasız “türkmən” mənasını verən sözləri misal göstərir.
Onun fikrincə, “türklər” etnonimi “teke” etimonundan əmələ gəlib. “Teke” türkmən qəbilələrindən birinin adıdır. Odekov qeyd edir ki, etimoloji baxımdan bu söz “qoyun” sözü ilə bağlıdır.
Bu heyvanın simvolları (və yaxud buynuzları) demək olar ki, bütün qədim mədəniyyətlərdə böyük rol oynayır. Odekov vurğulayır ki, bu bir daha dünyanın əksər xalqlarının türkmənlərdən törədiyini göstərir.
Odekov Zərdüştün türkmən olduğuna əmindir, zərdüştlük dini isə qədim türkmən şəhəri olan Nisedə yaranıb. Araşdırmanın müəllifi həmçinin Zərdüştlə Türkmənistanın keçmiş prezidenti, “Ruhnamə” (Türkmənistan Respublikası tərəfindən müqəddəs elan edilən və hər kəsin oxuması vacib olan tarixi-fəlsəfi traktat) kitabının müəllifi Saparmurad Niyazov arasında paralellər aparıb.
Alim bildirir ki, Skandinav xalqları da qədim türkmənlərdən törəyib. O bildirir ki, Zərdüşt və skandinavların tanrısı Odin demək olar ki, eyni şəxsiyyətdirlər.
“Skandinaviya xalqlarının və onların dövlətlərinin (İslandiya, Norveş, İsveç, Danimarka) yaranmasında bizim böyük əjdadlarımız türkmənlər – oğuzlar böyük rol oynayıblar”, – Odekov qeyd edib.
Odekov ən qədim xalqlar sayılan asteklərin və şumerlərin də qədim türkmənlərdən törədiyini iddia edib. Şumer xalqının qədim türkmənlərdən törədiyini Odekov özünəməxsus şəkildə izah edir. O bildirir ki, Şumer sözü “şum” və “yer” sözlərindən əmələ gəlib. Bu da türkdilli tayfalarda yeri şumlamaq, şumlanmış yer mənasını verir.
Türkmən elm adamının bu iddiaları rusdilli sosial şəbəkələrdə ironiyayla qarşılanıb. Bir çoxları ilk insanın da meymundan yox, türkməndən törədiyini bildiriblər.

ann.az

Комментариев нет:

Отправить комментарий