Страницы

14.08.2012

Boliviya "Coca-Cola" və "McDonald’s"ın fəaliyyətinə qadağa qoyub

Boliviya «Coca-Cola»nın tərkibində infarkt, insult və xərçəng xəstəliyi yaradan çoxlu sayda zərərli maddələr var

Boliviya hökumətindən bildirilib ki, şirkətlərin öz fəaliyyətlini məhz bu tarixdən dayandırması Mayya təqvimi ilə bağlıdır. Boliviyanın xarici işlər naziri David Çokeuanka bu şirkətlərin işini dayandırmasını "ölkədə kapitalizmin başa çatması və mədəni həyatın başlanması münasibətilə bayram tədbirlərinin bir hissəsi» adlandırıb: "21 dekabr 2012-ci il – eqoizmin və bölünmənin sonudur. 21 dekabr "Coca-Cola"nın sonu olmalıdır. 26 min ildən bəri ilk dəfə olaraq planetlər bir xətdə düzülür – bu kapitalizmin sonu və kommunitarizmin başlanğıcıdır".

Boliviya prezidenti Evo Morales isə bildirib ki, ölkədə "Coca-Cola" və "McDonald’s"ın fəaliyyətinin dayandırılması barədə qərar mədəniyyət və səhiyyə haqqında qanun əsasında qəbul edilib. O qeyd edib ki, «Coca-Cola»nın tərkibində infarkt, insult və xərçəng xəstəliyi yaradan çoxlu sayda zərərli maddələr var.
"McDonald’s" isə Boliviyada 14 illik fəaliyyətdən sonra sadəcə müflis olub. Amerika şirkətinin təklif etdiyi məhsullar yerli əhalinin qida zövqləri ilə üst-üstə düşməyib.

Комментариев нет:

Отправить комментарий