Elçin Mirzəbəyli
Min kaman çəkilə sevda oxuyla
Üstümə çatılan qaşına dəyməz.
Dəyməz bu dünyanın ən uca eşqi
Sevdamın bir qırıq daşına, dəyməz.
Üstümə tökülə sevda yağışı,
Hər damla bir ömrün sevgi naxışı…
Bütün gözəllərin sirli baxışı
Sinəmə sıxdığın qurşuna dəyməz.
Yenə ayrılığa qəlbim tələsdi –
Bu necə sevdadı –
Necə həvəsdi?...
Qurban gözlərinə, ağlama, bəsdi
Dünya gözlərinin yaşına dəyməz.
Min kaman çəkilə sevda oxuyla
Üstümə çatılan qaşına dəyməz.
Dəyməz bu dünyanın ən uca eşqi
Sevdamın bir qırıq daşına, dəyməz.
Üstümə tökülə sevda yağışı,
Hər damla bir ömrün sevgi naxışı…
Bütün gözəllərin sirli baxışı
Sinəmə sıxdığın qurşuna dəyməz.
Yenə ayrılığa qəlbim tələsdi –
Bu necə sevdadı –
Necə həvəsdi?...
Qurban gözlərinə, ağlama, bəsdi
Dünya gözlərinin yaşına dəyməz.
Комментариев нет:
Отправить комментарий