Страницы

27.07.2012

BİLMƏDİM, BİLƏCƏKSƏN...

Zaur Qəriboğlu


Özümü həyatda sevə bilmədin,
Öləndən sonra...
Qəbrimi sevəcəksən.
Mən səni bu dünyada öpə bilmədim,
Sən mənim məzar daşımı öpəcəksən.
Nə bir çiçəyimi aldın,
Nə bir gülümü,
Qəbrimin torpağında gül əkəcəksən.
Mən sənin nazını çəkə bilmədim,
Sən mənim həsrətimi çəkəcəksən...


İNSAN ÖMRÜ


Bir insan gedir qarşımdan,
Harasa tələsir,
Tələsə-tələsə,
Məndən öncə girir
Metro stansiyasına...

Yenə də tələsir...
Hara tələsir?!
Qarşısındakıları itələyir,
Kartı qoyur,
Keçir...
İlk addımını atır ekskalatora...
Dayanır,
Sağa-sola boylanır,
Sanki, kimisə arayır...
Ekskalator isə elə hey yerin altına –
Stansiyaya şütüyür...
Üzərindəki insanları endirməyə,
Yükdən azad olmağa tələsir...
Bu adam da tələsə-tələsə,
Öz-özünə pıçıldayır,
Danışır kiminləsə...
Önündə, arxasında dayanan laqeyd adamlara
Baxır, gülür yenə bu adam...
Baxan, dəlidir sanır bu adamı...
Eskalatorun sonu girdabı xatırladır ona
Amma qorxmur gülür –
Bütün qaranlıqlara,
Səhmanasız sürətlərə,
Və çəkisiz yüklərə...
Nəhayət,
Çatır ekskalator yerin altına...
Hamı enməyə tələsir...
Bu adam əli sinəsində
Yenə gülür,


Birdən diz çökür,
Elə bu çöküşlə də,
Gözlərini yumur,
Ölür, ölür bu adam,
Ölür... laqeydlikdən.

Комментариев нет:

Отправить комментарий