Страницы

23.06.2012

QARŞI YATAN QARA DAĞIN BİNASI

ETİMAD BAŞKEÇİD


bu, cənnətdə candan bezmək kimidir,
hər şey öz həddinə doyar, tökülər,
qarşı yatan qara dağın binası
axşam-axşam quzulayar, tökülər.


uğraşınca qılınc qalxan üstünə,
ömür adlı möhlət başa varınca,
qara ilan yuvasına dolunca,
şahin-şonqar izi bular, tökülər.


dəlmədeşik,
paramparça,
çilməçilik,
ötələrdən varaqlanan gündəlik,
illər ili yürdük, könül bəslədik,
gör nə təhər çatdar, sınar, tökülər.

HƏSİR


Məmmədnəsirin bir həsiri var,
həsirin üstündə
belə bir təsvir var—
(ipdən asılı həsirin
tüklərini rüzgar tərpədincə)
on dörd gecəlik ay
üzünü turşudur
bulanıq gölmənin içində.


ÖZ YANINDAN ÜRKƏN DOSTA SÖYLƏYİN


öz yanından ürkən dosta söyləyin,
elə getsin, geri daha dönməsin,
düyün düşsün hədyan deyən dilləri,
la ilahə illəllaha dönməsin.


mən demirəm qalsın yavan, yalınçaq,
ilan yürsün, balası da dalınca,
tərəfimdən deyin ta mən ölüncə,
peşimana verməm baha, dönməsin.


Başkeçid der, ələlbaşdı qol, sinə,
dəccal minər ulağını tərsinə,
axır-əvvəl dönər, əlbət, yol sinə,
ha bulansın, imana ha dönməsin.

Комментариев нет:

Отправить комментарий