Türkmənistan
Elmlər Akademiyasının üzvü, əməkdar elm xadimi Odek Odekov belə bir qənaətə gəlib
ki, dünyanın əksər xalqları qədim türkmənlərdən əmələ gəlib.
“Biz – asiyalılar,
arilər, türkmənlər” və “Yerdə türkmənlərin izləri” kitablarının müəllifi olan
Odekov iddia edir ki, türkmənlər çinlilərin əcdadlarıdır. Elm adamı buna səbəb
kimi, Çin dilindəki mürəkkəb transformasiyasız “türkmən” mənasını verən sözləri
misal göstərir.
Onun fikrincə,
“türklər” etnonimi “teke” etimonundan əmələ gəlib. “Teke” türkmən qəbilələrindən
birinin adıdır. Odekov qeyd edir ki, etimoloji baxımdan bu söz “qoyun” sözü ilə
bağlıdır.
Bu heyvanın simvolları (və yaxud buynuzları) demək olar ki, bütün qədim mədəniyyətlərdə böyük rol oynayır. Odekov vurğulayır ki, bu bir daha dünyanın əksər xalqlarının türkmənlərdən törədiyini göstərir.
Bu heyvanın simvolları (və yaxud buynuzları) demək olar ki, bütün qədim mədəniyyətlərdə böyük rol oynayır. Odekov vurğulayır ki, bu bir daha dünyanın əksər xalqlarının türkmənlərdən törədiyini göstərir.
Odekov Zərdüştün
türkmən olduğuna əmindir, zərdüştlük dini isə qədim türkmən şəhəri olan Nisedə
yaranıb. Araşdırmanın müəllifi həmçinin Zərdüştlə Türkmənistanın keçmiş
prezidenti, “Ruhnamə” (Türkmənistan Respublikası tərəfindən müqəddəs elan edilən
və hər kəsin oxuması vacib olan tarixi-fəlsəfi traktat) kitabının müəllifi
Saparmurad Niyazov arasında paralellər aparıb.
Alim bildirir ki,
Skandinav xalqları da qədim türkmənlərdən törəyib. O bildirir ki, Zərdüşt və
skandinavların tanrısı Odin demək olar ki, eyni şəxsiyyətdirlər.
“Skandinaviya
xalqlarının və onların dövlətlərinin (İslandiya, Norveş, İsveç, Danimarka)
yaranmasında bizim böyük əjdadlarımız türkmənlər – oğuzlar böyük rol
oynayıblar”, – Odekov qeyd edib.
Odekov ən qədim
xalqlar sayılan asteklərin və şumerlərin də qədim türkmənlərdən törədiyini
iddia edib. Şumer xalqının qədim türkmənlərdən törədiyini Odekov özünəməxsus şəkildə
izah edir. O bildirir ki, Şumer sözü “şum” və “yer” sözlərindən əmələ gəlib. Bu
da türkdilli tayfalarda yeri şumlamaq, şumlanmış yer mənasını verir.
Türkmən elm
adamının bu iddiaları rusdilli sosial şəbəkələrdə ironiyayla qarşılanıb. Bir
çoxları ilk insanın da meymundan yox, türkməndən törədiyini bildiriblər.
ann.az
Комментариев нет:
Отправить комментарий