Страницы

15.08.2012

Xanım Əzizova - KAŞ...

Bu günəş öz nurunu, biziyçün saçaydı kaş,
Mən sənin alın yazın, qismətin olaydım kaş,
Qara bulud yan ötsə, yağış göydən süzülsə,
Mən sənə qovuşmaqçün, damlalar susaydı kaş...
Çətirin uçaydı kaş...

Keçəydi uzun illər, neçə illər düyünlər,
Günlərin bir günündə, dənizdəki ləpələr,
Duvağım olaydı kaş...
Mən sənin olaydım kaş...

Unudulsa görüşlər, yaddan çıxsa öpüşlər,
Dönüb həsrət mehinə, vüsalın olaydım kaş...
Sənə qovuşaydım kaş...

Səhərlər sökülsə dan, günəşdən alış ya yan.
Dönsən mənə bir axşam, o şamın naləsində,
Pərvanə olaydım kaş...
Oduna yanaydım kaş...

Düşünmə zaman sağaltdı, illər bir kükrək atdı.
Məni xəyallar aldı, eldən obaya atdı.
Sənin isti qəlbində, yanında olaydım kaş,
Həmdəmin olaydım kaş...

Yumaydım gözlərimi, həsrətimi, qəmimi,
Göz yaşımın əksini, dəryaya süzəydim kaş...
Ömürlük küsəydim kaş...
Mən səni unutmadım!
Unuda biləydim kaş...
Unuda biləydim kaş

Комментариев нет:

Отправить комментарий