Alim Qasımovun 55 illik yubileyinə həsr edirəm
Göz açdığı gün, islami fitrətdə göründü
İmanda əsas altı olan şərtdə göründü
Bir möcüzə, bir sirr ki, tək Allaha əyandır
Bəmdə yaranış, zildə qiyamətdə göründü
Duydum səsini röyada ikən o müəzzin
Dan sökdü yerin, sübhə minarətdə göründü
Gəldi o nəfəs qeybdəki səslə, İlahi !
Peyğəmbər Əfəndim mənə hicrətdə göründü
Elmin o qədər verdi mükəmməl ona Xaliq
Sufi Babamız zikri-qiraətdə göründü
Əxlaqı - ədəb sahibi Alimi-həqiqdir
Çox oldu nümunə mənə, ibrətdə göründü
Sirli avazın qoydu bütün aləmi heyran
Hifz etdi çəkən həsrəti, qürbətdə göründü
Çoxdandı Laçın mədh edəcəkdi səni Alim
Qismət bu ziyarət, bu ziyafətdə göründü
Şamaxı şəhərinin Bakı əyaləti 14 avqust 2012-ci il
Комментариев нет:
Отправить комментарий