Страницы

31.07.2012

İbrahim Sel: “Bəy tərifi yağdırırlar və adını qoyurlar ədəbi tənqid!”


dayaq.org saytının admini İbrahim Sel ilə müsahibə

Yaddan çıxarmaq lazım deyil ki, güneydən Azərbaycan şeirinin İmperatoru Şəhriyar çıxmışdır!

Səlim Babullaoğlu, Rasim Qaraca, Cavidan, Pərviz Yusif, Kənan Hacı, Aslan Quliyev, Aliq Nağıoğlu, Natiq Rəsulzadə kimi yazarlar həm də çağdaş ədəbiyyatımızın klassikləri statusundadırlar

Düşünürəm ki Anar kalibrdə yazıçılarımızın o cür ucuzçuluğa ehtiyacı yoxdur

Bizim sistem gənc nəslin gücləndirilməsinə və inkişaf etdirilməsinə hesablanmışdır

Roberto Denironun qomik olduğunu bilsəm, çox kədərlənərdim

-Azərbaycanda Güney ədəbiyyatının təbliği nə dərəcədə gərəklidir?
-Hökmən gərəkdir, əgər biz oranı öz vətənimiz hesab ediriksə, bu bizim mədəni substansiyamızın əsas komponenti olmalıdır. Yaddan çıxarmaq lazım deyil ki, güneydən Azərbaycan şeirinin İmperatoru Şəhriyar çıxmışdır! “Dədə Qorqud”dan sonra yaranmış ikinci möhtəşəm əsər Şəhriyarın “Heydərbabaya salam”poemasıdır.
Bugünkü mədəni-siyasi həyatımızda özünəməxsus yeri olan Mir Cəlal Paşayev də Cənubi Azərbaycandan çıxmışdır. Yeri gəlmişkən, 37-ci ildə AYB-də üzə durmayan, donosbazlıq etməyən, siyasi oyunbazlıqlara qarışmayan bircə Mir Cəlal Paşayev idi, sakitcə otağında oturub öz işindən başqa kənar işlərə qarışmırdı. Bilmirəm, siz Cənubi Azərbaycandan bura gələnləri necə tanıyırsınız, amma o üzdə yazıb-yaradanların çoxu dərin intellektə malik insanlardır. Bir neçə xarici dil bilirlər, qədim hind fəlsəfəsindən tutmuş müsair Qərb kulturoloji cərəyanlarına kimi hamısına bələddirlər. Çünki ordakı təhsil sistemi bizdəkindən qat-qat güclüdür. Sadəcə milli dil olmadığından burda dərc olunan mətnləri bərbaddır. Bu da tədricən düzələcək. Əgər onların bizdən öyrənəcəkləri təkcə orfoqrafiya qaydalarıdırsa, bizim onlardan öyrənəcəyimiz çox şeylər var.


-Siz hazırkı təbliğatdan razısızmı və daha hansı güneyli yazarların burda, quzeyli yazarın isə Güneydə təbliğ olunmasını istərdiniz?
-Cənab Məsiağa Məhəmmədi Cənub ədəbiyyatının burda tanınması üçün hələ Sovet vaxtından böyük işlər görüb. Təəssüf ki o da öz saytına kod qoyub, ordakı materialları götürüb paylaşmaq mümkün deyil. Bu müsahibə vasitəsilə də ona bir daha müraciət edirəm ki o kodu açsın, biz də həmin dəyərli materialları götürə bilək. Lazımdır ki, dövlət səviyyəsində güneyli şairlərin kitabları burda, bizimkilər də orda buraxılsın. Mən bir “Azərbaycan şeir antologiyası” hazırlamışam, cənublu-şimallı bütün dəyərli şairlərimiz orada əks olunub, çox istərdim ki bu toplu nəşr olunsun. Güneydə Fərzad Leysi, Nigar Xiyavi, Məlihə Əzizpur, Duman Ərdəm, Kiyan Xiyav, Səkinə Pur Həsən, Rəsul Yunan, Ramin Cahangirzadə kimi istedadlı yazarlarımız var. Ərdəbildə böyük bir şeir məktəbi formalaşıb, onların özünəməxsus yazı ənənələri var. Bu tayda da o tayın hökmən tanımalı olduğu layiqli yazarlarımız vardır. Səlim Babullaoğlu, Rasim Qaraca, Cavidan, Pərviz Yusif, Kənan Hacı, Aslan Quliyev, Aliq Nağıoğlu, Natiq Rəsulzadə kimi dünya kalibrindən aşağı olmayan yazıçılarımızın Güneydə tanınmaması günahdır. Sadaladığım müəllifləri oxumadan “çağdaş Azərbaycan ədəbiyyatından xəbərdaram” demək kökündən yanlış olardı. Mənim “avanqard” təyinilə nişan verdiyim quzeyli-güneyli bu imzalar həm də çağdaş ədəbiyyatımızın klassikləri statusundadırlar. Biz güneylilərlə mədəni müstəvidə birləşib öz estetik zövqümüzü formalaşdırmalıyıq. Millətin öldürülmüş ruhunu estetik baxımdan canlandırmaq lazımdır.

