Страницы

27.07.2012

Keçmişi gəl xatırlatma...

Arzu Hümbətova


Keçmişi gəl xatırlatma...
onlar gərək deyil mənə.
Unutmuşam birər-birər,
çünki dərd verirdi mənə.
Baxışlarını çək məndən,
salma əsirliyə məni.
Yalanlarını uzaq et,
çevirmə dəliyə məni.
Hər şey necə varsa, elə-
xatirə olaraq qalsın.
Gələcəkdə xatırlasaq,
deyərik ki, KEÇMİŞ OLSUN.


Keçmişi gəl xatırlatma...
əzabım günbəgün artır.
Qarşında günahım çoxdur,
vicdanım yaxamı dartır.
Səndən sonra elə susdum,
düşündülər laldır dilim.
Bilməm hara getdin, noldun.
yaman itdin ilim-ilim.

Əlimdə bir badə şərab,
bir tək odur dərd ortağım.
Yalqızlıq alım yazımsa,
niyə qəm qoxur otağım?


Keçmişi gəl xatırlatma...-
nə özünü, nə məni yor.
Həsrət canını acıdıb?
eh... bir də mənimkini sor.
Mənim fikrim-zikrim sənsən,
dilimdə əzbərə döndün.
Gözümü tək sənə dikdim,
bəxt ulduzum, sən də söndün.
Bundan sonra sən mənimçün
bir yuxusan, bir xəyalsan.
Yalnız səni görəcəyəm
nə vaxt röylara dalsam...


Keçmişi gəl xatırlatma...
yıxmışıq öz evimizi.
Faydamız yoxdursa ona,
oyatmayaq sevgimizi.
Bizə qalan bu baxışlar,
bir də qüssə-kədər oldu.
İllərlə səbr edib durdum,
amma yenə hədər oldu.
Sabaha yoxdur gümanım,
çünki sürünürəm sənsiz.
Yolun düşsə biz tərəfə,
gəl gör nə çəkirəm sənsiz...


Keçmişi gəl xatırlatma...
xatirə olaraq qalsın.
Gələcəkdə xatırlasaq,
deyərik ki, KEÇMİŞ OLSUN!

Комментариев нет:

Отправить комментарий