Страницы

30.06.2012

Bəzz qalası - Güney Azərbaycan


Doğu Azərbaycan ostanının Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km güney-batıdə yerləşən qala.
Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400-600 metr dərinlikdə dərələr əhatə edir.

Bəzz qalasına yürüşƏrəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb".
Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans və Azərbaycan Atabəy Eldəgəzlər dövlətlərinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala ərazisindən təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılmışdır. Hər il Babəkin anım günündə bu qalaya Güney Azərbaycanın hər bucağından insan axımı olardı. Musiqilər səslənərdi, danışıqlar olar. Milli istəklər haqqında danışılardı. Getdikcə dövlətin bu qonu üçün mudaxiləsi artdı və insanları dustaq etməklə, tutuqlamaqla orada olan toplantılara mane oldu.


Bedie Parlar

Комментариев нет:

Отправить комментарий