-İndi ədəbiyyatda bir sıra qrup(laşma)lar var və bu qrupların üzvləri də yazılarında öz tərəfdarlarının yeni çıxan yazılarını, kitablarını "bəy tərifi"nə tutur... Bunun adı ədəbi tənqid olsa da, amma içi sadəcə tərifdən ibarətdir. Sanki tənqidin adı var, amma özü yox təsəvvürü yaranır. Sizin buna münasibətinizi öyrənmək istərdim. Bu nə dərəcədə doğrudur və əslində ədəbi tənqid necə olmalıdır?
-Sovetlərsonrası dönəmdə bizdə, həm tənqid, həm də ədəbiyyat nəzəriyyəsi umumiyyətlə sıfırlanıb, tənqid artıq elə absurd həddə enib ki, özünün tam ziddi, əksi olan tərifə çevrilib. Tənqid ölüb! Dəhşətli bir vəziyyət yaranıb: bir-birinə bəy tərifi yağdırırlar və bunun adını qoyurlar “ədəbi tənqid”. Bu yaxınlarda AYB-də vacib post tutan xanımlardan biri Anar müəllimə çox ucuz bir mədhiyyə yazıb saytlardan birində yerləşdirimişdi. O tamadaçılığı oxuyub o qədər əsəbləşdim ki! Biz Anarı da tanıyırıq, səni də! Düşünürəm ki Anar kalibrdə yazıçılarımızın o cür ucuzçuluğa ehtiyacı yoxdur. Gənc nəsildən də heç olmasa utanmırlar e! Ədəbiyyata yeni qədəm basanlar bizlərə baxıb nə götürəcəklər? Yaltaqlıqmı? Başa düşdüm ki, hələ bu aş çox baş aparacaq. Bu tamadaçılıq mənə o qədər təsir etdi, hətta saytımızda “Ədəbi tənqid” bölməsinin adını dəyişib “Litparad” qoymaq qərarına gəldim.

-Ədəbiyyatda olan intriqaları rəqabət hesab etmək olarmı?
-Nə rəqabət? Rəqabət olar müsabiqədə. Ya da normal cəmiyyətdə yuxarıdakı Dəmir Əl ədalətli qiymət verir zəhmətə, onda ortada normal rəqabət olur. Bizim ədəbiyyatı 70-ci illərdən üzü bəri klanbazlıq, yerlipərəstlik, qaragüruhçuluq başına götürüb, ona görə də intriqalar həmişə olub. 60-cı illərdə Azərbaycan ədəbiyyatını bir qrup savadsız zümrə əlinə keçirib, öz reqress dünyagörüşlərini diqtə ediblər- indiki zəlil vəziyyətə düşməyimizin səbəblərindən biri də budur. Bəzi kol-kos dalında gizlənən katalizatorlar da var ki, aləmi qarışdırırlar, sonra kənarda durub seyr edirlər. Bunlar hamısı gerizəkalılıqdan irəli gəlir. İndi feysbukda dəb düşüb, birinin səndən xoşu gəlmirsə, sözü üzə deməyə cəsarəti çatmır, amma arayıb-axtarıb ötənlərdən sənin bir “oşibkalı” cümləni, ifadələrini tapır, paylaşır feysbukda. Məqsəd də budur ki altından kimsə sənə tənqid yazsın, söyüşmə başlasın, bu da heç nə olmayıbmış kimi kənardan durub baxsın. Aləm qarışsın, amma elə təəssürat yaransın bu paylaşan yoldaş “zdes ne priçom”dur. Bəzi kişi yazarlarımız qadına belə yaraşmayan hərəkətlər edirlər, sonra gedib əsərlərində oxucuya həyatda necə yaşamaqdan moral oxuyurlar.

