Страницы

01.08.2012

Sayman Aruz. Son sağlıq

Sənə həsr olunur...


Ölümdən öncəki  qoyunlar üçün
Hələ qurulmamış oyunlar üçün
Bu son badəni də qaldırıram mən
hələ satılmamış rayonlar üçün!


Mən öz millətimin pərişanlığı
Tənha yataqların qəribanlığı
Qaranlıq küçədə şeir yazıram
sənə söyləyirəm bu son sağlığı!


Sənə danışıram, sənsə susursan
Gözlərin bənzəyir yaş məktublara.
Bu son sağlığımdır, gözüm yol çəkir
yaxında gedəcəm uca bir dara!

Əlimdə şeir var, əlində qılınc
sən demə bu şeir siyasət imiş.
Yataqlar bizləri birləşdirmədi
sən demə bu sevgi  xəyanət imiş!


Asta ölümlərə, otaqlar içrə
Dərd ilə tikilmiş dodaqlar içrə
Bu son sağlığımda tam gicələcəm
inan pozulacam yataqlar içrə!


Sən demə, sən demə, yenə sən demə
Bir gün bu zindanlar muzey olacaq.
Bizi birləşdirən bu küçə, bu ev
Bu yataq, bu divar muzey olacaq.


Güllə dadı verən bu qələm, bu qol
saçımı ağardıb, həm də yolubdur.
Sənin məhəbbətin təhlükəlidir
sevgi qorxuludur, sübut olubdur!

Комментариев нет:

Отправить комментарий