Страницы

25.07.2012

Azərbaycanın birinci xanımı mədəniyyətimizin uğurlarından danışdı

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva: “Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu”
            
Qəbələdə IV Beynəlxalq Musiqi Festivalı start götürür


Bu gün Qəbələdə IV Beynəlxalq Musiqi Festivalı öz işinə başlayır. APA-nın Qəbələyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, festival iştirakçılarına təqdim olunan bukletdə Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın salamlama nitqi yer alıb.
Salamlama nitqində deyilir: “Hörmətli festival iştirakçıları, qədim zamanlardan tolerantlıq ənənələrinin qorunub saxlandığı müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalar arası təbliği və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər musiqi və incəsənət festivallarının, konfrans və sərgilərinin keçirildiyi məkan kimi tanınır. Fərəhləndirici haldır ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan bu tədbirlər ildən-ilə daha böyük vüsət alır.

Cəmi bir neçə ay bundan əvvəl ölkəmiz Avropanın ən mötəbər yarışması olan “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etdi və bu dəfə milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirdi. 2009-cu ildə Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu. Beynəlxalq mədəni əlaqələrinin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival gözəl bir ənənəyə çevrilərək, öz beynəlxalq nüfuzunu ildən-ilə artırır. İnanıram ki, hər il olduğu kimi, bir çox dünya şöhrətli musiqi xadimlərinin iştirakı ilə keçirilən builki festival da unudulmaz musiqi bayramına çevriləcək və musiqi mədəniyyəti tariximizdə mənalı səhifələrdən biri kimi qalacaq”.
Qeyd edək ki, bu gün Qəbələdə festival çərçivəsində keçiriləcək ilk tədbir dünya şöhrətli musiqiçi, SSRİ xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyi ilə bağlıdır. Festival Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilir.

Комментариев нет:

Отправить комментарий