-Bir müddət sizin yazarlar üçün hazırladığınız İdman təlimi sistemi feysbukda dolaşdı...
-Mən bu təlim hərəkətlərini müxtəlif kitablardan- yoqadan tutmuş cüdoya kimi, ingilis boksundan tutmuş Sovet fizkulturasına kimi müxtəlif sistemlərindən yığdım, sadələşdirilmiş bir otaq idmanı yaratdım. Bu təlim otaq şəraitinə alışmış müasir yazarlarımız üçün nəzərdə tutulub. Ən ağır, məsələn qantellərlə və stullarla, o cümlədən tərlədən jim hərəkətləri çıxarılıb, ən sadələri saxlanılıb, odur ki ürəyi zəif olanlar belə bu hərəkətləri çətinlik çəkmədən edə bilərlər. Özünüzdən asılıdır, istəsəniz hər hərəkətdən 100 dəfə edin və ya vaxtınız azdırsa, 5-6 dəfə, əsas odur ki edin- bu hərəkətlər sizin keyləşmiş bədən hüceyrələrinizi açacaq, qan dövranınızı yaxşılaşdıracaq, ağrıları götürəcək, bir sıra fəsadlardan, xəstəliklərdən qoruyacaqdır. Xüsusən soyuq qış aylarında səhər-səhər 20 dəqiqə bu hərəkətləri etmək bədəni bütün günü eyni normal temperaturda saxlayacaqdır. Uzun illər həmin hərəkətləri ardıcıl etmək bədəndə xəstəliklərə qarşı güclü immun sisteminin formalaşmasına kömək edəcəkdir. İnanın, mən bu təlimi onlarla kitablardan yığmışam, heç sayını da dəqiq bilmirəm, professional idmançı olmasam da, uzun illər bu sahə ilə maraqlanmışam. Nəticədə müasir insan üçün- ofis adamı üçün yetkin, asan, əlverişli bir idman hərəkətləri cədvəli yaratmışam. Maraqlananlar dayaq.org saytının axtarış yerində “Yazarlar üçün İbrahim Seldən idman təlimi” yazıb tapa bilərlər (http://www.dayaq.org/index.php?action=static_detail&static_id=60173). Bu cədvəli ksereokopiya edib çoxlu dostlara paylamışam. Razılıb ediblər, bəzilərinin onurğa, sümük ağrılarını götürüb, bəzilərinin şəkərini nizamlayıb. Saatlarla internetin qabağında oturmaq bizim yazarlarda cinsi və digər duğyuların qayçılanmasına səbəb olur. İdman və bədən tərbiyəsinin polad kimi sərtləşdirdiyi gənc evdən bayıra çıxmayan, daimi fikri qidalarla həddən artıq yüklənən gəncə nisbətən cinsi ehtirasları daha çox hiss edir. Bu halda ağla uyğun gələn təhsil forması bu reallığa əsaslanmalıdır. Sağlam bir gəncin qadından gözləyəcəyi xoşhallıq müvazinəti zəif olan bir gəncin qadından gözləyəcəyindən başqa olacaq. Bizim sistem gəncin sərbəst vaxtlarında bədənini və orqanizmini faydalı bir şəkildə gücləndirmə və inkişaf etdirməsinə hesablanmışdır. Həmişə sağlam və enerjili düşüncə gücü ancaq sağlam və güclü bir orqanizmdə var olar. Bəzən dahilərin zəif xarakterli olmaları bu qaydanı pozmaz. Onların vəziyyətləri istisnadır.

