Страницы

25.08.2012

QUM EVCİK

Xatirə Xatun

Dəniz sahilində kiçik bir uşaq
ağlayır səsizcə, sakit,
Harayını içində boğaraq.
Önündə bir yığın qum təpəsi,
Göz yaşının hər damlası
sanki bir üzüm giləsi.
Yanında oturdum,
Sığalladım başını.
Dupduru gözlərindən sel tək süzülən göz yaşını
yumruğuyla silərək,
anlatdı balaca ürəyini deşən
böyük dərdini bir-bir, tək -tək
Sən demə sahilin qumundan
bu xırdaca əllər
bir evcik qurmuş.

Hardansa dəcəllər gəlib uçurmuş...
Danışdı dərdini,
Susdu bir anliq...
Gözünün yaşı da tükəndi sanki
Toxdadı bir azca...
Ağlama balaca ,
Qumdan tikilmiş evciyin
ömrü uzun olmaz ki,
Kimsə dəyməsə belə
uçular gec-tez
Daim belə qalmaz ki...
Bu qarışıq dünyamızda
solumuzda,sağımızda
Nələr uçur hər gün, nələr,
Qanunsuz tikililər,
sənədsiz evlər
Başı buluddan nəm çəkən
Neçə-neçə göydələn
yerlə yeksan olurkən bir anda
Sənin qum evciyin
Dayanarmı bu qarıçıq zamanda?
Mənə də bu hisslər tanışdı, quzum
Bir vaxt mən də evciklər qurmuşdum
Sən dəniz sahilində--
mənsə qəlbimin dərinliyində
Sən qumdan --
mənsə ümidlərimdən, arzularımdan...

Комментариев нет:

Отправить комментарий