Страницы

26.07.2012

Hacı dayının yeni lətifələri

Baş soğan


Hacı dayıdan soruşurlar:
- Ay hacı dayı, spirtli içkilərə necə baxırsan?
- Nə başo ağrıdım, spirtli işkinin dadını bilmirəm, amma görmüşəm ki, onu içənlər baş soğanı qızıləhmədi alma kimi yiyillər.


Peşə iştiqaməti


Hacı dayıdan uşaqlarına neçə peşə öyrətməsinin sirlərini soruşurlar.
O deyir:
- Çağanın qulağına təzə pulu yaxınlaşdırıb şaqqıldadıram. Əyəm uşax başını pul tərəfər çöörürsə, dimax bunnan yaxşı tacir çıxasıdı, yox əyəm başını tərpətməsə, yəqin ki, başqa sənətə gediciyh.


Mazol dərmanı


Hacı dayı abtobustan düşən kimi bir uşaq ona yaxınlaşıb soruşur:
-Ay əmi, mazol dərmanı istəyirsən?
Hacı dayı pulunu verib, iki ədəd “mazol dərmanı ”alır. Açıb baxmaq istəyəndə uşaq qoymur ki, kulək aparar.

Hacı dayı bir az gedəndən sonra xəlvəti bir yer tapıb, mazol dərmanını açıb baxır. Görür ki, bukulu bir kağıza yazılıb: “Ayağında mazolu olan! Ayaqqabını bir razmer böyük al!”


Çox yaşamağın sirri


Hacı dayıdan üzün ömür sürməyinin sirrini soruşduqda belə deyərdi:
- Mən həmişə çalışmışam ki, arvadın nəfəsi boynumun kökünə dəyməsin.


Gecikmiş “əleyküəssalam”


Günlərin bir günü hacı dayı adəti üzrə evdən çıxaraq bazara gedirmiş.
Yolda dükanın qabağında oturmuş qonşuları ona salam verirlər. Hacı dayı isə cavab vermədən ötüb gedir. O, bazardan qayıdanda həmin adamları yenə dükanın qabağında görüb deyir:
-Əleyküəssalam!
Qonşulardan biri təəccüblə dillənir:
-Ay hacı dayı, biz bəyaxlarım saa salam verdox, almadın. “Əleyküəssalam”ın hindiyə qayıtdı?
-Taxsır məndə dölü, bayax öydən çıxanda ürəyimdə Zabul – segah başlamışdım, ona görə də cavab verə bilmədim, hayındıca oxuyub qurtarmışam.


Güzgüdəki arvad imiş


Hacı dayının arvadı güzgü haqqında eşitmişdi, amma görməmişdi.
Ərinin bir neçə dəfə güzgüyə baxıb, sonra da gizlətdiyini görən arvad imkan axtarırdı ki, həmin güzgünü ələ keçirib özü də baxsın.
Günlərin bir günü kişi biçinə gedir. Fürsətdən istifadə edən arvad ehmalca güzgünü götürüb baxır və təəccüblə öz – özünə deyir:
-Ba, a başı batmış! Mən də elə bilirdim ki, kişi öznə baxır, güzgüdəki arvad imiş.


Dodaqsız qalsın ?..


Deyirlər, hacı dayı danışanda hamı qarnını tutub gülür, amma öznün heç dodağı da qaçmır. Düzdürmü?
-Səən canoo yiyim, diyirsən dodağı qaçsın, kişi dodaqsız qalsın?


Hacı dayı və müfəttiş


Hacı dayı satıcı işləyirdi. Yoxlamaya gəlmiş müfəttiş yola duşərkən hacı dayı məcburən onun cubinə pul basır. Müfəttiş dillənir:
-Hacı dayı, incimədin ki? Biz də Bakıya qayıdanda əlimizə baxırlar, umurlar. Yoxsa pulu heç götürməzdim də.
-Hacı dayı əlini müfəttişin kurəyinə vuraraq deyir:
-Ay cənnətliyin oğlu, elə şeyin fikrini eləmə, hayındı elə billəm it apardı.


“Palaza bürün elnən sürün”


Hacı dayıdan soruşurlar: “Oğuldan – uşaqdan nəyiniz var? Sizin yolunuzu kim davam etdirəcək?”
Hacı dayı deyir:
- Bir tifilimiz var, bicin biridir. Fikiri-zikri məndən pul qopartmaqdır. Dünən qabaqıma qoyub doyunca danlamışam: “Ədə, sən də camaat kimi get işlə, pul qazan. Palaza burun, elnən sürün”. Qurumsaq söz altında qalmadı: “Ay dədə, pul ver, gedim palaz alım”.


