Страницы

31.08.2012

Mirbağır - O VAXTLAR

Mən kənd mühitində təhsil alarkən şəhəri, şəhər düşüncə tərzini qat-qat fərqli bilirdim. Şəhərlə bağlı özümçün o qədər şirin hekayələr qurmuşdum ki indi onlar yadıma düşəndə sadəcə, gülməyim gəlir. Şəhərə gəldikdən sonra fərqin yalnız, geyimlərdə, paltar dükanlarının qarşısında olan görüklərdə (vitrinlərdə), 5-10 mərtəbəli hündür binalarda olduğunu anladım. Anladım ki, mən yalnız məsafələri keçmişəm, ruh və düşüncə tərzi eynidir ki eynidir. Bununla bağlı bir neçə nəfərə öz fikrimi bildirəndə onlar şəhərdə artıq, şəhərlinin qalmadığını söylədilər. Kədərli əhvalatdır, öz adıma.
Mən rayonumuzda olan bazarda kiçik bizneslə məşğul olurdum - öz əlimlə düzəltdiyim kvadrat taxta qutunun içinə siqaret paçkalarını düzüb, siqaret vara siqaret deyə - deyə bazarın dar, tozlu küçələrini dolaşırdım, yaxşı qazananda evə əli dolu gedirdim, qazanmayanda isə az qala küçələrdə yatıb qalırdım. Belə anlarda kiçik yaşlı qardaşımın gözlərinin içinə baxa bilmirdim. Bu 5 yaşlı uşaq mən bazara getdikdən sonra gözlərini yollara dikir, uşaq səbriylə mənim bazardan gəlməyimi gözləyirdi. Axı mən ət,üzüm və çörək gətirirdim.atamı qarabağ əlimizdən almışdı, anamsa bu itkidən dəli olacaq qədər sarsılmışdı.atamdan sonra anam çox əsəbi olmuşdu. Buna görə evin bütün ağırlığı mənim üzərimə düşmüşdü. Atamın yoxluğuna çox üzülsəm də bunu hiss etdirməyəcək qədər dözüm və dəyanətim vardı. Ama bəzən elə hallar olurduki çarəsiz qalırdım istər istəməz atamı əlimdən alan müharibəyə də, 5 – 10 illik    gözəl həyat naminə Qarabağı satanlara da lənətlər  oxuyurdum. Hərdən olurduki siqaret almaq əvəzinə məni uşaq olduğuma görə ələ də salırdılar birdə gördün qolu zorlu rayon uşaqları siqaret qutumu alıb bir-birinə atırdılar, mən ağlaya – ağlaya onların qabağına qaçır məcbur olub yalandan atamı çağıracağımı deyirdim. Ürəyimdə onları doyunca söysəm də əslində qınağıma tuş gələnlər heç onlar da deyildi. Bu, onların qayğısız, gənc yaşlarının sevinci, mənimsə uşaq olmağımın və uşaqkən həyat deyilən alovun içinə atılmağımın kədəri idi. Bəzən insanın içində elə suallar baş qaldırır ki onları kimə verəcəyini və kimdən cavab alacağını bilmirsən, carəsizcəsinə düşünüb qalırsan.halbuki mənim həyatım 10 yaşıma qədər çox gözəl keçmişdi ona qədər heç vaxt belə suallar düşünməmişdim.yaşım artıqca kədərim də böyüyür, həyatla mübarizəm genişlənirdi. Millətin güzaranı pisləşdikcə bazara axışıb pul qazanmaq istəyənlərin də sayı çoxalırdı, bazara atasını,anasını itirib vəhşi həyatın ağuşuna atılmış yeni-yeni uşaqlar gəlirdi.lakin bu bazar idi və mən alverdə heç kimə güzəştə getmək fikrində deyildim daxilən onlara acısam da, bəzilərinin məndən daha betər gündə olduğunu bilsəm də!..həyat necə də gözəldir deyənlər bəlkə də yanılmayıb. Bu qədər vəhşətin içində, çirkinliyin içində sabahın bundan daha betər ola biləcəyini bilə-bilə yaşamaq üçün dəridən qabıqdan çıxırsan, bir an olsun belə güzəştə getməyi, dayanmağı ağlına belə gətirmirsən, sənin doğmalarının həyatına hələ nə qədər gərəkli olduğunu anlayırsan. Xəstə ananın nəvazişlə bir dəfə başına sığal çəkib :“oğlum, səninlə qürur duyuram” - deməsi bu yolda çəkdiyin bütün məhrumiyyətlərə dəyər açığı...
Mən ikinci böyük zərbəni 8-ci sinifdə oxuyanda aldım. Burda oxumaq sözünün zahiri cazibədarlığı sizləri aldatmasın. Məni məktəbdə  yalnız , jurnal səhifəsində görmək olardı. Adım sinif jurnalında, özüm bazarda...məhz 8-ci sinifdə oxuyarkən anamı itirdim. Ən dəhşətlisi o idi ki, mən anamı həyata vida edərkən görə bilmədim bəlkə də vacib bir sözü vardı mənə...anam bir dəqiqənin badına getmişdi, bəzən belə olur gözlənilməz sevinc də, gözlənilməz kədər də bir anın içində baş verir. İlk öncə hər şeyin yuxu olduğunu düşünürsən, ama günlər geçdikcə hər şeyin labüd həqiqətdən başqa bir şey olmadığını görürsən və alışmağın zaman alır sadəcə...
