Страницы

13.08.2012

ELÇİN ƏMİRASLANOV ÜÇÜN

Bəxtiyar Hidayət

Sənə ömürlük cəza verildi-ömürlük şərəf
ali baş komandana ömürlük hakimiyyət
bizə ömürlük səfalət
bax belə, əvvəl belə, sonlar belə

Bu misralar Ramil Səfərov haqda şeirimdəndir. Elə Elçin Əmiraslanova da aiddi bu misralar. Azərbaycanın bu qəhrəman oğulları ömürlük cəza çəkməli. Amma fərqlidi onların qazamatı da, qazavatı da.
Mənsə bu yazımda Elçin Əmiraslanovdan bəhs etmək istəyirəm. Qarabağ müharibəsini OMON-suz təsəvvür etmək mümkünmü. Bu ona bənzəyir ki Misir Allahlarını Omonsuz təsəvvür edəsən.

Bu gün iqtidarın hər kəsi pozduğu, ermənilərin isə intensiv olaraq atəşkəsi pozduğu bir vaxtda müharibə təbliğatına böyük ehtiyac var. Amma gəl görək bu təbliğatı Elçininmi taleyinə baxıb aparacağıq, Ramilinmi, Şahin Tağıyevinmi. Siyahını atəşkəs kimi uzatmaq olar.
Elçin öz ömrünü bu millətin yolunda fəda etmiş bir qəhrəmandır. O elə ölümlərdən çıxıb ki indi Qobustan qapalı həbsxanası ondan ötrü nəmənə şeydi ki.
O dövrdə Qazaxda vurub-tutan oğullar çox idi. Amma Elçinin yeri bir ayrı-Elçin həm də savadlı, dövlətçiliyə bağlı, siyasəti anlayan bir şəxs olaraq o qəhrəmanlardan fərqlənirdi.
Elçin 1982-ci ildə Xlaq Təsərrüfatı İnstitunu bitirmişdir. Həm də imkanlı bir ailədən olmasına baxmayaraq oxuya-oxuya işləyib zəhmətə alışdırmışdır özünü. Daha sonralar isə hüquq təhsili almışdır.
Hələ orta məktəb illərində ailəliklə Dilicana istirahətə gedərkən dəfələrlə erməni dığlaraını döyüb şil-küt etmişdir. “Kür, Araz , Ararat” mahnısının o bərkgedən vaxtlarında ermənilərə qarşı bu nifrət yəqin ki genetik bir nifrət idi.
Elçin 1990-cı il Bağanıs Ayrım faciəsindən sonra başladı haqq davasına. Əvvəlcə ov tüfəngləri ilə. Onda yun idarəsində vəzifəsi də vardı, boğazdan yuxarı qazancı da vardı. Amma o ölümü gözünün altına alıb gözünün üstündə yer verdiyi bu torpaqların müdafdiəsinə qalxdı. Ən qaynar nöqtələrə cumdu gözünü qırpmadan. Ermənilərin baş bəlasına çevrildi. Sonralar OMON-a daxil olduqda imkanları daha da artdı. Ermənilər çox mövqeləri “AMON Yekala, Elçin Yekala” (OMON GƏLDİ, Elçin gəldi) deyib də qoyub qaçardı onda.
Bu vurha-vurda Qazaxdan çox Qarabağda olmuşdu Elçin- əvəvl Xankəndində pasport yoxlamışdı. Sonra da qızğın döyüşlər. Və nəhayət Xnkəndinə az qalmışdı ki yenidən daxil ola-3 km məsafə qalmışdı. Amma, ancaq, lakin...
Horadiz döyüşlərində, Tatlı, Düz Qışlaq və sair döyüşlərdə də misilsiz qəhrəmanlıqlar göstərmişdir Elçin.
Təkcə döyüş bölgələrində qəhrəmanlıq göstərmədi ki o. Qırmızı körpüdəki qəhrəmanlıqları müharibədəki qəhrəmanlıqlarının heç də kölgəsində qalmır. O vaxtlar burdan ermənilərə vaqon-vaqon benzin ötürülürdü. Hətta avtokarvanlar da qoşulmuşdu bu sərsəm gedişə. Adam vardı ki iki günün içində milyonçu olurdu. Hətta Rəsul Quluyevin də “malı” keçirdi Qırmızı körpünü. Elçin isə buna qarşı idi. Və bacardığı qədər bu sərsəm gedişə dur deyə bilmişdi. Rəsulun nə qədər “malının” o üzə keçməsinin qarşısını almışdı. Bir-sözlə çox əl-ayağa dolaşmışdı.
