Страницы

03.09.2012

Akif Abbasovun “Yumurta” adlı hekayələr və lətifələr kitabı nəşr olundu

Yazıçı Akif Abbasovun “Yumurta” adlı hekayələr və lətifələr kitabı işıq üzü görmüşdür. Kitab “Mütərcim” nəşriyyat tərəfindən çap olunmuşdur. Redaktor filologiya elmləri doktoru, professor Telman Vəlixanlıdır.
Kitaba lap son zamanlarda qələmə alınmış hekayə və lətifələr daxil edilmişdir.
Bədii nümunələrdə işgüzar, ailəsinin rifahını düşünən, övladlarının xatirinə nikahdan imtina etməyən Babaxan (“Kiçik toy”),  maddi çətinlik içərisində çabalayan, sonradan dolanışığın cəmini tapan Vəliağa (“Arvadin  danlağı düşərli  oldu”),  zəhmətkeş qadın Bəsti (“Deyirəm axı...”), hikkəsi, “mənəmliyi” ilə seçilən, həmişə sözünü yeritməyə çalışan  və bununla  ərini infarkt vəziyyətinə çatdıran Şərnisə (“Kiçik toy”),  əliəyri Dava Dalaşov (“Beş il keçib”) kimi obrazlar yaradılmışdır. 
Eyni zamanda, fırıldaqçı Heybət (“Ürəyim uşaqları istəyirdi”),  acgöz Darağa (“Yumurta”), tənbəlliyi özünə peşə etmiş Əlixan (“Deyirəm axı...”), sadəlövh Fazil (“Çəkil, mən də oturum”) tənqid olunur. Müəllif  oxuculara müraciətlə deyir: “Bu kitabda və bundan əvvəl nəşr etdirdiyim kitablarda toplanmış hekayə və lətifələri gündəlik həyatdan almışam. Həmin əhvalatlar dostlarım, tanışlarım, qonşularım və qohumlarım tərəfindən müxtəlif məclislərdə danışılmışdır. Mən onları bədii təfəkkür süzgəcimdən keçirərək ətə-qana gətirmişəm. Hekayə və lətifələrin yaranmasının səbəbkarları olan şəxslərə (onların adları çıkilir) öz  minnətdarlığımı bildirirəm”.

Комментариев нет:

Отправить комментарий