Страницы

27.08.2012

İveroalienlərin Liviya siyasəti

НЕ ТАКИЕ ОНИ УЖ ЛИВИЙСКИЕ : эти повстанцыAsif Həsənli
Professional Oxucu Liqası

Və­tən­daş mü­ha­ri­bəsi, yox­sa “na­tə­miz Qər­bin çir­kin təx­ri­batı”

Ha­di­sə­lərə şərh ver­məz­dən əvvəl, ilk növ­bədə, onu qeyd et­mək la­zım­dır ki, Li­vi­yada heç də və­tən­daş mü­ha­ri­bəsi baş ver­mədi. Sa­dəcə, ma­raq­lı qüv­və­lər bunu və­tən­daş mü­ha­ri­bəsi ad­lan­dır­dı.
Əs­lin­də, isə bəzi na­razı qüv­və­lər nü­ma­yiş­lərə çıxdı, mü­xa­li­fət bun­dan is­ti­fadə edə­rək si­lah­lan­dı, NATO-nun bir­ləş­miş koa­li­siya qüv­və­ləri isə üs­yan­çı­lara kö­mək edə­rək hər­bi tex­ni­kanıı öl­kə­nin içə­ri­lə­rinə ye­rit­di, avia­siya zər­bə­ləri ilə Qəd­dafi qüv­və­lə­rini sar­sıt­dı və ha­ki­miy­yəti de­vir­di. Mü­ha­ri­bə­nin qı­saca xü­la­səsi budur.
İndi isə tə­fər­rüa­tı ilə şərh­lərə keçək.

Hər şey Qəd­da­fiyə ün­van­lan­mış mü­raciət­dən baş­ladı. 2011-ci il fev­ra­lın 15-də ta­nın­mış və­kil və hü­quq mü­dafiə­çisi Fət­hi Ter­bil həbs olun­du. Fət­hi 1996-cı il iyu­nun 26-da «Əbu Salim» həbs­xa­na­sın­da qi­yam et­miş dus­taq­lara qar­şı gül­lə­lən­mə işini apa­rır və gü­nah­kar­la­rın cə­za­lan­dı­rıl­ma­sını tə­ləb edir­di. Hü­quq mü­dafiə­çi­si­nin həb­si 213 nə­fər zi­ya­lı­nın -  vəkil, müəl­lim, həkim, pro­fes­sor, mü­hən­dis və hərb­çi­lə­rin hid­də­tinə sə­bəb oldu və on­lar ha­ki­miy­yətə Fət­hi­nin azad­lığa bu­ra­xıl­ması tə­ləbi ilə mü­raciət et­di­lər. Mü­raciət­də fev­ra­lın 17-ə ak­siya tə­yin olun­ması ba­rədə xə­bər­dar­lıq edil­di və Qəd­da­fi­nin is­te­faya get­məsi mə­sə­ləsi qo­yul­du. Mü­raciət­də de­yi­lir­di:
«Qəd­dafi və onun ailə üzv­ləri ha­ki­miy­yəti xal­qın təm­sil­çi­lə­rinə gü­zəş­tə get­məli, li­be­ra­liz­mə, plü­ra­liz­mə yö­nəl­miş hə­rə­kata mane ol­ma­ma­lı­dır. Qəd­dafi is­tefa ver­mə­li­dir».
Fev­ra­lın 17-ə ak­siya tə­yin olun­ma­sına bax­ma­ya­raq elə Fət­hi həbs olu­nan gün, yəni fev­ra­lın 15-də və 16-da nü­ma­yiş­çi­lər Ben­qa­zi­nin kü­çə­lə­rinə çıx­dı­lar, hə­lak ol­muş dus­taq­la­rın şə­kil­lə­rini əl­lə­rin­də tu­ta­raq hö­ku­mət bi­na­sı­nın qar­şı­sın­da eti­raz ak­si­ya­la­rına baş­la­dı­lar. On­lar əv­vəl­cə Fət­hi­nin azad­lığa bu­ra­xıl­ma­sını, son­ra is­la­hat­lar apa­rıl­ma­sını, daha son­ra isə Qəd­da­fi­nin is­te­fa­sını tə­ləb edən şüar­lar səs­lən­dir­di­lər. 
