Страницы

31.07.2012

TANINMIŞ MODEL TANINMAZ HALA DÜŞDÜ

İngiltərəli model Laura Summers plastik əməliyyatından sonra tanınmaz hala düşüb.
Qərb mətbuatına istinadən verilən xəbərə görə, dodaqlarını silikon etdirən müğənni hər kəsin diqqətini cəlb edib.
Əməliyyatdan bir gün sonra Summersin dodaqları həddən artıq şişib. Güzgüyə baxan Laura şoka düşüb:
“Əməliyyatdan bir gün sonra güzgüyə baxanda özümü tanımadım. Elə bildim ki, güzgüdəki canavardı”.
Lauranın dediyinə görə o ilk dəfə 7 il öncə əməliyyat olunub. Buna səbəb dostlarının onun xarici görünüşünə irad tutmaları olub. 27 yaşlı model bundan sonra əməliyyat olunmayacağına da söz verib:

“Əməliyyat olunmaq həyatla rus ruleti oynamaqdır. Mən bunu çox gec dərk etdim. Bir daha əsla əməliyyat olunmayacağam”.
Qeyd edək ki, İngiltərədə əməliyyat olunan Laura Summersin dodaqları normal vəziyyətindən 4 dəfə çox şişib. Laura əməliyyata girməmişdən öncə daha seksual görünmək istəyirdi, indi isə özünü canavarla müqayisə edir.

Комментариев нет:

Отправить комментарий