Страницы

31.05.2012

Zümrüd Yağmurun Təbrizdə kitabı dərc olundu

Yazıçı Zümrüd Yağmurun Təbrizdə fars dilində kitabı dərc olunub.  Kitab “Günahkarın ölümü” adlanır. Xatırladaq ki, eyni adlı kitab iki il öncə Bakıda da dərc edilib. Kitabda  müəllifin hekayə və esseləri yer alıb.
Zümrüd Yağmurla söbhətdən öyrəndik ki,  təqribən bir müddət öncə ona bu baradə bildirilib, amma sonra bir xəbər olmadığından dünən e-mailinə gələn məktub onun üçün əsil sürpriz olub.  Kitab “Neday-i Şəms” yayın evində 10000 nüsxə ilə dərc olunmuşdur. Kitabı çevirən və nəşr işləri ilə məşğul olan Təbrizli soydaşımız Əhəd Fərəhməndidir. 

Комментариев нет:

Отправить комментарий