On­la­rın bu ak­si­yası it­ki­siz ötüş­dü. Amma fev­ra­lın 17-də eti­raz dal­ğası bü­tün Ben­qa­zini və di­gər şə­hər­ləri – Bevid, Zen­tan, Ruj­ban, Der­na şə­hər­lə­rini bü­rüdü. Ha­ki­miy­yət nü­ma­yən­də­ləri nü­ma­yiş­çi­ləri sa­kit­ləş­dir­məyə cəhd gös­tər­sə­lər də, si­lah­dan is­ti­fadə et­mə­di­lər, zor tət­biq olun­madı və yün­gül toq­quş­ma baş verdi. Bu toq­quş­ma nə­ti­cə­sin­də ölən­lər və ya­ra­la­nan­lar ol­masa da, xə­sa­rət alan­lar oldu. Amma nü­ma­yiş­çi­lər geri çə­kil­mə­di­lər və si­lah­lı üs­yana qalx­dı­lar. Li­viya or­du­su­nun bəzi his­sə­ləri üs­yan­çı­la­rın tə­rə­finə keçdi. Da­xili İş­lər Na­zir­li­yi­nin rəh­bəri, ordu ge­ne­ralı Əb­dül Fət­tah Qəd­dafi ilə əla­qəni kəs­di və or­dunu üs­yan­çı­la­rın tə­rə­finə keç­məyə ça­ğır­dı. Bu ça­ğı­rış­dan son­ra öl­kə­nin si­lah­lı qüv­və­ləri iki yerə par­ça­lan­dı, üs­yan­çı­la­rın sı­ra­ları ge­niş­lən­di və on­lar silah-sur­sat əldə et­di­lər.
Fev­ra­lın 20-də Əl-Cə­zirə ka­na­lına is­ti­nad edən küt­ləvi in­for­ma­siya va­si­tə­ləri dəh­şət­li xə­bər yay­dı­lar: «Li­viya hö­ku­məti dinc in­san­lara qar­şı qır­ğın tö­rət­miş, əha­liyə ar­til­le­riya və hər­bi ver­tol­yot­lar­dan atəş aç­ması nə­ti­cə­sin­də 200 nə­fər hə­lak ol­muş və 800 nə­fər ya­ra­lan­mış­dır. Dinc in­san­lara qar­şı odlu si­lah­dan, av­to­mat və pu­lem­yot­lar­dan, avia­si­ya­dan is­ti­fadə edil­məsi haq­qın­da əmr Qəd­dafi tə­rə­fin­dən im­za­lan­mış­dır»
Bu mə­lu­mat dün­ya mət­bua­tını çal­xa­ladı və Qəd­dafi mət­buat sə­hi­fə­lə­rin­də «cəl­lad», «qəd­dar», «öz xal­qı­nın düş­­məni» kimi qə­ləmə ve­ril­di.
İs­lam şey­xi Yu­sif Əl-Hər­dayi isə onun ölü­münə fər­man verdi: «Qəd­da­fi­nin əli öz xal­qı­nın qa­nına bat­mış­dır. Buna görə o, öl­dü­rül­mə­li­dir!»
Amma Qəd­da­fini ta­nı­yan­lar onun öz xal­qına qar­şı heç vaxt belə hə­rə­kətə yol verə bil­mə­di­yinə ina­nır və bunu təx­ri­bat he­sab edir­di­lər.
Uqan­da­nın pre­zi­den­ti Yo­ver Ha­qut Mu­sə­vini mət­buat­da ge­dən bu mə­lu­ma­tın hə­qi­qətə uy­ğun ol­ma­dı­ğını bə­yan etdi və bil­dir­di ki, nü­ma­yiş­çi­lər ar­tıq öz sta­tu­sunu də­yi­şib döv­lət çev­ri­li­şinə cəhd edən üs­yan­çı­lara çev­ri­lib­lər.
