Страницы

25.08.2012

Ala-dəymiş

Nurlan Quliyeva. Riyazi hekayələr

Qarpız yaşıl tağların arasından boylanıb:
- Özümdən yoxdu! – dedi. – Kürəşəkilliyəm. Günəş də mənə bənzəyir.
Günəş hirsindən qızararaq alov püskürdü. İsti nəfəsi külək olub Yer səthində əsdi. Bostanın oynatdı, tağları araladı. İsti küləklər çətirsiz qarpızı çatlatdı.
Yemiş:
- Nə oldu, Günəbənzər! – dedi.
Qarpız özünü sındırmadı.
- Nə olacaq ki! Şirinliyimdən çatladım. Niyə istehza edirsən! Kainat da mənə bənzəyir.
- Sənə yox, kürəyə.
- Kürə də məndədi, sfera da. – Çatını göstərdi. – Qabığım sfera, daxilim kürədi. – Şişərək iki yerə bölündü. Qırmızımtıl, kalımsoy idi. – Kəsiyim isə dairədir. Diqqətlə baxsan dairənin kənarındakı çevrəni də görərsən.
Yemiş gülərək söylədi:
- Tamamilə həndəsi fiqurlarmışsan ki!
- Sənsə, uzaqbaşı ellips ola bilərsən...

Şamba söhbətin bu yerində dözməyib:
- Biz ellipsvari də oluruq, kürəşəkilli də! - dedi. -  Sən-sə, qırmızımtıl, hələ yetişməmiş qarpızsan.
Balacanın sözü Günəşə xoş gəldi. Gülümsəyib nəfəsi ilə bostanı oxşadı.
- Kalla da danışmaq asandı, dəymişlə də. Vay aladəymış əlindən. – söylədi. - Aladəymiş olmayın!

Комментариев нет:

Отправить комментарий