Страницы

26.05.2012

ÜMİDLƏRƏ SIĞINAN ÜMİD

Təranə Azəri

Milyonlardan biri kimi doğuldu o da. Hər körpə kimi ağladı. Bütün usaqlar kimi öncə iməkləməyi sonra ayaq tutub gəzməyi öyrəndi. Gəzməyinin sevincini özü də duyurdu. Sanki bu ilk addımları ilə dünyanı fəth edəcəkdi. Amma bilsəydi ki, bu həyatda onu nələr gözləyir, bu ayaqların üstündə  tək gövdəsini deyil özündən də ağır kədər daşıyacaq heç gəzməyi öyrənməzdi. Hələ sevinməsini demirəm… Gəzmək sevinci bitməmiş danışıq həvəsi ona güc gəldi. Bu dünyada ilk sözünü dedi. Həəə Balaca düşünürdün bu kəlməni bütün dünya duyacaq? Səni eşidəcək? Eh uşaqlıq uşaqlıq...
Bütün uşaqlar kimi o da böyüdü, gənc oldu. Nədənsə artıq gənclikdə bütün gənclər kimi deyildi. Dəyişmişdi sanki böyük qaranlıqda parıldayırdı. Bilirsən nəyə bənzəyir? Qaranlıq havada  göyün üzündə tək bir parıldayan ulduzlar olur bəzən. Bax o cür gənclər içində tək bir istedadı ilə parıədayan gənclərdən idi. Gənclərin rəfiqələri dostları elə gənclər idi. Onun sirdası fərqli idi. O, özünə başqa dost tapmışdı. Dinməyən heç vaxt danışmayan amma  insanın dərdlərinə şərik ola bilən birini tapmışdı. Həə bu tapıntı onun üçün çox xoş idi. Hər gecə otağına çəkilib onunla dərdleşir, onunla bütün gələcəyini paylaşardı.  Gah sevgisindən həzin həzin pıçıldayardı qələmə. Gah da əsəblərini tökərdi sözlərin üzərinə. Onları  sıra – sıra, ard - arda düzərdi kağız üzərinə. Onun əziz qələmi.. Bu qələm öncə ona oyuncaq sonra doğma oldu. Sonralar doğmalıq yaxın dostluğa çevrildi. Dostluqdan sirdaşlıq doğdu. Heç kimə açmadığı sirləri qələminə açıb ağ kağıza səpələyərdi hamıdan gizlətdiyi ürək sözlərini. Həyatda qarşılaşdığı , duyduğu heç kimlə paylaşmağadığı  bəlkə də çəkindiyi, bəlkə də onu anlamayacaqlar deyə söyləmədiyi bütün fikirləri qələm ilə bölüşüb şerlərinə həyat verirdi. Yazırdı elə hey yazırdı.. Şerlər onun həyatını, düşüncələrini insanlara münasibətini əks etdirirdi. Elə indi də əks etdirir. Hələ uzun müddət bu şerlərdən yaranacaq. Çox vaxt özündən razı görünə bilər o. Amma heç kim bilmir ki, şairə nedir.. O, necə dünyada nəfəs alır. Hər şerinə necə həyat verir. Bəzən qələmi yazmayanda göz yaşları ilə yazir duyğularını. Gözündən axan hər damla bir sətirə həyat bəxş edir. Əllərinin titrəməsi sanki cümlələrin üstünə külək esibmiş kimi titrədib yerindən onları.  Nəfəsi ilə üşüyən sətirləri isitmə çalışır. Göz yaşları ilə sulanan şerlər soyuqdan yağışdan qorunmaq üçün günəşi arzulayır sətirlərində. Sığınacaq tapmıyan şerlər fəryad edir ağ kağız üzərində  şairənin. Ürəyinin hər döyüntüsünü,  hər çırpıntısını hiss etmək olur misralarda. Sözlər bir – biri ilə qucaqlaşaraq sətirlər yaradır , sətirlərsə  bir birinə sığınaraq  şer yaradır ağ kağız üzərində. Bir həyatı özündə daşıyan şer yaradır…
Yaz şairəm yaz.. Bütün keçmişini, bu  gününü , gələcəyə ümid bəslədiyin arzularından yaz. Yaz şairəm sevicli günləri necə gözlədiyini yaz. Yaz ümidlərindən ... Yaz şairəm umidə siğınanraq yazam ÜMİDİM YAZ. 

P.S GÜNAY ÜMIDƏ HƏSR OLUNUB

Комментариев нет:

Отправить комментарий