Страницы

19.08.2012

YAĞIŞDA VURĞUN

Xosrov Barışan

Hələ də yadımdadır
    Öylə yağışlı o gecə...
Damlaların barmaqları
          Nə də uzmancasına
                         Gözəl-gözəl
                           Düşməyin piyanosun
                                              Çalırdılar
                                             Şırıltı notlarında
Oynurdu baxışmamız o ritm ilə.
Səslərin döyünməsi
  Buludların əkkaslığı
    Ildırım dürbünündən
      Xəyilin neqativin əkislədi.
Sanki gecə
         Özünə
          Vurmuşdu vaks
              Flaşda parıldırdı!

Ah...
 Kəşkə o ıldırım
               Bundan
                         Daha,  
                            Artıq,
                               Bətər
                                Vuraydı onda məni.
Bəlkə;
  Bundan da bətər vurğun olaydım...

SEVDANIN FİLMİ

Sevdamızın senariyosun
        Ürəyimin dosyasında
          Yazıb da səhmanlayıb
            Baxışmamızın ekranında
                                    Oynatmışam.

ADRES

Zamanənin batlağında
  Dönərgənin girdabında
       Bayquşların ölkəsində
            Yalqızlığın şəhərində
             Tülkülüyün meydanında
                                   Bir küçə var
                                    Meyxana orda...
***
Və mən
  Bir masa üstündə uzanmış sərxoşam.
Saqi hey badə verir...
Eşiyin soyuq yeli
   Saçımı kilkə edir.
Badə
 Sınır calanır...
Vaxtım yox
  Calanan duyğuları yerdən yığam!!!

Özü haqqında: Xosrov Solh Konəndə Sərdəri 1983-üncü  ildə Təbriz şəhərində dünyaya göz açdı. Onun şeirlərinin çoxu sərbəst, iki beytli, qəzəl qalıbındadırlar. Ancaq şair hər üç qalıbda da yenilik yaratmağa çalışır. Xosrov öz təxəllüs adını Barışan seçibdir. Bu ad öz soy adının Türkcə anlamıdır. O bilimyurdunda oxuyan illərdə Aşina adlı derginin ədəbi başyazarlığını  üstələnmişdi. Ayrica iki şeir özəl sayısı dərgisinin (Şəm-i xəyal adlı) başyazarlığını da üstələnmişdi. Şeirdən əlavə, Barışan hekayə yazmağa da maraqlı birisidir. Elektron ünvanı: barishan1983@yahoo.com, barisan@box.az

Комментариев нет:

Отправить комментарий