Страницы

21.08.2012

“Yazarları deyil, fikirləri, misraları sevirəm”

Günay Ümid “TEZ BAZAR”da

-Özünüzü 2 sözlə təqdim edin.
-Mariya Tudor.

-Sizi necə təqdim edəndə razı qalırsınız?
-Kommunist.

-“Mən kiməm?” sualına necə cavab verirsiniz?
-AYB sədrliyinə iddiasız.

-Dost…
-Kukla teatrı.

-İlk sevginiz?
-Nobakov qardasları.


-Əsas ixtisasınız?
-Ssenarist.

-İstifadə etdiyiniz nəqliyyat növü?
-İnfiniti fx35.

-Sevdiyiniz maşın markası?
-İstifadə etdiyim və bently.

-Sevdiyiniz brend?
-Diamond dior.

- Sevdiyiniz saç düzümü?
-Pırtlaşıq.

-Sevdiyiniz rəng?
-Bütün rənglər axmaqdı.

-Ən çox bəyəndiyiniz ölkə və şəhər?
-Mən daha çox şəhərləri deyil, kuçələri sevirəm... Old Poulin küçəsi.

-Sevdiyiniz yemək?
-Nacsos- meksikan yeməyi.

-Ən çox istifadə etdiyiniz söz?
-Gedirəm.

-Leksikologiyanıza yad olan söz?
-Mərhəmət.

-Sizi nə həyacanlandıra bilər?
-Bir gun ölüm xəbərimi eşitmək.

-Ən çox sevdiyiniz kitab?
-Jermini la Serte ve” Özünü payızdan asan qadın”.

-Ən çox sevdiyiniz yazar?

-Mən yazarları deyil, fikirləri, misraları sevirəm.

-Ən çox bəyəndiyiniz ifaçı?
-Freddie Merkury.

-Ən çox bəyəndiyiniz musiqi janrı?
-Rok, caz, muğam...

-Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
-Hərdən mənə elə gəlir killer ola bilərəm, amma prezidentlərdən savayi, kimsədən tapşırıq qəbul etmərəm.

-Mənfi xüsusiyyətiniz?
-Usaqlari sevə bilməmək...

-İdeal insan necə olmalıdır?
-İdeal insan sevməyi əzbərləməlidi...

-Özünüzü ideal insan hesab edirsinizmi?
-Mənim yaddasim zəifdi.

-Sizi özünüzdən nə çıxarda bilər?
-Şeir oxuyan adam.

-Həyat fəlsəfənizi ifadə edin.
-Viva miss pabres!

-Siz xoşbəxtsinizmi?
-Mən o qədər də sadəlövh deyiləm.

-Bədbəxtliyin xüsusi düsturu varmı?
-O bədbəxtliyi hec bir düstura arzu eləmirəm...

-Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
-Unutmuşam.

-Ölüm niyə ölmür?
-Belə yaxşıdı.

-Dinlərə münasibətiniz?
-Chaunistəm.

-Kimdən və nədən xilas olmaq istərdiniz?
-Özumdən və onsuzluqdan...

-Falçıya inanırsınızmı?
-O nə olan şeydi?

-Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
-Siz məni nə hesab edirsiz?!

-Sevinciniz nə qədərdir?
-Sevinc… belə bir rəfiqəm vardı, ərə getdi.

-İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
-Orijinallığı.

-Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
-Həə,olur, ayrılıqdan xoşum gelir.

-Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
-Cayda uzmək daha maraqlidi.

-Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
-Ümumiyyətlə, kökü “gül” olan hec bir sözə hörmətim yoxdu.

-Mənə sualınız.
-Mənim adımı bilmirsiz? Bagışlayın, unutmaq problemim var axı, demişdim…

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий