Xəbər verdiyimiz kimi bu il tanınmış alim, bəstəkar, həkim, folklorşünas, tərcüməçi ... Mirkazım Aslanlının 100 illiyi təntənə ilə qeyd olunacaq. Bununla bağlı geniş həcmli kitab hazırlanıb və 50 dəqiqəlik film çəkilir. Bu günlərdə tanınmış rejissor Aydın Dadaşovun rəhbərliyi ilə çəkiliş qrupu Masallıda olub. Mirkazım Aslanlı ilə bağlı xatirəsi olan onlarla insanın söhbətini lentə alıb. Rejissor Aydın müəllimlə qısa söhbəti sizə təqdim edirik:
-40 ildir kino sahəsində çalışıram. Dəyərli insanları lentə almaq hamımız üçün şərəf işidir. Mirkazım Aslanlı da belə dəyərli, artıq mifə çevrilən insanlardandır. O həm həkim, həm bəstəkar, həm 7 meyvəni bir ağaca çalaq edən seleksiyaçı kimi çox dəyərlidir.
Düzü xoşbəxt adamlar haqqında film çəkmək bir qədər çətindir. Dərdi üzdə olan həbsxanalar, yetimxanalar haqqında da filmlər böyük qəhrəmanlıq tələb etmir. Lakin M. Aslanlı kimi insanın zənginliklərini üzə çıxartmaq üçün xeyli zəhmət sərf etmək lazım gəlir.
Bu gün yüzlərlə insanın çörək qazandığı İsti su onun layihəsi idi. Təəssüf ki, onun buradakı evi viran qalıb.
Yaxşı ki, bir çox qədirbilən insanlar onu unutmayıb. Həmyerliniz Nurəddin Ədiloğlu onun haqqında 2 kitab yazıb. Hazırda Xodaşirin Cəbiyev gecə-gündüz bilmədən, bütün vaxtını, əsəbini, bacarığını sərf edərək sistemli şəkildə onu tanıyanlarla görüşüb, bunun əsasında sanballı kitab hazırlayıb. Rəhmətlik Zakir Talıbov da onun büstünü hazırlatdırdığı üçün minnətdarlığa layiqdir. Siz də sağ olun ki, qəzetinizdə bu mövzuya ardıcıl yer ayırırsınız. Onu da deyim ki, qəzetinizi internetdə izləyirəm və buradakı yazılar çox xoşuma gəlir. Region qəzetləri sırasında birinci olmağınızı da təbrik edirəm.
Bu filmin Mirkazımın ana yurdu İsi kəndində, “Cənnət bağı” istirahət mərkəzində apardığımız çəkilişləri uğurla gedir. Çox şadam ki, bütün səviyyələrdə bu çəkilişə böyük diqqət var. Məqsədimiz bu filmi bir necə dilə çevirib Beynəlxalq festivallara çıxarmaqdır.
"Cənub xəbərləri"

Комментариев нет:
Отправить комментарий