Mən çəkdiyim acıları uzatmaq istəmirəm, bilirəm ki coxunuzun belə şeyləri eşitməkdən zəhləniz gedir, ona görə birbaşa mətləbə keçib sizə azadlıq barədə bir neçə söz deyəcəm, əlbəttə ki uşaq ağlımla...Hərdən boşluğa düşəndə “azadlıq” ın bizə nələrə başa gəldiyini düşünürəm. Minlərlə şəhid verdik, atamı itirdim, anam sağalmaz xəstəliyə tutuldu və vəfat etdi. Neçə-neçə körpə valideyn üzünə həsrət qaldı, bəs azadlıqdan qazananlar kim oldu? Əlbəttəki, tribunalardan azadlıq qışqıranlar! Vəzifə tutanlar da onlar oldu sağ qalanlar da. Görəsən, hansı daha yaxşı idi, özünü “buxov”da zənn etdiyimiz, atalı-analı bir-birindən xoş günlərimizmi?, hansı ki 45 manata Moskva kimi şəhərə uçurdun, atam hər dəfə ora gedəndə bizə gözəl oyuncaqlar gətirirdi.Soyuducumuz hər cür naz – nemətlə dolu  olardı, qonaq gələndə özümüzü itirməzdik, qonaqlı –qaralı olmasını arzulayardıq evin...Yoxsa, bugünki azadlığın küçələrində ac – yalavac gəzdiyimiz günlərmi? Hərdən anam sağ olarkən tapdığımız bir tikə çörəyi yedikdən sonra etdiyi dua məni dəhşətə gətirirdi “Allahım, sən özün bu evi qonaqdan – qaradan uzaq elə, yoxsa, üzüqara qalıb xəcalətdən ölərik.”
Bu azadlıq mənə lazım deyildi. Bu azadlıq mənim kimi minlərcə körpəyə də lazım deyildi.Körpə ikən qayğıların içinə atıldılar, uşaqkən qocaldılar. Gözlərinin içində donub daş heykəllərə döndü uşaqlıq arzuları...bu körpələr mənim kimi əllərində bir tikə çörək naminə, istiyə soyuğa baxmadan, hər nə gəldi satırlar.Oysa ki bu azadlıqdan qazananların uşaqları qarınları tox halda, ya yaşıl meydanlarda əyləncə üçün futbol oynayır ya da sevimli ata – anaları ilə nahar edirlər lüks bir yerdə...
O  vaxtlar yadıma düşür, kəndimizin dörd bir tərəfi üzümlük idi. Hamının işi – gücü vardı. Küçəmizdə rəngbərəng güllərin qoxusu insanı həyatdan zövq almağa çağırır, yaşamağa ruhlandırırdı. Hər kəsin üzündə səmimiyyətdən, cəzbedici qıvraqlıqdan doğan təbəssüm oynayırdı. Novruz bayramlarında evimizin süfrəsi dolu olardı. Dükanlarda qalınlığı pakrışkaya çatan nisyə dəftərləri yox idi. İndi beş ildir ki novruz bayramını az qala suyla keçiririk. O vaxtlar rus qonşularımıza novruz bayramında pay aparardıq, onlar da adını bilmədiyim bayramlarında bizə çox dadlı şirniyyatlar gətirirdilər, onların dadı indiyədək xəyalımdan getməyib... Kim nə deyir desin, atamı əlimdən alan , bizi bir parça çörəyə möhtac edib miskin həyatla üz – üzə qoyan azadlığın üzünə həmişə tüpürəcəyəm və rüşvəti (k)gündəlik həyat tərzi kimi qəbul edən, qorxudan yalan danışmağa məcbur edib mənəvi uçuruma sürükləyən demokratiyanın üstünə...daha demirəm, heyifdi! Milyonlarla hindlinin qanı üzərində qurulmuş, masonların bic balası Amerika neft və qazla zəngin olan ölkələrə silahın süngüsündə azadlıq və demokratiya aparır, xx  əsrin ortalarında dünyanın dörd bir yanında müstəmləkə torpaqları olan İngiltərə və Fransa kimi ölkələr də həmçinin...Görəsən bu ölkələr niyə öz azadlıq ideyalarını , gözəl həyat tərzini , dəbdəbəli demokratyasını Afrikanın acından ölən ölkələrinə aparmırlar?
Biz bütün pafoslu, təşbehli sözlərə uymaqla mənəvi rahatlığımızı, özgürlüyümüzü itirdik, qazandığımız isə bioloji azadlıq oldu. Kapitalizmin bizə verdiyi bu azadlıq gənc qızların yolunu Dubaya açdı. Vətənimizə Avropadan yoğun-yoğun neft boruları girməyə başladı. Azad dilənçilər ordusu meydana gəldi, halbuki bu azad dilənçi əlləri bir vaxtlar  “buxov” u qamçılayırdı...al bu da sənə azadlıq!!! Bizi bioloji və mənəvi cəhətdən xəstə hala gətirib ,  beynimizi hər cürə murdar şeylərlə məşğul edib bizə necə də asanlıqla hökm edirlər.  O vaxtlar havalar da belə isti deyildi. Ətrafımızı müxtəlif mikrob daşıyıcıları olan, süni yaradılmış şüalar bürüməmişdi, ulu babalarımızın Tanrı dərgahından gələn bioenerjisi ilə necə də gümrah idik. Bu qədər xəstəliklər, ölümlər yox idi. Guya bizi çox istəyib hər çürə xəstələr üçün dərman satırlar, ama soruşan yoxdur ki bu qədər xəstələr və xəstəliklər hardandır...verdikləri “azadlıq” ı canımızdan və cibimizdən cıra – cıra qoparırlar. KAPİTALİZMİN AZADLIĞI HƏMİŞƏ BELƏ OLUB!!!
ARDI  VAR...

Комментариев нет:

Отправить комментарий