Страницы

25.08.2012

Dahilərin böyük axmaqlıqları

Dahi kimi tanıdığımız adamların da inanılmaz nöqsanları və səhvləri var... 10 məşhur şəxsiyyət haqqında maraqlı faktları təqdim edirik.

10-cu yer: Araşdırmaları ilə İsaak Nyutona ümumdünya ağırlıq nəzəriyyəsini kəşf etməkdə kömək etmiş XVI əsr astronomu Tixo Braqe ona görə həyatını vaxtsız itirib ki, vaxtında tualetə getməyib. Həmin dövrdə ziyafət bitənə qədər stolu tərk etmək ev sahibinə ağır təhqir idi. Nəzakətli adam olan Braqe stoldan qalxmağa icazə istəmir. Sidik kisəsi partlayır və 11 günlük əzabdan sonra astronom vəfat edir.
9-cu yer: XVI əsrin dahi dövlət xadimi və filosofu Frensis Bekon içalatı çıxarılmış toyuğun içinə qar doldurduğu üçün vəfat edir. O fikirləşir ki, ətin saxlanılması üçün duzun əvəzinə qar istifadə etmək olar və bu nəzəriyyəsini yoxlamağa çalışır. Təcrübənin nəticəsində toyuq deyil Bekon özü donur.

8-ci yer: Fransız kralının sifarişləri əsasında musiqilər yaradan, XVII əsr bəstəkarı Jan-Batist Lyullini işinə olan sədaqəti öldürür. Bir dəfə keçiriləcək konsertin məşqləri zamanı bəstəkar o qədər qızışır ki, əl ağacını möhkəm yerə çırpır. Ağac ayağını əzir və bəstəkar qanının infeksiyaya yoluxmasından vəfat edir.
7-ci yer: Məşhur sehirbaz Harri Qudini pərəstişkarı qarnına yumruq vurandan sonra vəfat edir. Qudini tez –tez insanlara necə dəmir əzələsi olduğunu sübut etmək üçün onu yumruqlamağı təklif edirdi. Sehirbaz daxili orqanlarının zədələnməsindən xəstəxanada keçinir.
6-cı yer: Ən çox satılan kitablardan olan “Qaçış haqqında tam kitab” əsərinin müəllifi Cim Fiks 1970-ci illərdə asta qaçışı ən çox arzulanan qaçış növü etməyi bacarır. Amma özü elə o asta qaçış zamanı ürək tutmasından vəfat edir.
5-ci yer: Fransız müğənnisi Klod Fransua içi su ilə dolu vannada dayanıb lampa dəyişdirmək istəyərkən cərəyan vurmasından həyatını itirir.
4-cü yer: Dedektiv Allan Pinkerton səkidə ayağı büdrəyərkən dilini dişləyir və qanqrenadan ölür.
3-cü yer: ABŞ-ın 12-ci prezidenti Zakri Teylor 1850-ci ilin 4 iyulunda, hava çox isti olduğundan həddindən çox dondurma yeyir. Və beş gün sonra mədə ağrısından həyatını itirir. O sadəcə 16 ay prezident ola bilir.
2-ci yer: Cek Daniel, məşhur “JackDaniel’s” viskisinin atası, ayağından aldığı travmadan düz altı il sonra qanın infeksiyasından vəfat edir. O kodunu unutduğu seyfinin qapısını təpikləyən vaxt barmağını sındırmışdı.
1-ci yer: Yunan filosofu Xrisipp sərxoş eşşəyinin əncir yeməsinə baxa-baxa gülməkdən ölüb.

Gülər                    publika.az

Комментариев нет:

Отправить комментарий