Страницы

30.06.2012

Üç il öncə yazılmış bir şeir

Profile Picture Ramin Cabbarlı


versən mənə Qərənfil boyalı dağlar yükündən
Qaş ağaran vaxtda,
Mışıl- mışıl yatmış küçələrin
ilk addımcısı olardım.
ağrı dolu yükümlə,
südəmər körpələrin
pəncərəsi önündən keçərdim.
Və hər pəncərə şüsəsinə
bir ağrılıq çınqıl çırpardım
yatmış körpələr diksinsin deyə.

Bu al boyalı dağlar yükündən versən mənə
Günəş,
Gecə çadrasını yırtmadan,
Dönərdim küçələrə.
Acılıqlar diksintisini yaşatmaq üçün,
unutqanlıq unudulsun deyə.

Комментариев нет:

Отправить комментарий