Страницы

01.07.2012

Türkiyənin hərbi təyyarəsini "Admiral Çabanenko" vurub

haber"Admiral Çabanenko" gəmisi Suriyanın sərhədini pozan Türk qırıcısını dərhal görüb və onu vuraraq zərərsizləşdirib


Türkiyə-Suriya qalmaqallı dövrlərini yaşayarkən bu günlərdə Türkiyəyə məxsus İsrail istehsalı olan RF-4E tipli kəşfiyat qırıcı təyyarəsi Suriya ərazisində vuruldu.
Türkiyə mediyası və Qərb mediyası bu məqamda Suriyanı ciddi qınadı. Bəziləri də Türkiyəyə etiraz etdi.
Amma Hurriyyət qəzeti TV-8 kanalına istinadən yazıb ki, Türkiyə qırıcısı Suriya ordusu tərəfindən deyil Rusiya hərbi dəniz qüvvələri tərəfindən vurulub. Çünki Suriyanın Latakiya şəhərinin liman ərazisində Rusiyanın iki hərbi gəmisi var. Və bu gəmilər Suriya ərazisini qoruyur.

Suriyanı həm hava hücumundan, həmçinin dəniz hücumundan təhlükə gözləyərsə bu zaman bu gəmilər istənilən varianta əl atacaqlar.
İddiaya görə, "Admiral Çabanenko" gəmisi Suriyanın sərhədini pozan Türk qırıcısını dərhal görüb və onu vuraraq zərərsizləşdirib.
Bu iddaları isə Türkiyənin müxalif Demokratik Solçu Partiyasının lideri Masum Türker bildirb. Masum Türker Ərdoğan hakimiyyətini bu məsələdə sərt qınayaraq cəmiyyətə həqiqəti söyləmək lazım olduğunu bildirib.


http://islamazeri.az/

Комментариев нет:

Отправить комментарий