Страницы

31.08.2012

Ramil Səfərovun azadlığa çıxmasında hansı iş adamının rolu olub?

Ramil Səfərovun azadlığa çıxması xəbəri yayıldıqdan sonra bütün insanlar onun evinə axışmağa başlayıblar. Balacadan böyüyə hər kəs onunla görüşmək, hal-əhval tutmaq istəyir. İndiyə qədər belə izdiham görmədiklərini bildirən zabitimizin atası şokda oluğunu deyib. Sahib Səfərov hadisənin onun üçün gözlənilməz olduğunu və hədsiz sevinc yaşadığını vurğulayıb.
O bildirib ki, hazırda evinə o qədər insan axışır ki, onların təbriklərini qəbul etməyə imkanı yoxdur. S.Səfərov Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyevə təşəkkür edib.
Ramil Səfərovun yenidən hərbi karyerasına davam etdirməsi ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Teymur Abdullayev açıqlama verib. O bildirib ki, Ramil Səfərovun azad olunması böyük hadisədir.
«Cənab Prezident İlham Əliyevin bu addımı təqdirəlayiqdir. Onun gələcək karyerası haqqında danışmaq çox tezdir. Hələ ki sevincimizi bölüşürük».

Bir ildir gizli görülən iş 

Ramil Səfərovun Azərbaycana gətirilməsi və azadlığa buraxılması məsələsi heç də bir günün işi olmayıb. Bu barədə JAM.AZ-a verilən açıqlamada deyilir ki, bu işdə Azərbaycan prezidenti ilə yanaşı, xaricdə yaşayan məşhur iş adamlarından birinin böyük yardımı olub. 
Məlumatda vurğulanır ki, proses bir il imiş davam edirmiş. Razılaşmaya əsasən Macarısan və Azərbaycan tərəfləri bu danışıqları gizli saxlayıblar. Buna səbəb isə ermənilərin təxribat törədə biləcəyi olub. Elə bu səbəbdən də gizli aparılan danışıqlar dünən gecə yekunlaşıb və razılaşma əldə olunub. Ramil Səfərov isə mülki geyimdə gizli şəkildə Budapeşt həbsxanasından çıxarılaraq, birbaşa aeroporta gətirilib. Oradan da Bakıya yola salınıb. 
Mənbə bildirir ki, Azərbaycan tərəfinin bu iş üçün böyük güzəştlərə gedib. Belə ki, Macarıstana 2 milyard dollar sərmayə qoyulması əsas müzakirə predmeti olub. Budapeşt hökumətini yalnız bununla bağlı razılaşma əldə etdikdən sonra razı salmaq mümkün olub. Bundan başqa, Azərbaycan Macarıstana aşağı qiymətə qaz satmaq öhdəliyini də üzərinə alıb. 
P.S. Ramil Səfərovun Vətənə dönməsinə yardımçı olmuş iş adamlarımızdan birinin kimliyi və onun Macarıstanda hansı missiyanı həyata keçirdiyinə dair maraqlı yazımızı yaxın günlərdə oxuya bilərsiz.

Комментариев нет:

Отправить комментарий