Страницы

28.07.2012

Xanlar 695 bal toplayıb

Cəlilabadlı abituriyent ən yüksək nəticə göstərdi


3-cü ixtisas qrupu üzrə qəbul imtahanların nəticələri bəlli oldu. TQDK-nın açıqlamasına görə, respublika üzrə 2 abituriyent ən yüksək nəticə göstərib. Cənub TV kanalı xəbər verir ki, onlardan biri Cəlilabad rayon sakini Xanlarzadə Xanlar Mehdi oğludur.
Qarazəncir Tam orta məktəbinin məzunu olan Xanlar 695 bal toplamaqla yüksək nəticəyə imza atıb. Bu uğura valideynləri ilə yanaşı təhsil aldığı məktəbin kollektivi də sevinir. 
 Xanların valideynləri müəllimlik peşəsi ilə məşğul olduqlarından övladlarının təhsilinə də xüsusi diqqət ayırıblar. Belə ki, evin sonbeşiyi olan Xanların bacısı və qardaşı da ali təhsil alıb. Oğlum zəhmət çəkirdi və bəhrəsini də gördü deyən, sevincindən yerə-göyə sığmayan Aybəniz ana isə lap əvvəldən oğlunun uğurlu nəticə göstərəcəyinə inandığını bildirdi.
Xanların təhsil sahəsindəki bu uğuruna bütün rayon sevinir. Artıq əziyyətlərin hamısı arxada qalıb. O, Azərbaycanın fəxr elədiyi tələbələr sırasındadır. Növbədə isə ixtisas seçimidir. Hüquqşunas olmaq istədiyini bildirən Xanlar ona görə də BDU-nun hüquq fakültəsini seçəcəyini bildirib. 
Məlumat üçün bildirək ki, Cəlilabad rayonunda 3-cü ixtisas qrupu üzrə daha iki abituriyent Rzayev Şamxal 661 bal, Qasımova Əfsanə isə 572 bal toplayarq yüksək nəticə göstəriblər.

Комментариев нет:

Отправить комментарий