Страницы

31.07.2012

Söz bir yana, iş bir yana

Xosrov Barışan


Bayatı gözlüm,
Muğam sözlüm,
Miniyatür üzlüm;
Sevgilim...
Səni qaçırtmaq üçün;
((Süpərmən)) mi olsam,
Savaş uçaqlarıyla yarışsam
Yurdumun göyündə?
((Bətmən)) mi olsam,
((Təbriz))in
Dar-düdük xiyavanlarında
Trafiklərdə sıxışsam?
((Spaydırmən)) mi olsam,
Çilik-maça pişiklərlə yarışsam,
İp atıb bir dırmaşsam;
((Eynalı)) ətəyindəki evivə?
***
Yoo..x
Yoo..x
Sən ki
((Barbi)) qız deyilsən!!!
Və mən;
İyrmi birinci əsirdə,
Hələ də bu mahnını mızıldayıram:

((Hanı mənim qoç kor oğlum,
Gələ girə bu meydana,
Bu meydana?
Çəkəndə misli qılıncı;
Baş bir yana, leş bir yana
Leş bir yana.))
Ya bəlkə də;
Söz bir yana, iş bir yana
İş bir yana.

Комментариев нет:

Отправить комментарий