Ve­nesue­la­nın, Bo­li­vi­ya­nın, di­gər Af­rika öl­kə­lə­ri­nin rəh­bər­ləri, hət­ta Ru­si­ya­nın si­yasi ana­li­tik­ləri dinc əha­li­nin gül­lə­lən­mə­sini Qəd­dafi qüv­və­ləri tə­rə­fin­dən yox, ABŞ, Fran­sa, İn­gil­tərə və NATO-nun hər­bi qüv­və­ləri tə­rə­fin­dən tö­rə­dil­miş təx­ri­bat ad­lan­dı­rır­dı­lar.
Bö­yük Bri­ta­ni­ya­nın kəş­fiy­yat ida­rəsi belə bir bə­ya­nat yay­dı ki, guya Qəd­dafi Ve­nesue­laya qaçıb. Bu xə­bəri hət­ta Bri­ta­niya Xa­rici İş­lər Na­zir­li­yi­nin şefi Uil­yam Xeyq 21 fev­ral 2011-ci il ta­rix­də rəs­mi ola­raq təs­diq­lədi.
Amma çox keç­mədi ki, həm Əl-Cə­zi­rəyə is­ti­nad olu­nan «Qəd­dafi öz xal­qına qar­şı ar­til­le­riya və hər­bi ver­tol­yot­dan is­ti­fadə edə­rək qır­ğın tö­rə­dib» xə­bəri, həm də onun Ve­nesue­laya qaç­ması haq­qın­da in­gi­lis­lə­rin ver­diyi mə­lu­mat özünü doğ­rult­madı və bir çox küt­ləvi in­for­ma­siya va­si­tə­ləri tə­rə­fin­dən tək­zib olun­du.
Qəd­dafi isə öz növ­bə­sin­də ona qar­şı təx­ri­bat kom­pa­ni­ya­sına ca­vab ver­mək üçün er­təsi gün bir­başa te­le­vi­zi­yada gö­rün­dü və öz xal­qına mü­raciət etdi. Fev­ra­lın 20-də baş ve­rən­ləri «na­tə­miz Qər­bin çir­kin təx­ri­batı» ad­lan­dır­dı və belə bir bə­ya­nat verdi.
QƏD­DA­Fİ­NİN BƏ­YA­NATI. «Əziz Li­viya xalqı! Təx­ri­bata uy­ma­yın ! Mən heç vaxt sizə qar­şı si­lah iş­lət­mə­mi­şəm və  iş­lət­mə­rəm! Siz mə­nim öv­lad­la­rım­sı­nız. Ata öz öv­la­dına qar­şı necə si­lah iş­lədə bilər? Mə­gər siz bil­mir­si­niz ki, na­tə­miz Qərb çir­kin təx­ri­bat apa­rır? Li­vi­yada baş ve­rən­lər ABŞ-ın və Qər­bi Av­ro­pa­nın ya­ban­çı əməl­lə­ri­dir. On­la­rın məq­sədi Li­vi­yanı diz çök­dür­mək­dir. Siz bunu başa düş­mə­li­si­niz. Bu mur­dar ka­fir­lər və Al­lah­sız­lar sizi yol­dan çı­xart­mış­dır. On­la­rın ya­lan­la­rına və təx­ri­bat­la­rına uy­sa­nız Li­vi­yanı məhv edər­si­niz. Mə­nim­lə olun, bu ka­fir­lərə qar­şı bir­gə vu­ru­şaq. Qoy Al­lah Li­vi­ya­nın xi­lası üçün bizə yar­dım­çı olsun. On­lar de­yir­di­lər ki, mən Ve­nesue­laya qaç­mı­şam. Gö­rür­sü­nüz ki, mən si­zin­lə bir yer­də­yəm. Mən heç yerə qaç­ma­mı­şam, qaç­ma­ya­ca­ğam. Li­vi­ya­nın azad­lığı uğ­run­da şə­hid olana qə­dər dö­yü­şə­cə­yəm. Bu dö­yüş­də mə­nim­lə bir yer­də olan­lar da, ol­ma­yan­lar da mə­nim öv­lad­la­rım­dır. Amma mən öv­lad­la­rı­mın ha­mı­sı­nın bir yer­də ol­ma­sını arzu edi­rəm. Qoy bir öv­lad o bi­rinə qar­şı gül­lə at­ma­sın».