Anadan gəlmə tütək


Hacı dayının oğlu yaman hazırcavabdır, lap dədəsindən də beş kömçə qabağa gedib. Dünən eşikdə fit çalırdı. Qonşumuz acıqlandı ki, bəsdi fit çaldın, dədənə de, sənə bir tutək alsın. Uşaq nə desə yaxşıdır:
- Dayı, anadangəlmə tutəyim ola-ola, daha dədəmi niyə xərcə salıram?


Başo yiyim!


Baba və nənələr nəvələrini çox sevirlər. Bu barədə çox deyilmiş, çox yazılmışdır. Şəkililər belə deyirlər: “Övlad fındığın qabığıdırsa, nəvə ləpəsidir”.
Nəvəsinin həddindən çox babadan biri onu oxşaya- oxşaya deyir:
- Sənin ağzo yiyim! Gözo yiyim!Burno yiyim!Yanaxlaro, qaşlaro yiyim! Yerişo – duruşo yeyim!
Nəvazişdən xoşallanan nəvə babasına:
-Ay baba, mən də sənin başoo yiyim,-deyir?


Ə, tərifləsənə!


Bir gün dəhnəli atını satmaq üçün həftəbazarına gedir. Atı almaq istəyən müştəri atı yoxlamaq üçün o tərəf – bu tərəfə keçir, dişlərinə, yerişinə baxır. İkinci bir dəhnəli də oraya gəlir. At sahibi tez-tez ağızdolusu atını tərifləyirdi. O, birdən üzünü öz dəhnəlisinə tutaraq deyir:
-Tərifləsənə, ə, niyə tərifləmirsən! Bəyəm sən habı atı tanımırsan?
Bu sözü eşidən dəhnəli at satan dəhnəliyə deyir:
-Niyə tərifləyirəm, ə, o gün bu atla ceyran qoliyif tutanda ətindən maa verdinmi?


İki eşşəyin yükü


Bir gün xan, oğlu və nökər birlikdə piyada yaylağa yola düşürlər. Yol çox yoxuş olduğundan xan öz paltosunu nökərə verir ki, aparsın. Bir az getdikdən sonra xanın oğlu atasına deyir ki, nökərə tapşırın mənim də paltomu götürsün, apara bilmirəm. Beləliklə, nökər iki adamın paltosunu zorla aparır. Xan nökərə baxıb oğluna deyir:
- Ay oğul, sən bir paltonu apara bilmədin, ancaq nökər bir eşşəyin yükünü aparır.
Hazırcavab nökər xana deyir:
- Ağa sağ olsun, mən bir eşşəyin yox, iki eşşəyin yükünü aparıram.


Qoy ağlıyım


Ata bir dəfə uşağını döyür. Uşaq bir himə bənd imiş kimi başlayır hönkürtü ilə ağlamağa. Bu vaxt qapı döyülür. Ata çalışır ki, uşaqı sakitləşdirsin, dil tökür:
- A bala, bəsdir! Ə, kiri! Gələn var əso kəs!
Uşaq ağlaya –ağlaya:
- Ay dədə, zəhmət çəkif vurmusan, heç olmasa qoy doyunca ağlayım da...




Kurort bizə gəldi


Həddindən artıq kökəlmiş bir arvad arıqlamaq üçün kurorta getməyə hazırlaşır. Qonaq gələn qohumlardan biri kök arvada məsləhət verir ki, əvvəlcə oğlunu evləndirsin, gəlin gətirsin, sonra isə kurorta gedər. Kök arvad qonağa qulaq asır, oğlunu evləndirir.
Bir neçə aydan sonra məsləhət verən qadın kök qadıngilə gəlir, onun bərk arıqladığını görərək mənalı sörüşür:
- Kurorta getdinmi, yaman arıqlamısan?
Kök qadın köksünü ötürərək:
- Yox, krorta gedə bilmədim, kurort bizə gəldi,- deyə cavab verir.


