Страницы

31.07.2012

“Tarixin yaddaşı: Şamaxı” sənədli filminin təqdimatı keçirilib

Şamaxıda yerləşən Mədəniyyət Mərkəzində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin və Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asosasiyyasının təşkilatçılığı  ilə 1918-ci il 18 mart tarixdə ermənilər tərəfindən dinc azərbaycanlılara qarşı Şamaxıda törədilən soyqırıma həsr olunan “Tarixin yaddaşı: Şamaxı” sənədli filminin təqdimat mərasimi keçirilib.
Filmin ideya müəllifi millət vəkili Qənirə Paşayevaya məxsusdur, baş məsləhətçisi isə millət vəkili Elxan Süleymanovdur.
Təqdimat mərasimində millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, Qüdrət Həsənquliyev,  Elxan Süleymanov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Avropa Qəzetçilər Birliyinin rəhbəri Adnan Fişəng, Türkiyənin tanınmış sənətçisi Nursaç Doğanışıq, ziyalılar və elm adamları iştirak edib.

Tədbiri AVCİYA-nın rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov açıq elan etdi. O, 1918- ci ildə olan soyqırım haqqında geniş və dəqiq məlumatları tədbir iştirakşılarına çatdırdı. Həmçinin millət vəkili bu filmin necə araya-ərsəyə gəlməsi fikri və ideyası barədə də öz fikirləri ilə bölüşdü:  ”Mən təqdimat haqqında məlumat verməzdən öncə bütün qonaqlardan erməni millətçiləri tərəfindən törədilən soyqırıma məruz qalan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyimizi xahiş edirəm. Allahdan onlara rəhmət diləyirəm. Mən bu tədbirdə iştirak edən Türkiyədən gələn nümayəndə heyyətini, millət vəkiləri Qənirə xanımı, Fazil Mustafanı, Qürdrət Həsənquliyevi və digər qonaqları salamlayıram və tədbirlərdə iştirak etdikləri üçün təşəkkür edirəm”.
Sonra çıxış üçün söz millət vəkili Qənirə Paşayevaya verildi. Millət vəkili hər kəsə öz salamılarını çatdırıb bu sənədli film barədə fikirlərini bölüşdü. Millət vəkili bu sənədli filmin Azərbaycan həqiqətlərinin, tarix boyu ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım siyasətinin beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması, habelə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, Ermənistanın Azərbaycanın digər bölgələrində də  törətdikləri soyqırım siyasəti barədə daha geniş bilgi təqdim etmək məqsədi ilə hazırlandığını dedi. Millət vəkili ermənilərin nəinki XX əsrin sonunda, hətta əvvəllərində belə dinc azərbaycanlılara qarşı soyqırım siyasəti yürütdüyünü və sənədli filmin ermənilərin xalqımıza qarşı törədilmiş soyqırımların, qətliamların tarixinin öyrənilməsi və təbliği baxımından vacib olduğunu bildirdi.
Azərbaycanın məruz qaldığı faciələrin dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması məqsədilə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva “harada doğulmasından və yaşamasından asılı olmayaraq böyüyən gəncliyimizə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyə millət vəkili nitqinə davam etdi.
Millət vəkili sənədli filmin orta məktəblərdə nümayiş etdirilməsi istiqamətində işlərin görüləcəyini, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün bir neçə xarici dilə tərcümə ediləcəyini də bildirdi.
Millət vəkili Fazil Mustafa tədbirdə iştirak edən hər kəsi alamlamaqdan qürur duyduğunu ifadə etdi : “ Soyqırım bizim yaddaş tariximizdir. Biz bu tarixin unudulmaması üçün müəyyən işlər görməliyik. Bu gün soyqırım sözünü aciz bir duyğu ilə deyil də, daha çox gələcəyə yönəlik əsərlər, filmlər hazırlanması ilə anaq”.
Daha sonra millət Qüdrət Həsənquliyev, Avropa Qəzetçilər Birliyinin rəhbəri Adnan Fişəng və Şamaxı rayon İcra Başçısının müavini  Qasım Qasımlı çıxış edərək ermənilər törətdiyi soyqırım haqqında öz fikirləri ilə tədbir iştirakçılarını tanış etmişlər.
Çıxışlardan sonra “Tarixin yaddaşı: Şamaxı” adlı sənədli filmi nümayiş edilib. Tədbirdən sonra qonaqlar və Türkiyədən gələn nümayəndə heyyəti Şamaxı şəhərində yerləşən “Şaxəndan” qəbristanlığını və türk şəhidinin abidəsini ziyarət edib.

Комментариев нет:

Отправить комментарий