Страницы

24.08.2012

Günel Eyvazlı. Barnaba İncili

 Bu yaxınlarda əlimə Məryəm Selcan adlı bir müəllifin “İlahi möcüzələr” adlı kitabı keçdi. Burada çox maraqlı faktlarla tanış oldum. Oxuduqlarımı olduğu kimi - heç bir cümləyə müdaxilə etmədən sizlərin diqqətinə çatdırıram. Düşünürəm ki, sizin də marağınıza səbəb olacaq.
Bildirmək istəyirəm  ki, xristian dünyasının təəssübkeşlik buludlarına büründüyü qara günlərdə ən üstün qüvvə hesab edilən rahib sinfi, Müqəddəs kitab olan “İncili”i təhrif etmək üçün böyük bir yarışma içində idi.
Hər yoldan ötən ayrıca İncil yazır və Müqəddəs kitabı öz şəxsi fikirləri əsasında dəyişirdi. Sayı bir neçə yüzə çatan və bir-birindən fərqlənən İncillərə hər gün yeniləri əlavə edilirdi. Lakin bu müəlliflərin adı ilə çağrılan həmin İncillərin sayı o qədər artdı ki, artıq onların barəsində bir tədbir görmək zərurəti yaranır.
Və İznikdə çağrılan məclis uzun müddət davam edən bir araşdırma nəticəsində o günə qədər yazılmış bütün İncillərin 396- nın oxunmasını qadağan edir.
Lakin həmin İncillərin birinin üzərində xüsusi olaraq dayanır və bunu oxuyanların ağır şəkildə cəzalandırılacağını elan edirlər.
Miladi tarixlə 492-ci ildə Papa I Celasyus tərəfindən qadağan edilən bu İncil Həvarilərin ən qədim tələbələrindən olan Barnabaya aiddir. Və o, başqa İncillərdə rast gəlinməyən bir xüsusiyyətə malik olduğu üçün qadağan edilən kitabların siyahısına daxil edilmişdir. Lakin bu zaman dindar bir rahib bütün təhdid və təhlükələrə baxmayaraq Barnaba İncillərindən birini qaçırmağa nail olur. Həmin İncil sonradan Vyanadakı İmperator kitabxanasına çatdırılaraq ingilis dilinə tərcümə edilir.
Lakin, kilsə yenə Barnaba İncilinin izinə düşüb onu tapır. Bu İncilin bütün nüsxələri məhv edilmək üçün bir həftə ərzində toplanır.
Amma, kilsənin bütün fəaliyyətinin və səylərinin heç bir mənası olmur. Çünki. Bu İncillərdən ikisi qaçırılır. Onlardan biri Britaniya Muzeyinə, o biri isə Amerika Konqresinin kitabxanasına göndərilmişdir.
Bu İncillər göndərildikləri yerdə hərbi sirr kimi saxlanılmışdır. Bu sirri açmaq müsəlman general olan, hərbi ataşe vəzifəsini yerinə yetirən pakistanlı general Əbdürrəhimə nəsib olmuşdur. O, İncilin mikrofilimlərini gizli şəkildə çəkərək, onları Pakistana qaçırmağa nail olmuşdur.
Bu mikrofilmlər sonradan Pakistandakı Beqam Aişa Bavani Vəqfi tərəfindən kitab şəklinə salınaraq bütün İslam dünyasına yayılır.
Sirr nədə idi.
Barnaba İncilindən olduğu kimi götürülən paraqraflar:
44-cü səhifəsində- Hz. İsa (ə.s) özündən sonra gələcək peyğəmbəri öz həvarilərinə belə təsvir edir.
“Sizə bildirmək istəyirəm ki, Allahın Rəsulu bütün yaradılanlara rəhmətdir. O, dərrakəli və təsəlli verən, hikmətli və qüdrətli, qəlbində Allah sevgisi və qorxusu daşıyan, dəqiq və mülayimtəbiətli bir şəxsdir. Rəhmət və yardımsevər ruhu ilə ədalət və mərhəmət hissi ilə. Nəzakət və səbr ruhu ilə hərəkət edir.Cənabi Haqq Təala bütün yaratdıqlarına verdiyinin üç qat artığını Ona vermişdir.O dünyaya gəldiyi zaman səadət dövrüdür. Buna inanın. Bütün peyğəmbərlərin Allahın onlara verdiyi nübüvvət (peyğəmbərlik) gözü ilə gördükləri kimi mən də onu gördüm. Onu gördüyüm zaman ruhum təsəlli ilə doldu .”
“Ey Muhamməd Allah səninlə birlikdə olsun və mənə də sənin ayaqqabının bağı olmaq şərəfini nəsib etsin. Əgər mən bu istəyimə çatsam, Allahın mübarək bir qulu və böyük peyğəmdər olacağam.”
Hz. İsa (ə.s)bunu dedikdən sonra Allaha şükr etdi.
Ona yenə də sual edilir.
-Gözlənilən Məsih sən deyilsənmi?
-Mən yalnız İsrail oğullarına göndərilmiş xilaskar və peyğəmbərəm. Lakin məndən sonra Allah tərəfindən bütün aləmə Muhəmməd adında bir peyğəmbər göndəriləcək Allah bu kainatı onun üçün yaratmışdır.
-Ey müəllim, dünyaya gələcəyini dediyiniz o şəxs kimdir?
-O Muhəmməd Rəsulullahdır.

Qeyd- barnaba İncilində Hz. İsanın nə tanrı olmasından (xristian dünyası onu gah Allah, gah da Allahın oğlu kimi qəbul edirlər) nə də onu çarmıxa çəkilməsindən bəhs edilmir.

Комментариев нет:

Отправить комментарий