Страницы

14.08.2012

Adamlar yarımçıq dar ağacları

Cəlaləddin
Quba

Mənim o yanığlı tütəyim hanı ?
Bu qamış tütəklər yalaq-tüpürür.
Əlimə gəlməyən ətəyim hanı ?
Ətəyim arxamca balaq süpürür…

İçib dərd dağıdan dərdinə şərik
Küçədə min cürə piyan uyurur
Dilənçi, ələkçi, hər tinə şərik
Süpürgə satanlar qiyam uydurur…

Milçək topasının qurbanı arı
Neşdəri havada basılıb qalıb
Adamlar yarımçıq dar ağacları
Başlar boyunlardan asılıb qalıb…

Комментариев нет:

Отправить комментарий