Qəd­da­fi­nin bu mü­raciə­tin­dən son­ra yüz­lər­lə üs­yan­çı onun tə­rə­finə keçdi. Eyni za­man­da, onun öz xal­qına qar­şı si­lah iş­lət­mək əm­rini ver­məsi təs­diq olun­madı və fev­ra­lın 20-də nü­ma­yiş­çi­lə­rin gül­lə­lən­məsi haq­qın­da ma­raq­lı və sen­sa­si­yalı fakt­lar üzə çıxdı.
«Bri­tiş Ci­vilians for Peça in Libya» Qeyri-Hö­ku­mət Təş­ki­latı müs­tə­qil su­rət­də apar­dığı təd­qi­qa­tın he­sa­ba­tını açıq­ladı və di­gər nü­fuz­lu qeyri-hö­ku­mət təş­ki­lat­ları və bəzi hü­quq araş­dır­ma mər­kəz­ləri hə­min he­sa­batı təs­diq­lə­di­lər.
He­sa­bat­da bir­mə­nalı ola­raq qeyd olu­nur­du:
«20 fev­ral 2011-ci ildə Ben­qa­zidə nü­ma­yiş­çi­lə­rin gül­lə­lən­məsi Qəd­da­fiyə tabe olan qüv­və­lər tə­rə­fin­dən tö­rə­dil­mə­miş­dir. Qəd­dafi belə əmr ver­mə­miş­dir. Ben­qazi şə­həri əsa­sən üs­yan­çı­la­rın nə­za­rəti al­tın­da ol­du­ğun­dan, şə­hə­rin ət­ra­fını üs­yan­çı­lar qo­ru­du­ğun­dan Qəd­dafi qüv­və­ləri ar­til­le­ri­ya­nın bura gə­ti­ril­mə­sini hə­yata ke­çir­mə­yib­lər. Üs­tə­lik, Ben­qa­zidə və bü­tün Ki­renai­kidə ha­ki­miy­yət üs­yan­çı­la­rın əlinə keç­mək­də­dir. Dinc nü­ma­yiş­çi­lərə atəş açıl­ması na­mə­lum qüv­və­lə­rin təx­ri­ba­tı­dır».
libyan rebel atrocities (400x300, 24Kb)
He­sa­bat ve­ril­sə də orada gös­tə­ri­lən na­mə­lum qüv­və­lə­rin ad­ları açıq­lan­mır və araş­dı­rıl­mır. He­sa­bat­dan son­ra mət­bua­ta açıq­lama ve­rən təş­ki­lat nü­ma­yən­də­ləri qeyri-rəs­mi ola­raq bu ak­si­ya­nın koa­li­siya qüv­və­ləri tə­rə­fin­dən tö­rə­dil­di­yinə ey­ham vur­du­lar və mə­lum oldu ki, Qəd­dafi haq­lı imiş.
Təş­ki­la­tın bu bə­ya­natı fev­ra­lın 24-də Ki­renai­ki əra­zi­si­nin tam ola­raq üs­yan­çı­la­rın əlinə keç­məsi fak­tı ilə bir daha təs­diq­lən­di və fev­ra­lın 26-da Ben­qa­zidə Li­vi­ya­nın Mü­vəq­qəti Hö­ku­mə­ti­nin elan olun­ması Qəd­da­fi­nin bir daha haq­lı ol­ma­sını sü­but etdi.
Bu da o de­mək­dir ki, Qəd­dafi hə­qi­qə­tən Ben­qa­zidə fev­ra­lın 20-də qan tök­mə­miş, öz xal­qına qar­şı qan­lı əmr ver­mə­miş­dir.
Bəs, əs­lin­də, nə baş ver­miş­dir? Bu təx­ri­bat kimə və nə üçün la­zım ol­muş­dur?
Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın (BMT TŞ) 26 fev­ral 2011-ci il ta­rix­li 1970 say­lı qət­na­məsi do­layı yol­la da olsa bu sua­la ca­vab verir.
Qət­namə Qəd­da­fiyə və onun ya­xın­la­rına qar­şı sank­siya tət­biq edil­mə­sini nə­zər­də tu­tur­du.
ABŞ ar­tıq Li­vi­yaya qar­şı di­şini qı­cıt­mış­dı. Nə­yin ba­ha­sına olur­sa-ol­sun bu öl­kəyə mü­da­xilə et­mək qə­rara alın­mış­dı. Bu məq­səd­lə is­tə­ni­lən varian­ta əl ata bi­lər­di. Ərəb dün­ya­sı­nın qəh­rə­manı elan olu­nan Qəd­dafi ha­ki­miy­yə­tini de­vir­mək üçün real şans ya­ran­mış­dı. Yal­nız bə­hanə la­zım idi...
Ta­rix­də qa­ran­lıq mə­qam­lar çox olur və uzun za­man bu mə­qam­ları aç­maq mü­yəs­sər olmur. Ta­ri­xin o qə­dər açıl­ma­mış sə­hi­fə­ləri var­dır ki, bu sə­hi­fə­lər­dən biri də Li­vi­ya­nın 20 fev­ral 2011-ci il ta­ri­xinə ya­zıl­dı və çə­tin ki, ya­xın yüz ildə bu ha­di­sə­nin sir­ri açıl­sın. Bir müd­dət ke­çən­dən son­ra isə bunu araş­dır­maq, ümu­miy­yət­lə, qeyri-müm­kün ola­caq. Çün­ki ha­ki­miy­yət dev­ril­di, Qəd­dafi öl­dü­rül­dü, üs­yan­çı­lar ha­ki­miy­yətə gəl­di və bu üs­yan­çı­lara qar­şı si­lah iş­lə­dən­lər bir­də­fə­lik sus­mağa məh­kum ola­caq­lar. Ta­rix isə on­ları araş­dır­maq­da aciz qa­la­caq!..
İndi qa­yı­daq BMT-nin növ­bəti qət­na­mə­sinə. ABŞ-ın tə­kidi ilə BMT TŞ  18 mart 2011-ci ildə 1973 say­lı növ­bəti qət­na­mə­sini qə­bul etdi. Qət­na­məyə görə, «Li­viya əra­zi­si­nin is­tə­ni­lən ye­rin­də is­tə­ni­lən for­mada is­tə­ni­lən say­da ha­vada, suda, qu­ruda koa­li­siya qüv­və­ləri yer­ləş­di­rilə bilər. Bu qüv­və­lər əha­li­nin dinc ya­şa­yı­şını tə­min et­mək və on­ları mü­dafiə et­mək məq­sə­dilə yer­ləş­di­ri­lir».
BMT-nin bu qət­na­məsi dün­ya öl­kə­ləri tə­rə­fin­dən hid­dət­lə qar­şı­lan­dı. Mü­səl­man öl­kə­ləri bunu əda­lət­siz və dün­ya mü­səl­man­la­rına qar­şı tə­ca­vüz­kar si­ya­sə­tin tər­kib his­səsi kimi qə­bul et­di­lər.
Ve­nesue­la­nın pre­zi­den­ti Uqo Ça­ves bunu ABŞ-ın Li­vi­yaya mü­da­xi­ləsi üçün bə­ha­nəsi, Bo­li­vi­ya­nın pre­zi­den­ti Evo Mo­ra­les ABŞ-ın və qər­bin aq­res­si­yası ad­lan­dır­dı.
Ru­si­ya­nın baş na­ziri Vla­di­mir Pu­tin isə daha kəs­kin reak­siya ve­rə­rək qət­na­mə­nin qə­bul edil­mə­sini «vic­dan­sız­lıq» ad­lan­dır­dı. 
ЛИВИЙСКИЕ ПОВСТАНЦЫ : срочно стягиваются к границам сирии

Комментариев нет:

Отправить комментарий