Amma bata bilmirdilər ona. Müharibədə başından yaralanmışdı və Heydər Əliyevin göstərişi ilə Almaniyada müəalicə olunmuşdu. Elə bilirdilər Heydər Əliyevə çox yaxın adamdı Elçin. Amam bilmirdilər ki Elçinin heç ağlına da gəlmir Heydər Əliyevdən istifadə etmək. O Ermənistana gedən qaz turbasını partlatmaqla məşğul idi. Və Kirəc Muğanlı ərazisində bu əməliyaytı uğurla həyata keçirməyi bacardı. Bütün Qafqazı vurdu bir-birinə.
Sonra atəşkəs dövrü başladı- müharibəyə alışmış Elçin getdi Çeçenistana döyüşməyə. Ordakı qəhrəmanlıqları da dillərdə dastan olmuşdur. Hətta çeçenlərin də risq etmədiyi əməliyyatları həyata keçirmişdi Çeçenistanda. Və çeçenlər də ona bahalı bir maşın vermişdilər-qardaş payı olaraq.
Qarabağlılar da ona qardaş payı vermişdilər-iki Qarabağ atı. Amma Elçin həbs olunan kimi o atları Səfər Əbiyev apardı Qazaxdan. Elçin bunu biləndə ona bir “ksiva” göndərib-at məsələsi namus məsələsidi haa! Hardan anlasın Səfər Əbiyev belə şeyləri Elçin?
O heç bilmir ki sən tutulanda ERMƏNİLƏR BAYRAM EDİBLƏR.
O heç bilmir ki sən tutulandan sonra Qazaxa rəis gələn Zəfər Abiyev bir müddət qorusundan şəhərə çixa bilməyib. Elə bilib Qazaxda başqa Elçinlər də var. Amma sonra görəndə ki biri quyruq bulayır, biri xanim təklif edir, biri suaklıq edir, biri də bir başqa qələt eləyir, Zəfər Abıyev yavaş-yavaş tanış olub Qazaxla. Sonra da başlayıb küncdə-bucaqda qalan “bərkgedənləri” yolmağa. Və sonra o qədər yoğnuyub ki sənin doğmalarına da dil uzadıb- hamıvız ermənisiz deyib.
Amma sən almısan bu heyfi Zəfərdən. Özü də məhkəmədə.
Belə ki məhkəməyə şahid qismində gələn Zəfər dəmir barmaqlıqlara yaxınlaşır və birdən Elçin yapışır onun yaxasından. Sonra da başlayır ayaqqabısı ilə Zəfərin təpəsinə-təpəsinə döyməyə. Bu təkcə öz heyfini almaq deyildi. Bu o demək idi ki aya, Qazax hələ Qazaxdı. Dərdin alem, Elçin, dərdin alem.
Konvoylar zorla Zəfəri Elçinin əlindən ala bilirlər. Və zəfər buna görə sonra kovoylara xeyli pul ödəyir.
Hə əzizlərim belə Elçindi Elçin. Sındırmaq mümkün deyil onu. O da bir ərizə yazardı çıxardı bayıra. Amma o Elçindi, etmədi bunu.
O həm də ruh adamıdı. Aşıq Ədalətin şəyirdi olub. Yaxşı saz çala bilir. Həm də şeirlər yazır.
Mən bir dəfə “ah-nalə janrında” bir şeir yazmışdım. Murad Köhnəqala dedi-aya, şeir yazanda elə bil ki Çingizxan şeir yazır, Teymur şeir ayzır, bu nədi yazmısan.
Inanıram ki Elçinin şeirləri məhz o cür şeirlərdir. Çingizxan , Teymur, Koroğlu şeiri necə yazardısa Elçin də elə yazır.

Комментариев нет:

Отправить комментарий