Страницы

13.08.2012

Zakir Məmməd - Yol

Bu yolu gəl gedək, izn ilə gedək.
Bir az ağır-ağır, hüzn ilə gedək.
Beş ilə, on ilə, yüz ilə gedək;
Gedib çıxa bilək mənzil başına.

Bu yol haqq yoludur, düz adam gedir.
Qoşulub hər yerdən yüz adam gedir.
Bu yolu başacan az adam gedir.
Gedib çıxaq gərək mənzil başına.

Getdikcə bu yol da qurtaran deyil.
Yol gedən – yol kəsib artıran deyil.
Bu yol gedənləri qaytaran deyil.
Aparıb  çatdırar mənzil başına.

Quba

Комментариев нет:

Отправить комментарий