Azad İstehlakçılar Birliyinin sədri həyəcan təbili çalır
“Ölkəyə gətirilən hər bir yaxşı malın təhlükəli partiyaları ola bilər. Çox təəssüflər olsun ki Azərbaycandakı ərzaq mallarına qatılan, dad və rəngverici stablizatorların (qatqılar) tərkibi gizlədilir. Həmin stablizatorlar insan orqanizmində xərçəng xəstəliyinə şərait yaradır.” Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Çindən və Hindistan gətirilən malların xərçəng xəstəliyi yaratması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirərkən qeyd edib. Təkcə Çindən və Hindistandan gətirilən mallarla yanaşı ölkədə də kifayət qədər insan orqanizminə təhlükəli ərzaq məhsullarının istehsal edildiyini vurğulayan ekspert, məhsulların yaratdığı təhlükə barədə məlumatların gizlədildiyini bildirdi: “Adı çəkilən təhlükəli stablizatorlar ümumilikdə “E” hərfi ilə işarə edilir. Həmin stablizatorlardan ərzağın dadının dəyişdirilməsi və uzun müddətli qalması üçün istifadə olunur.
Azərbaycanda əgər hər hansı bir süd məhsulu 3-4 gün, çörək bir həftə, kolbasa aylarla qalaraq xarab olmursa, bu o, deməkdir ki, həmin ərzaq məhsullarının tərkibinə stablizatorlar vurulub. Lakin bu məlumatlar ictimaiyyətdən gizlədilir.” Ekspert sonra insan orqanizmdə xərçəng və digər xəstəliklər yaradacaq stablizatorların adlarını açıqladı: “ E-212, E-213, E-214, E-215, E-131, E-142 adlı stablizatorların hamısı xərçəng xəstəliyi əmələ gətirir. Bu stablizatorlar ərzağa dad və rəngvermək üçün qarışdırılır. Adı çəkilən stablizatorlardan normadan artıq istifadə edilməsi, insan orqanizmi üçün ciddi ziyanları var.”

Комментариев нет:
Отправить комментарий