-Cinsi azlıqlara münasibətiniz necədir?
-Homoseksualistlər həlim, mülayim, sakit görünmək istəyirlər. Ancaq bu yanlış örtükdür. Homoseksualistlər fəal surətlə cəmiyyətin digər üzvlərini də yoluxdururlar. Xüsusən də uşaqları hədəf götürüblər. Onlar bunu “nəsillərarası seks” adlandırırlar: “uşaqların özlərinə partnyor seçmək hüquqları var” -bu kimi gəlişigözəl sözlərlə öz çirkin niyyətlərini pərdələyirlər. Ona görə də elə fikirləşməyin ki, pozğunlar təcrid olunmuş həyat yaşayırlar. Yox, onlar öz dünyagörüşlərini cəmiyyətə qəbul etdirməyə çalışırlar. Beləliklə, homoseksualizm şəxsi xəstəlikdən daha çox cəmiyyətin xəstəliyidir. Bu təhlükəli, ziyanlı mutasiyadır, eyni zamanda ətrafdakılara sürətlə yoluxa bilir. Ona görə də bir nəticəyə gəlmək olar: əgər biz yüz faiz mənən sağlam olmaq istəyiriksə, onda bizim cəmiyyət mənən xəstə olanlardan yüz faiz xilas olmalıdır.

-Avropanın inkişaf etmiş ölkələrinin bəzisində cinsi azlıqların nigahına icazə verilir. Nə vaxtsa Azərbaycanda da cinsi azlıqların nikaha girməsinə icazə veriləcəyinə inanırsınızmı və belə olarsa, reaksiyanız necə olar?
-Mən çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, bu pozğunlar artıq cəmiyyətin kumirinə çevrilməkdədirlər. 2006-cı ildə Elton Con öz “sevgilisi” ilə evləndi. Onu birinci təbrik edənlər arasında Böyük Britaniyanın hökumət başçısı Bler də olmuşdur. E.Con və başqa bir kişi rəsmi nigah qeydiyyatından sonra adamları qarşısına çıxdılar. Kütlə onları alqışlarla qarşıladı. Həm də qarşılayanlar E.Con kimi deyildilər. Sanki normal adamlar dayanıblar, ailələri və uşaqları ilə dayanıb Conu alqışlayırlar. Uşaqlar bayraq yelləyirdilər. Bir sözlə, SSRİ-də kosmonavtların qarşılanması mənzərəsi yada düşür. Bütün bunlara baxdıqca adamda elə təsəvvür yaranır ki, bu dəlixanadan olan reportajdır və ya bütün bunlar yuxudur. Ancaq bu yuxu deyil, bu reallıqdır. E.Conun Bakıda T.Bəhramov adına respublika stadionunda təşkil olunan konsertində kifayət qədər çox adam, o cümlədən yüksək vəzifəli şəxslər də iştirak edirdilər. Təəssüf...

-Sevdiyiniz kino və ya idman ulduzunun cinsi azlıqlara mənsub olduğunu biləndə onlara münasibətiniz dəyişmir ki? Nə vaxtsa belə bir hal olubmu həyatınızda?
-Sevdiyim kino ulduzlarından biri Roberto Denirodur. Heç istəməzdim ki, nə vaxtsa onun qomik olduğu üzə çıxa. Yəqin ki depressiyaya düşərdim. İkinci sevdiyim ulduz isə Kventin Tarantinodur. Onu isə o qədər çox sevirəm ki, cinsi azlıq olduğunu da bilsəm, yenə münasibətim dəyişməyəcək.))

Arzu Abdulla

Комментариев нет:

Отправить комментарий