Çoxbilmiş uşaq


Uzqa keçmişin söhbətidir. Şəkililərin müdrik və hazircavab olduqlarını eşidən bir əcnəbi yolunu şəkiyə salır. O, şəhərin girəcəyində rastlaşdığı bir oğlan uşağının qızıl onluqla oynadıqını görür. Yaxınlaşıb təklif edir ki, qızılı ona versin. Uşaq əcnəbiyə deyir ki, üç dəfə anqırsa, onluğu ona verər. Əcnəbi üç dəfə anqırır və əlini uzadıb qızıl onluqu istəyir. Uşaq deyir:
- Nətəri olur ki, sən eşşək ola-ola qızılın nə olduğunu qanıran, amma mən qanmıram?


İt qırxıram


Bir dəfə dəllək İsrayıl zarafatçıl dostunun baçını qırxırmış. Bu zaman qəflətən oğlu girib deyir:
-Ay dədə, maa bir az pul ver, nöyt almağa gedirəm.
-Ata deyir ay qurumsaq, əl çək, görmursən mən puldan ötəri it qırxıram.


Düz bölərsən ha!


Bir alkoqolik toy məclisinə getmişdi. O, məclisə göz gəzdirərək, özünü yeniyetmə uşaqların yanına saldı ki, onların da araq payını içə bilsin. Alkoqolik araq şüşəsinin ağzını açmağa başlayarkən yeniyetmələrdən biri dilləndi:
-Əmi, arağı düz bölərsən ha!..


Gedax yatmaqa


Şəkiyə yaxın olan Kiş kəndinin mahir ovçuları var. Onlardan biri axşamüstü “Soyuqbulaq” adlanan restoranda yoldaşlarına təkə (dağ keçisi) ovlamağını nəql edirdi. Ovçu hadisənin o qədər təfərrüatına vardı ki, qulaq asanlardan biri özünü saxlaya bilməyib dedi:
-Ə rəhmətliyin oğlu, gecə keçir, tətiyi çək, gedax yatmağa.


Xaricdə olubsanmı


Qaxda yaşayan şəkili işə girmək üçün ərizə verir. Rəis onu qəbul edib, əməlli-başlı sorğu-suala çəkir. Axırda soruşur:
- De görüm xaricdə yaşamısan mı?
Şəkili ciddi şəkildə cavab verir:
-Xaricdə? Bəli, yeddi yaşına qədər şəkidə yaşamışam.


Zənbil


Ana oğlunun qonşudan zənbil almağa göndərir. Qonşu bəhanə gətirərək deyir:
-Ədə, zənbil zəniti, işi doludu.
İnadkar uşaq əliboş qayıtmaq istəmir:
-Nolar, boşalt ver da,- deyir.
Qonşu arvad uşağın üzünü bərk görüb, üz – gözünü turşudaraq:
-Zənbilin içində indicə qatıq çalmışam, habı tezliğınan boşaltmaq olmaz.
Uşaq mat-məətəl barmağını dişləyib evlərinə qayıdır.


Adı heylədi


Bir şəkili kişi Bakıya gedir və basabasla avtobusa minir və qapının axırıncı pilləsində dayanır. Yuxarı pillədə dayanmış kök bir qadının arxa hissəsi onun sifətini möhkəmcə qapıya sıxır. O tıncıxır və deyir:
- Ay bacı, hayindi........ o yana elə boğuluram.
Qadın:
- Çuşkənin biri çuşkə, mərifətli danış!- deyir.
Şəkili deyir:
-Ay bacı, hayindi mən nə didim ki? Adı heylədi, gül olseydi, gül diyərdim.


Sən fit çaldı.....n?


Birisi öz evinin bütün dən-dəsgahı ilə təmir etdirir. İki otağını ikisini də, divarları, tavanı gözaçan naxışlarla bəzəyir.
Bir gün dostlarından biri onlara qonaq gələrək otaqlarına heyranlıqla tamaşa edir. Hər otaqda bir çarpayı qoyulması onu daha çox maraqlandırır.
Qonaq söhbət arası dostundan soruşur.
-Ə, bu sirri maa aç görüm, habı çarpayıların hərəsi niyə bir otaqdadır?
Ev sahibi deyir:
-A dost, vallah, habı evlərə o qədər xərc qoymuşam ki, gecələr birini boş qoymağa hayıfım gəlir, bir otaqda mən yatıram, o birində arvad.
-Bəs birdən arvad sənə lazım olanda nə edirsən?
-Buna nə var ki, fit çalıram gəlir.
-Bəs birdən sən arvada lazım oldun, onda?
-Onda arvad qapını aralayıb, maa deyir:
-A kişi, sən fit çaldı.....n?


Lətifələr "Şəki gülməcələri" kitabından götürülmüşdür

Комментариев нет:

Отправить комментарий