Страницы

28.07.2012

Məhbus baş redaktor canı ilə əlləşir

Məhbus baş redaktor canı ilə əlləşirAstma xəstəliyindən əziyyət çəkən Hilal Məmmədovun üzərində heç bir istintaq hərəkəti aparılmır


Dünən Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisində “Tolışi sədo” qəzetinin həbsdə olan redaktoru Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi dəyirmi masa keçirdi. Hüquq müdafiəçisi Arzu Abdullayeva Hilal Məmmədovun saxlandığı andan etibarən hüquqlarının kobud şəkildə pozulduğuna diqqət çəkərək bildirdi ki, baş redaktora qarşı fiziki təzyiq olub, evində axtarış prosessual normaların pozuntusu ilə həyata keçirilib: “Ən əsası təqsirsizlik prezumpsiyası pozulub. Biz bir qrup hüquqşünasa vəkillərlə birlikdə müdafiə taktikası və məhbusun hüquqlarının təmin edilməsi üzrə tədbirlər işləyib hazırlamağı təklif etmişik”.                                                                              

Baş redaktorun qardaşı Səbahəddin Məmmədov bildirdi ki, məhbus Kürdəxanı həbsxanasına gətirilib: “Əvvəl saxladıqları Şüvəlan həbsxanası nəmişlik olduğundan Hilal Məmmədov üçün çətin durum yaranmışdı. Ancaq qardaşımın astma xəstəliyindən əziyyət çəkdiyini nəzərə aldıqda, onun qapalı rejimdə saxlanması ciddi problemlər yarada bilər. Qardaşım hazırda oruc tutur, ona qarşı əvvəlki kimi ciddi təzyiq yoxdur. Amma yaxınları hələ onunla görüşə bilməyib, baxmayaraq ki, vəkili görüş üçün vəsadət qladırıb”.
S.Məmmədovun sözlərinə görə, hələlik heç bir istintaq hərəkəti aparılmır: “Biz məhkəmənin qərarı olmadan Hilal Məmmədovun mənzilində axtarış aparılması ilə əlaqədar müvafiq qurumlara şikayət etmişik. Nəzərə alınmalıdır ki, məhkəmənin qərarı olmadan mənzildə axtarış aparılması Azərbaycanın qoşulduğu İnsan Haqları Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Vəkillər Hilal Məmmədovun həbsi və sonrakı hadisələr barəsində vəsadət qaldıracaqlar”.
Müstəqil hüquqşünas Xalid Bağırov hesab etdi ki, hakimiyyət Hilal Məmmədovun işi üzrə məlumatları gizlətməyə çalışır. Məhz buna görə vəkillərdən istintaq sirlərini açmamaq barədə iltizam alınıb: “Hüquq-mühafizə orqanları özləri itintaq materialları haqqında məlumat yayırsa, niyə vəkillərə bu qadağan edilir? Bu, vəkillərin iqtidarını əlindən almaq üçün qəsdən edilir”.                                                                           Hüquqşünas Namizəd Səfərov isə qeyd etdi ki, Hilal Məmmədovu dövlət sirrini yaymaqda ittiham etmək absurddur: “Çünki o, ali dövlət vəzifəsində çalışmır ki, hər hansı məsələdən xəbərdar olsun. Ona görə də vəkillər və hüquqşünaslar bu məsələni ciddi nəzarətdə saxlamalıdırlar”.
“Turan” İA-nin direktoru Mehman Əliyev beynəlxalq ictimaiyyətə Məmmədovun şəxsiyyəti və hüquqlarının pozulması barədə məlumat vermək məqsədilə, onun haqqında bioqrafik material hazırlamağı məqsədəuyğun hesab edib. Politoloq Zərdüşt Əlizadə isə baş redaktorun Hüquqlarını Müdafiə Komitəsinin fəaliyyətini “Tolışi sədo”nun baş redaktoruna beynəlxalq dəstək kampaniyası həyata keçirən Rusiyalı hüquq müdafiəçisi Svetlana Qannuşkina ilə koordinasiya etməyi təklif edib.(bizimyol)

Комментариев нет:

Отправить комментарий